Bizə qoşulun

SƏHİYYƏ

İki nazirlik arasında tibbi tullantıların idarə edilməsi ilə bağlı birgə sənəd imzalanıb

Tibbi tullantıların effektiv idarəçiliyi və bu sahədə koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sisteminin inkişafi ilə bağlı davamlı islahatlar və mütərrəqi idarəetmə mexanizmləri tətbiq edilməkdədir.

“Tibb müəssisələrində yeni kliniki tədqiqat metodlarının aktiv tətbiqi, əhalinin sağlamlığı, ölkədə formalaşan tibbi tullantıların idarə edilməsi və sanitariya-epidemioloji vəziyyətin ətraflı təhlili Səhiyyə Nazirliyinin prioritet məsələlərindəndir”, – T.Musayev qeyd edib.

Nazir həmçinin tibb müəssisələrində personalın tibbi tullantıların idarə edilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bilik və bacarıqlarının artırılması üçün birgə təlimlərin təşkilinin zəruriliyini bildirdi. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə görüləcək yenidənqurma işlərində tibbi tullantıların keyfiyyətli idarə olunması sisteminin təşkilinin vacibliyini vurğulayıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə öz çıxışında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirir. Nazirlik tərəfindən tibbi tullantıların uçotunun aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri işlər görülür. Son dövrlər tibbi tullantıların çeşidlənməsi sağlam ekoloji mühitin formalaşmasında müsbət tendensiya kimi müşahidə edilir.

Tədbirdə birdəfəlik tibbi alət və ləvazimatlardan geniş istifadə edilməsi, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi mövzularında təqdimatlar edilib.

Sonra “Tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi barədə” birgə Əmr imzalanıb.

Əmrə əsasən, tərkibində əhalinin sağlamlığı, ekoloji və sanitariya vəziyyəti üçün təhlükə yaradan infeksion və digər materiallar olan tibbi tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyətin təhlili və bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə birgə İşçi Qrup yaradıldı.
Sənəddə ölkədə tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin, tibb müəssisələrində tibbi tullantıların idarə olunması və qanunvericiliyin təhlili, tibbi tullantıların zərərsizləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqi, ictimaiyyətin maarifləndirilməsi işlərinin görülməsi əks olunub.

Eyni zamanda, tibbi tullantıların idarə olunmasının təkmilləşdirilməsinə dair Yol Xəritəsi layihəsinin hazırlanması istiqamətində müvafiq tədbirlərin yekunlaşdırılması nəzərdə tutulub.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SƏHİYYƏ

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Baş direktor təyin edilib

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktoru vəzifəsinə təyinat olub.

Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Rüstəm Rəşidoviç Talışinskiy gətirilib.

     
Davamına bax

SƏHİYYƏ

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub

Estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunub.

Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, hər iki qurum estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq edilib, qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində birgə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumlikdə 9 klinika və kosmetoloji mərkəz tərəfindən sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması halları müəyyən edildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanıb.

Bundan başqa, “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədi 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə, həmin Qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilib.

     
Davamına bax

MANŞET

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

1974-cü ilin yanvarında rəsmi olaraq mayın 12-nin Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunması barədə qərar verilib.

Həmin tarixin seçilməsi təsadüfi deyil. Mayın 12-si ilk ingilis tibb bacısı Florens Haytingelin doğum günüdür. O, 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis ailəsində dünyaya gəlib. Valideynləri onu doğulduğu şəhərin adına uyğun olaraq Florens adlandırıblar. İyirmi yaşında ikən cəmiyyət üçün yararlı bir şəxs olmaq arzusunu ifadə edən gənc qız gündəliyində belə bir qeyd yazıb: “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim”.

O, 1853-1856-cı illərdə Krım müharibəsi zamanı ilk dəfə “Şəfqət xidməti” təşkil edib. Xüsusən döyüş bölgələrində əsgərlərə yardım göstərən Florens əlində hər zaman lampa tutduğu üçün tarixdə “lampalı qadın” olaraq anılıb və müasir tibb bacısı peşəsinin əsasını qoyub. Mərhəmətli peşə sahiblərini birləşdirən Tibb Bacılarının Beynəlxalq Məsləhət Şurası həmin günü məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təsis edib. Hazırda həmin təşkilat öz ətrafında dünyanın 130 milli assosiasiyasından 27 milyon tibb bacısını birləşdirir.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.

İlk azərbaycanlı şəfqət bacısı, general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin təşkilatçısı olub.

Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsinə düşür. Onu da xatırlatmağa dəyər ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizədə, eləcə də Birinci Qarabağ və Vətən müharibələri dövründə də tibbi bacıları təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər.

     
Davamına bax

Facebook

SƏHİYYƏ2 saat

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Baş direktor təyin edilib

MANŞET2 saat

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 11 məsələ var

BALAKƏN2 saat

“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir

XƏBƏRLƏR3 saat

Ötən il 13 şirkətin Azərbaycana məhsul ixrac etməsinə müvəqqəti qadağa qoyulub

RƏSMİ XRONİKA3 saat

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

İDMAN3 saat

Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu olub

İDMAN3 saat

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib

İQTİSADİYYAT4 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2024)

XƏBƏRLƏR4 saat

Bölgələrdə leysan, dağlarda şaxta olub – FAKTİKİ HAVA

XƏBƏRLƏR5 saat

Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

ANA SƏHİFƏ10 saat

Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

CƏMİYYƏT12 saat

Qaxda avtomobil təmiri sexi tamamilə yanıb – FOTOLAR

CƏMİYYƏT13 saat

BÜRCLƏR – 21.05.2024

CƏMİYYƏT1 gün

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

MANŞET1 gün

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək

İDMAN1 gün

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 21.05.2024

MANŞET1 gün

Sabah Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

RƏSMİ XRONİKA1 gün

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

MANŞET1 gün

İranda milli matəm elan edilib

XƏBƏRLƏR1 gün

Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

İDMAN1 gün

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar

CƏMİYYƏT1 gün

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

MANŞET1 gün

Azərbaycan XİN İrana başsağlığı verib

RƏSMİ XRONİKA1 gün

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

SİYASƏT1 gün

Rəisinin helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı başa çatdı

XƏBƏRLƏR1 gün

Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb

MANŞET1 gün

İran Prezidenti İbrahim Rəisi ilə birgə həlak olanların adları açıqlanıb

İDMAN1 gün

Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır

REGİON1 gün

Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb

MANŞET1 gün

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi

İQTİSADİYYAT1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.05.2024)

MANŞET1 gün

İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir

MANŞET1 gün

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən təsdiqləndi

ELM VƏ TƏHSİL1 gün

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

MANŞET1 gün

İran Qızıl Aypara Cəmiyyəti: “İbrahim Rəisinin qəzaya uğrayan helikopteri tapıldı”

MANŞET1 gün

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

MANŞET1 gün

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-in xilasedici qrupu yaradılıb

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 20.05.2024

ELM VƏ TƏHSİL3 gün

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

BALAKƏN2 saat

“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir

CƏMİYYƏT1 gün

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

İQTİSADİYYAT5 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR6 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ1 həftə

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 həftə

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ2 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN2 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT2 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR3 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR3 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

TREND