Bizə qoşulun

SİYASƏT

Sahibə Qafarova Polşa Seyminin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Polşaya rəsmi səfəri çərçivəsində bu ölkə Seyminin sədri Elzbieta Vitek ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Elzbieta Vitek ölkələr və qanunverici orqanlarımız arasında münasibətlərdən razılığını ifadə edib. O, Milli Məclis sədrinin bu səfərinin parlamentlər arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Seymin sədri parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, bu mənada qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Elzbieta Vitek Azərbaycanın Polşa üçün dost ölkə olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini bildirib. O, xalqlarımız arasında əlaqələrin yaxşı səviyyədə olduğunu, onları yaxınlaşdıran bir çox məqamların olduğunu söyləyib.

Polşa Seyminin sədri, həmçinin, ölkəsində mövcud olan vəziyyət, inkişaf göstəriciləri, multikultural mühit barədə də məlumat verib.

Səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Bu da ikitərəfli əməkdaşlığın bütün sahələrdə daha da inkişafına imkan verir. Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya, Polşa Respublikası dövlət başçılarının Azərbaycana səfərləri ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Görüşdə regionda mövcud olan vəziyyət barədə məlumat verən Milli Məclisin sədri, 2020-ci ildə Azərbaycanın öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyduğunu, 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edərək, öz ərazi bütövlüyünü bərpa etdiyini, ölkəmizin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özü təmin etdiyini xatırladıb. Spikerin sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb. Bu mənada, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını şübhə altına alan hərəkət və bəyanatlar qəbuledilməzdir.

İşğal dövründə Ermənistanın bütün kənd və şəhərlərimizi tamamilə dağıtdığını, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyduğunu, məscidlərimizin, müqəddəs ocaqlarımızın ermənilər tərəfindən təhqir olunduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Sahibə Qafarova vurğulayıb ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verib. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq ötən ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanıb. Spikerin sözlərinə görə, həyata keçirilən işlərə ən böyük maneə işğaldan azad edilmiş torpaqlarda Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 300-ə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Ermənistanla sərhədlərin müəyyən edilməsi və münasibətlərin normallaşması üzrə 5 prinsipdən ibarət təklif verib: “Biz gələcəyə baxmaq, sülh əldə etmək, normal qonşuluq münasibətləri yaratmaq istəyirik. Təəssüf ki, hələ də Ermənistan tərəfindən öhdəliklərinin pozulmasını, sərhəddə və Azərbaycanın suveren ərazilərində təxribatların, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla aldatmaq cəhdlərinin şahidi oluruq. Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur”.

Ötən il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Milli Məclisin sədri deyib ki, xalqlar arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi isə daha genişdir: “Azərbaycanın Polşa ilə əlaqələri həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində inkişaf edir. Aİ ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir və Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”.

Bu səfərin onun Milli Məclisin sədri kimi Polşaya ilk rəsmi səfəri olduğunu xatırladan spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, bu səfər iki parlament arasında olan münasibətlərə daha bir təkan olacaq: “Ölkələr arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr xüsusi əhəmiyyətə malikdir. İki dost və tərəfdaş ölkənin parlamentləri olaraq, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın və birgə fəaliyyətin gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Dostluq qruplarının fəaliyyəti parlamentlərarası əlaqələrin inkişafında mühümdür və onlar müntəzəm təmaslarla, dialoqlarla parlamentlər arasında körpü rolunu oynayırlar”.

Sahibə Qafarova görüşdə həmçinin, Azərbaycanda mövcud olan multikulturalizm mühiti, məscidlərlə yanaşı, kilsə və sinaqoqların mövcudluğu, onlara dövlət tərəfindən yaradılan şərait barədə məlumat verib. Spiker ölkəmizdə gender siyasəti barədə də danışıb. O, deyib ki, Azərbaycan müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkədir.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Mənbə: TASS

     
Davamına bax

MANŞET

İranda milli matəm elan edilib

İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar beşgünlük milli matəm elan edilib.

Bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

     
Davamına bax

MANŞET

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran tərəfinə başsağlığı verib.

“Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.

Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir”, – deyə qurumun “X” hesabında qeyd olunub.

     
Davamına bax

Facebook

CƏMİYYƏT2 saat

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

MANŞET2 saat

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək

İDMAN2 saat

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

CƏMİYYƏT3 saat

Sabahın HAVA PROQNOZU – 21.05.2024

MANŞET3 saat

Sabah Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

RƏSMİ XRONİKA3 saat

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

MANŞET3 saat

İranda milli matəm elan edilib

XƏBƏRLƏR4 saat

Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

İDMAN4 saat

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar

CƏMİYYƏT4 saat

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

MANŞET4 saat

Azərbaycan XİN İrana başsağlığı verib

RƏSMİ XRONİKA4 saat

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

SİYASƏT4 saat

Rəisinin helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı başa çatdı

XƏBƏRLƏR4 saat

Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb

MANŞET5 saat

İran Prezidenti İbrahim Rəisi ilə birgə həlak olanların adları açıqlanıb

İDMAN5 saat

Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır

REGİON5 saat

Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb

MANŞET5 saat

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi

İQTİSADİYYAT6 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.05.2024)

MANŞET6 saat

İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir

MANŞET6 saat

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən təsdiqləndi

ELM VƏ TƏHSİL6 saat

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

MANŞET7 saat

İran Qızıl Aypara Cəmiyyəti: “İbrahim Rəisinin qəzaya uğrayan helikopteri tapıldı”

MANŞET12 saat

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

MANŞET13 saat

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-in xilasedici qrupu yaradılıb

CƏMİYYƏT14 saat

BÜRCLƏR – 20.05.2024

ELM VƏ TƏHSİL2 gün

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL2 gün

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN2 gün

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET2 gün

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT2 gün

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT2 gün

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN2 gün

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET2 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET3 gün

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET3 gün

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET3 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET3 gün

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 18.05.2024

CƏMİYYƏT2 saat

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

İQTİSADİYYAT4 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR5 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ1 həftə

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 həftə

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT2 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR3 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

TREND