Bizə qoşulun

MANŞET

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər.

Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.

Sonra xatirə şəkli çəkdirilib.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe çıxışında “TEKNOFEST”ə dəvət edilməsini və bu tədbirdə iştirakını Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu deyib.

Müasir Türkiyənin inkişafında Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri bildirib ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün biz xalqına, millətinə və Vətəninə sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük.

Akkuyu Atom Elektrik Stansiyasının inşasının Türkiyənin imkanlarını daha da genişləndirəcəyini vurğulayan Əbdülhəmid Dibeybe diqqətə çatdırıb ki, bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir.

Fevralın 6-da baş vermiş zəlzələnin fəsadlarının Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının əzmkarlığı sayəsində sürətlə aradan qaldırıldığını deyən Baş nazir bərpa işlərinin uğurla həyata keçirildiyini vurğulayıb.

Əbdülhəmid Dibeybe bildirib ki, əhatə coğrafiyasını ildən-ilə genişləndirən “TEKNOFEST” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. O, Liviyanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə verdiyi töhfələrə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürünü bildirib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib:

– Hörmətli Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Əminə xanım, hörmətli və əziz dostlar.

Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi.

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay Türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.

Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində – aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə – bugünkü Türkiyə budur.

Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!

“TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu.

Azərbaycanın Türkiyəyə bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

– Əziz xalqım, xanımlar və cənablar.

Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq. Vahid Kirişçi bəy qarşımızdadır.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi: Ehtiramımızı ifadə edirəm, cənab Prezidentim. Buradakı iştirakçılar adından Zati-alinizi, möhtərəm Prezidenti, hörmətli xanımları dərin ehtiramla salamlayıram.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi ətrafı yaxından göstərin, harada nə var görək. Layihə möhtəşəmdir. Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik.

Sonra yaşayış kompleksinin təməli qoyuldu.

Prezident Rəcəb Tayyib Ərdoğan: İlham qardaşım deyir ki, bir ildə başa çatdırılmalıdır, xeyirli olsun.

Prezident İlham Əliyev: Xeyirli olsun.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim edib.

Festivalda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

– Azərbaycan Prezidenti əziz qardaşım İlham Əliyev.

Liviyanın Baş naziri qardaşım Əbdülhəmid Dibeybe.

Əziz istanbullular, xanımlar və cənablar, “TEKNOFEST”in hörmətli iştirakçıları, əziz gənclər.

Sizi ən səmimi hisslərimlə, sevgi və məhəbbətlə salamlayıram.

Maşallah, bu il də İstanbulda “TEKNOFEST” başqa cür gözəldir. Burada sizin vasitənizlə ölkəmizin 81 vilayətindəki bütün gənc ürəklərə salamlarımı göndərirəm. Könül coğrafiyamızın hər tərəfindəki gənclərimizi, gənc qardaşlarımızın hamısını buradan bir daha sevgi ilə salamlayıram.

Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı “TEKNOFEST”də sizlərlə bərabər olmaqdan böyük məmnunluq duyuram. İstanbulumuzdan və Türkiyənin müxtəlif şəhərlərindən “TEKNOFEST”ə təşrif buyuran gənclərimizə “İstanbulumuza xoş gəldiniz!” deyirəm.

Azərbaycan Prezidenti, hörmətli qardaşım və dostum İlham Əliyevə xanımı ilə birlikdə bilavasitə iştirak etdiyi üçün təşəkkür edirəm.

Eyni qaydada Liviyanın Baş naziri Dibeybe qardaşıma da təşəkkür edirəm.

Şöhrəti ölkəmizin sərhədlərini də aşan altıncı “TEKNOFEST”də sizlərlə birlikdəyik. Birincisini 2018-ci ildə keçirdiyimiz “TEKNOFEST”, şükür olsun, artıq öz sahəsində bir markaya çevrilib. Keçən il Bakıda can azərbaycanlı gənclərimizlə “TEKNOFEST” sevincini yaşadıq. Samsundan Qaziantepə qədər ölkəmizin müxtəlif vilayətlərində texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərimizlə bir araya gəldik. Builki texnologiya bayramımızı əvvəlcə İstanbulda, daha sonra İnşallah, Ankarada keçiririk.

Milli texnoloji həmləmizin konkret nümunələrinin nümayiş etdirildiyi “TEKNOFEST”in ölkəmizə, millətimizə və siz gənclərimizə xeyirli olmasını diləyirəm. Bizlərə bu qürur mənzərəsini yaşadan T3 Vəqfinə, nazirliklərimizə, bütün tərəfdaş qurum və təşkilatlarımıza təşəkkür edirəm. Müsabiqəyə qatılan, yer tutan, layihələri, fikirləri ilə qarşıda yeni üfüqlər açan bütün qardaşlarımızı səmimi-qəlbdən təbrik edirəm.

“TEKNOFEST”də iştirak üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artdığını vurğulayan Türkiyə Prezidenti dedi: “Bu festivala 2018-ci ildə 4333 komanda ilə Bismillah demişdik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas və 102 alt kateqoriyaya çatıb. İştirakçıların sayının artması ilə birlikdə mükafatlarımızın məbləği də yüksəlib. Cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə inanıram”.

Fevralın 6-da baş verən zəlzələlərdən sonra əhalinin harayına çatan T3 Vəqfini və “Baykar” şirkətini təbrik edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, “Baykar” şirkəti “Əsrin fəlakəti” qarşısında nümayiş etdirdiyi nümunəvi mövqe ilə bu millətin doğma övladı olduğunu bir daha ortaya qoyub. Dövlət başçısı T3 Vəqfinin və “TEKNOFEST” könüllülərinin dəfələrlə bölgəyə gedib zəlzələdən zərər çəkənlərin çətin günlərində yanlarında olduqlarını xatırladaraq onlara minnətdarlığını ifadə edib.

Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti deyib: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini qeyd edərək vurğulayıb: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”.

İndiyədək “TCG Anadolu” gəmisini 100 minə yaxın vətəndaşın ziyarət etdiyini diqqətə çatdıran Türkiyə Prezidenti Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin, “Gökbey” helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin son illərdə böyük uğurlarının göstərici kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin rəmzi olduğunu qeyd edib.

Türkiyənin son illərdə kosmik sahədə də böyük uğurlar qazandığını qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək türk pilotlar Alper Gezeravcıya və Tuva Cihangir Ataseverə uğurlar arzulayıb.

Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirilib.

“Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənilib.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.

Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər.

“TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.

Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.

Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.

“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.

     
Davamına bax

İDMAN

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.

     
Davamına bax

MANŞET

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar.

Prezident Aleksandr Lukaşenkoya məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

Daha sonra dövlət başçıları Şuşa qala divarlarını ziyarət etdilər.

Belarus Prezidentinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verildi. Bildirildi ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq rəmzi olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar etdilər.

Qeyd edək ki, ali qonaqların Qarabağa səfərləri artıq ənənə halını alıb. Bu, qonaqlara işğalçının törətdiyi vandalizm aktlarını, Azərbaycan dövlətinin quruculuq siyasətini və sülh gündəliyini nümayiş etdirmək imkanı verir.

Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL1 saat

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL1 saat

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

CƏMİYYƏT2 saat

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT2 saat

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN2 saat

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET9 saat

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET9 saat

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET9 saat

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET9 saat

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET9 saat

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET10 saat

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT12 saat

BÜRCLƏR – 18.05.2024

İDMAN18 saat

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA22 saat

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT23 saat

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA23 saat

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT23 saat

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR23 saat

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR24 saat

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR24 saat

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR24 saat

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN24 saat

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR1 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR1 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR1 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN1 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT1 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT1 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT1 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET1 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET1 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN1 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET1 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT1 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT1 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET1 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İDMAN2 gün

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

RƏSMİ XRONİKA2 gün

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib

İQTİSADİYYAT2 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR3 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ5 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL6 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ1 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT1 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND