Bizə qoşulun

RƏSMİ XRONİKA

İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

Tədbirin moderatoru, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor çıxış edərək deyib:

“Hörmətli Zati-aliləri cənab Prezident Əliyev.

Xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Burada “Bakı Enerji Həftəsi”nin təşkilat komitəsi adından sizi salamlayıram. Bu il 320 fərqli şirkət 35 ölkəni təmsil edir və bu da toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Budəfəki “Bakı Enerji Həftəsi”, eyni zamanda, önəmli bir hadisə ilə – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Prezident Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib və buna görə də bütün sərgilərdə əlbəttə ki, bu mövzuya ayrıca xüsusi bir diqqət yetiriləcəkdir. Sərgi çərçivəsində ulu öndərin 100 illik yubileyinə həsr olunmuş stendimiz də vardır.

Əlbəttə ki, biz böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Energetika Nazirliyinə təşəkkürümüzü, həmçinin SOCAR-a – Azərbaycan Dövlət Neft Şirkətinə də minnətdarlığımızı bildiririk. “Bakı Enerji Həftəsi”nə dəstəyinizə görə minnətdaram.

Hörmətli Zati-aliləri, biz eyni zamanda, bu tədbiri dəstəklədiyinizə görə Sizə ayrıca minnətdarıq. Ənənəvi olaraq açılış mərasimində iştirakınız bu önəmi bir daha vurğulayır və bütövlükdə enerji sahəsinə olan bir töhfədir.

Xanımlar və cənablar, mən sizin hər birinizə uğurlar və bu həftə ərzində məhsuldar görüşlər arzulayıram, təşəkkür edirəm. İndi isə sözü Zati-aliləri, cənab Prezidentə verirəm. Buyurun, cənab Prezident”.

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

“Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

“Bakı Enerji Həftəsi”nə xoş gəlmisiniz. Əvvəlcə bu mühüm tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Artıq qeyd edildiyi kimi, 30 ildir – 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın – ulu öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı ulu öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il də məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn bizim bp kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.

Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Biz təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirik, eyni zamanda, onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, “Bakı Enerji Həftəsi” enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır – ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır.

Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Bununla yanaşı, mən Avropa İttifaqının burada nümayəndəsini görməyə şadam. Bildiyiniz kimi, Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Bu, uğurla icra edilir. Biz artıq enerji dialoqumuzu başlamışıq, uğurla davam edir. Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir.

Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpa olunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır.

Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var – beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq. Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu, çox vacib bir məsələdir.

Sonuncu “Bakı Enerji Həftəsi”ndən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən sonuncu sərgidən bu yana bir neçə mühüm nailiyyəti qeyd edə bilərəm. İyulda biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəmdir. Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik.

Biz strateji tərəfdaşımız olan bp şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq. Digər layihələrimiz var ki, biz bazara əlavə qaz həcmi çıxara biləcəyik. Eyni zamanda, enerji səmərəliliyi və bərpa olunan enerji məsələsi, – bizim Avropa İttifaqı ilə bu barədə də dialoqumuz olub. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.

Digər vacib tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. Mən həmin tədbirdə iştirak etdim. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, – yəni, bu ilin sonuna qədər, – bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.

Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur.

Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Hesab edirik ki, bu layihə çərçivəsində ən azı 4 giqavat yaşıl enerjini Avropaya nəql edə biləcəyik ki, bu da bizim əlavə töhfəmiz olacaq.

Digər mühüm tədbirlərdən biri bu ilin aprel ayında Sofiya şəhərində keçirilib, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə. Bu, “Həmrəylik Halqası” adlandırılan layihədir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək. Yəni, Avropa İttifaqının yüksəkrütbəli məmurları Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırırsa, bu, tamamilə doğrudur.

Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın. Onu da vurğulayım ki, bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyacımız var. Bilirik ki, bu gün yaşıl enerjiyə gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz.

Bərpa olunan enerji haqqında danışarkən deyim ki, Azərbaycanın nəhəng potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 giqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın yaşıl enerji əldə etməyə imkan verəcək.

Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 giqavatlıq sazişlər imzalamışıq. Əlbəttə, anlaşma memorandumu imzalamaq o demək deyil ki, o, dərhal reallaşacaq və müqavilə olacaq. Ancaq biz elə şirkətlərlə anlaşma memorandumları imzalamışıq ki, onlar bərpa olunan enerji sahəsində qlobal liderlərdir. Ona görə də bunların real müqaviləyə çevrilməsi ehtimalı olduqca yüksəkdir. Ancaq imzalanan memorandumların yarısı belə reallaşsa, bu, olduqca böyük rəqəm olacaqdır və Azərbaycanın özünün daxili istehlakından iki dəfə artıq olacaqdır. Yəni, dediyim kimi, biz bu gün enerji istehsalı üçün istifadə etdiyimiz böyük qaz həcminə qənaət edəcəyik və onu da beynəlxalq bazara çıxaracağıq.

Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, – biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, – real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca bütün işlərimiz uğurla gedəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm”.

Sonra ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt çıxış edərək deyib:

“Sabahınız xeyir.

Zati-aliləri, cənab Prezident Əliyev.

Xanımlar və cənablar.

Mən böyük məmnuniyyətlə “Bakı Enerji Həftəsi”ndə iştirak edirəm. Otuz ildən artıqdır ki, ABŞ və Azərbaycan Respublikası uğurla əməkdaşlıq edir. ABŞ Cənubi Qafqaz regionunda sabitlik, firavanlıq və müstəqilliyin tərəfdarıdır. Biz Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə göstərdiyi güclü dəstəyə görə təşəkkür edirik.

Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olub. ABŞ bundan sonra da əməkdaşlığı davam etdirəcək və əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən təmin olunacaq. Əlbəttə ki, mühüm iqlim hədəflərimizlə bağlı da əməkdaşlıq edəcəyik. İndi isə Prezident Baydenin məktubunu səsləndirirəm”.

Cefri Pyatt ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə məktubunu oxuyub.

ABŞ Dövlət katibinin köməkçisi Cefri Pyatt deyib: “Bir daha, cənab Prezident, hörmətli qonaqlar, bu tədbirə uğurlar arzulayıram”.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxış edərək deyib:

“Cənab Prezident, böyük məmnuniyyətlə bizim Baş nazirimizin məktubunu Sizə və qonaqların diqqətinə təqdim etmək istəyirəm”.

Baronessa Emma Nikolson Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə məktubunu oxuyub.

Baronessa Emma Nikolson deyib: “Mən də Baş nazirimizə məlumat verəcəyəm ki, bu Sərgi çox uğurlu bir tədbirdir. Mən təəssüf edirəm ki, bizim Baş nazir ötən həftə Londonda ulu öndərin 100 illiyinə həsr edilmiş tədbirə qatıla bilməyib. Çox gözəl bir tədbir olub. Ulu öndərin xatirəsi daim yad olunacaq, cənab Prezident”.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero çıxış edərək deyib:

“Hörmətli Zati-aliləri cənab Prezident Əliyev.

Nazirlər, səfirlər.

“Bakı Enerji Həftəsi”nin iştirakçıları, hamınızı salamlayıram.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun adından və şəxsən öz adımdan bizim üçün çox mühüm hadisə olan “Bakı Enerji Həftəsi”nə yenidən dəvətə görə Sizə təşəkkür etmək istərdim.

Prezident Ursula Fon der Lyayen Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq müqaviləsini imzalamaq üçün ötən il iyul ayında Bakıda səfərdə olub. Komissar Simson isə fevral ayında səfər etmişdi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurasının (Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında) iclasında iştirak etmişdi. Nazir Pərviz Şahbazov isə yüksək səviyyəli enerji dialoqumuz üçün bu ayın əvvəlində Brüsseldə səfərdə olmuşdur.

Qazın Azərbaycandan Avropaya 2020-ci ildə Cənubi Qaz Dəhlizi vasitəsilə nəql olunmasına başlanıb və Azərbaycan artıq etibarlı enerji tərəfdaşına çevrilib. Keçən ilin əvvəlində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi əlbəttə ki, enerji bazarımızın əsaslarını dəyişmiş və Avropanın enerji sistemində böyük dəyişikliklərə səbəb olmuşdur. Keçən il biz enerji böhranının aradan qaldırılması üçün bir sıra tədbirlər gördük. Biz bunların sırasına qaz anbarlarımızın məcburi doldurulmasını, qaz istehlakının könüllü olaraq azaldılmasını da daxil etdik və ilk dəfə olaraq qazın birgə alınmasına keçdik. Biz, həmçinin 70 milyard kubmetrdən çox Rusiya qazını əvəz edərək qaz tədarükçülərimizi şaxələndirmişik.

Yaşadığımız çətin dövrlərdə Azərbaycan keçən il Avropa İttifaqı bazarına qaz tədarükünü 40 faiz artırdı. Bu, enerji böhranından yan ötmək və Rusiya yanacaqlarından imtina etmək üçün önəmli tədbir idi. Həmçinin qaz ticarətimizin ikiqat artırılması baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsini alqışlayırıq. Biz bu qazın son istifadəçilərinə çata bilməsi üçün Avropa İttifaqının daxilində infrastrukturumuzu inkişaf etdiririk. Amma bizim ikitərəfli işimiz təkcə böhranın idarə edilməsindən ibarət deyil. Söhbət, eyni zamanda, Cənubi Qafqaz və Avropa İttifaqı arasında “Yaşıl enerji dəhlizi” layihəsindən başlayaraq gələcək iqtisadiyyatlarımıza doğru yol cızmaqdan gedir. Bu flaqman layihələri olaraq təqdim edilib. Eyni zamanda, Şərq Tərəfdaşlığı məkanında önəmli layihəyə çevrilir və, həmçinin qlobal çağırışdır. Bu baxımdan əməkdaşlıq üçün böyük imkanlar var. Bu, həqiqətən də mümkündür. Bunu reallığa çevirmək imkanımız var.

Biz həm Azərbaycanda, həm də Avropa İttifaqında enerji təhlükəsizliyini gücləndirmək, bərpa olunan enerji sərmayəsini açmaq və uzun müddət ərzində bazarlarımızda ticarəti təşviq etmək öhdəliyimizə sadiqik. Bu baxımdan Azərbaycanda elektrik enerjisi haqqında qəbul edilmiş yeni qanunu alqışlayırıq. Bizim tərəfimizdən Avropa İttifaqı qanunvericiləri bu yaxınlarda yeni enerji səmərəliliyi və bərpa olunan enerji tədbirləri, o cümlədən daha iddialı 2030-cı il hədəfləri ilə bağlı danışıqları tamamladılar. İqlim və enerji üzrə böyük iqtisadiyyatlar Forumunun son iclasında Prezident Ursula Fon der Lyayen noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Dubayda keçiriləcək İqlim Dəyişikliyi Konfransı – “COP-28” ərəfəsində enerji səmərəliliyi və bərpa olunan enerji üçün qlobal hədəflər təyin edib. Bu baxımdan biz inanırıq ki, həmin məqsədə çatmaqda Azərbaycan da bizə dəstək olacaq. Əlbəttə ki, burada həm qaz tədarükünün artırılması, həm yerli və beynəlxalq bazarlar üçün də bu imkanlar olmalıdır. Bu baxımdan maarifləndirməyə və məlumatlandırmaya ehtiyac var. Biz də tənzimləyici çərçivə olaraq daha çox şəffaflığa nail olunması, emissiyaların azaldılması sahələrdə və digər sahələrdə böyük işlər görürük. Biz Azərbaycan ilə bu istiqamətdə bərabər çalışmağa hazırıq.

Zati-aliləri, hörmətli səfirlər, nazirlər, xanımlar və cənablar, çıxışımın sonunda bir daha vurğulamaq istəyirəm ki, bizim Azərbaycanla bu istiqamətdə uzunmüddətli əməkdaşlığımız həqiqətən də çox əhəmiyyətli məsələdir. Bu, həm dayanıqlılıq və eyni zamanda, bərpa olunan enerjiyə tələbatın təmin olunması baxımından çox önəmlidir. Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla bir yerdə işləyərək enerji keçidimizi təmin etmək, eyni zamanda, sənaye əsaslarımızı gücləndirmək və iqtisadiyyatlarımızı iqlim neytrallığına yönəltmək önəmli vəzifədir. Təşəkkür edirəm”.

Çıxışlardan sonra dövlətimizin başçısı “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri ilə tanış olub.

Prezident İlham Əliyev Sərginin xatirə kitabını imzalayıb.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim edilib.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar.

Prezident Aleksandr Lukaşenkoya məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

Daha sonra dövlət başçıları Şuşa qala divarlarını ziyarət etdilər.

Belarus Prezidentinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verildi. Bildirildi ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq rəmzi olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar etdilər.

Qeyd edək ki, ali qonaqların Qarabağa səfərləri artıq ənənə halını alıb. Bu, qonaqlara işğalçının törətdiyi vandalizm aktlarını, Azərbaycan dövlətinin quruculuq siyasətini və sülh gündəliyini nümayiş etdirmək imkanı verir.

Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub.

     
Davamına bax

MANŞET

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.

Muzey barədə məlumat verən Polad Bülbüloğlu bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

Polad Bülbüloğlu: Aleksandr Qriqoryeviç, sovet dövründə Heydər Əliyevin göstərişinə əsasən burada Bülbülün muzeyi yaradılıb. Atam SSRİ-nin Xalq artisti, ümumittifaq mükafatları laureatı olub.

Prezident Aleksandr Lukaşenko: Bilirəm, mənə artıq bu barədə deyilib.

Polad Bülbüloğlu: Təsəvvür edirsiniz, belə bir vandallıq törədilib və güllələr heykəlin çənə hissəsində qalıb.

Prezident Aleksandr Lukaşenko: İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər.

Polad Bülbüloğlu: Onlar bizim görkəmli şairəmiz Natəvanın, bəstəkarımız Üzeyir Hacıbəylinin heykəllərini sürüyə-sürüyə aparmışdılar, daha sonra Heydər Əliyev bununla bağlı lazımi tədbirlər gördü, onları geri qaytarmağa nail oldu. Sonra İlham Heydər oğlu onları gətirdərək öz yerlərinə qoydurdu. Xudmani evdir. Bu evdə mənim atam anadan olub. Evin divarlarının qalınlığına baxın. Divarlar qalın olduğuna görə, ev qışda isti, yayda sərin olur. Burada ötən illərin xatirələri toplanıb. İnsanlar bax, belə yaşayıblar. Bu, sadəcə, etnoqrafik nöqteyi-nəzərdən də maraqlıdır.

Prezident İlham Əliyev: Fotoşəkillərdə həmin dövrün ruhu əks olunub.

Polad Bülbüloğlu: Baxın, bu qardaşımdır, bunlar isə qohumlardır. Bu şəkildə isə atam 7-8 yaşındadır, onu artıq şənliklərə mahnı oxumağa dəvət edirdilər. Həmin məclislərdən sonra o, müğənnilik etməyə başlayıb. Daha sonra onu Gəncəyə dəvət edirdilər. Sonra isə Tbilisiyə. Beləliklə, o, çox məşhur müğənni oldu. Burada biz beş dildə yazılmış belə bir lövhə hazırlamışıq. Atama mərkəzi küçədə abidə ucaltmışıq.

Prezident İlham Əliyev: Onun adını daşıyan küçədə.

Polad Bülbüloğlu: Aleksandr Qriqoryeviç, qeyd etmək istərdim ki, 1926-cı ildə Bakıda artıq rus dilində afişalar var idi. Bu, bizim dahi bəstəkarımız Üzeyir Hacıbəylidir. Bu şəkildəki isə başqa bir məşhur Qarabağ xanəndəsi Cabbar Qaryağdıoğludur, o, 80 yaşına qədər zil səslə oxuyub. O, məşhur xalq mahnılarının və muğamlarının bilicisi olan bənzərsiz insan idi. Bu abidə İlham Heydər oğlunun sayəsində Bakıda onun xatirəsini yad etmək məqsədilə ucaldılıb. Baxın, burada elə soyadlar var ki, onların hamısını bütün dünya tanıyır, hətta onlar Bülbül haqqında xoş sözlərini ifadə ediblər. Budur, Şostakoviç, Rostropoviç və dünyada məşhur olan digər incəsənət xadimləri.

Prezident İlham Əliyev: Stanislavski.

Polad Bülbüloğlu: Bəli, Stanislavski. Onlar sovet dövrünün elitası idi. Bu isə yeri gəlmişkən, atamın Böyük Teatrda 1959-cu ildəki sonuncu çıxışıdır. Moskvada Azərbaycan dekadası keçirilirdi. Bu isə xalq qəhrəmanımız Koroğlunun obrazıdır. O vaxt Heydər Əlirza oğlu da çıxışlarının birində qeyd etmişdi ki, biz Koroğlu deyəndə gözlərimizin önünə Bülbül gəlir, Bülbülün adı çəkiləndə isə mütləq gözlərimizin önündə böyük xalq qəhrəmanımızın obrazı canlanır.

Bu isə çox nadir əl yazısıdır, mən belə deyərdim, Heydər Əliyevin avtoqrafına tez-tez rast gəlmək mümkün olsa da, İlham Heydər oğlunun anası Zərifə Əziz qızı Əliyevanın imzası olduqca nadirdir. Çox gözəl əl yazısıdır. Onlar Bülbülün ev-muzeyində ayrı-ayrı vaxtlarda olsalar da, hər ikisi öz xatirə yazısını qeyd etməyi unutmayıblar və mən hər zaman İlham Heydər oğluna deyirəm ki, biz bu yazıları göz bəbəyimiz kimi qoruyuruq. O, hər zaman mənə və Müslümə (Maqomayev – red.) himayədarlıq edib. Eləcə də, yaradıcılıqla məşğul olmağa başlayan hər kəsə kömək göstərib. Özü fortepianoda çox gözəl ifa edirdi. Mən canlı şahidiyəm, Zərifə xanım ifa edirdi, Heydər Əlirza oğlu isə oxuyurdu.

     
Davamına bax

MANŞET

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına Mərkəz və sərgi barədə məlumat verdi.

Bildirildi ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra ötən il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidələri siyahısındadır. “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Məlumat verildi ki, 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonları ilə təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL11 saat

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL11 saat

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN11 saat

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET11 saat

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT12 saat

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT12 saat

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN12 saat

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET19 saat

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET19 saat

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET19 saat

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET19 saat

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET19 saat

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET19 saat

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT21 saat

BÜRCLƏR – 18.05.2024

İDMAN1 gün

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA1 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA1 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT1 gün

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR1 gün

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR1 gün

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR1 gün

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR1 gün

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN1 gün

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR1 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR1 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR1 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN1 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT2 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT2 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT2 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET2 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN2 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET2 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT2 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT2 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET2 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İQTİSADİYYAT2 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR3 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ5 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL6 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ1 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT1 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND