MANŞET
Sahibə Qafarova qadın parlament sədrlərini minalarla bağlı məsələyə diqqət yetirməyə çağırıb
Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin “Parlament rəhbərliyi: davamlılığın və rifahın daha effektiv təmin edilməsi üçün risklərin qarşısının alınması” mövzusuna həsr olunmuş 14-cü Sammitində “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxış edib.
Azərbaycan parlamentinin sədri Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən parlament nümayəndə heyətlərini salamlayaraq, bu gün parlamentlərin qadın spikerlərinin qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanına malik olduqlarını deyib.
Azərbaycan parlamentinin sədri COVİD-19 pandemiyasının dünya birliyinə hər cəhətdən dağıdıcı təsir göstərdiyini, sosial ədalət, bərabər iqtisadi imkanlar və gender bərabərliyi sahəsində bəzi nöqsanları üzə çıxardığını bildirib. O, qeyd edib ki, artıq dünya birliyi post-pandemiya dövrünə qədəm qoyur və bu gün biz birgə hərəkət etməliyik. İqtisadiyyatın bərpa edilməsində bərabər hüquqlara, imkanlara və təhlükəsizliyə əsaslanan mexanizmləri gücləndirməliyik.
Spiker Sahibə Qafarova bildirib ki, parlamentlər hökumətlər və cəmiyyətlər arasında körpü olaraq bu kontekstdə önəmli rol oynayırlar. Ümumi məqsədlər naminə bu istiqamətdə xalqın seçilmiş nümayəndələrinin, hökumətin və vətəndaş cəmiyyətinin birgə səyləri mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri qeyd edib ki, COVİD-19 pandemiyasının mühüm dərslərindən biri – risklərin erkən aşkarlanmasının və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyindən ibarətdir. Bu gün iqlim dəyişiklikləri artıq dövrümüzün ən kəskin çağırışlarından birinə çevrilir. Bu problemlə ciddi məşğul olmaq lazımdır. Günümüzün digər tələbi yaşıl texnologiyalardan geniş istifadə etməkdir. Biz bu istiqamətlərdə adekvat şəkildə hərəkət etməliyik. Nəzərə almaq lazımdır ki, yaşıl texnologiyaların tətbiqi ətraf mühitin qorunmasını təmin edəcək və yeni perspektivlər açacaq. Şübhəsiz ki, bütün sahələrdə davamlı inkişafa da müsbət təsir edəcək.
Sahibə Qafarova vurğulayıb ki, COVID-19 pandemiyasının ortaya çıxardığı digər mühüm bir məsələ odur ki, qlobal problemlər onların qlobal həllini tələb edir. Kollektiv səylər və birgə tədbirlər son dərəcə vacibdir.
Parlamentin spikeri bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri haqqında söhbət açıb. Diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər həm pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasına, həm də pandemiyanın bitməsindən sonra qlobal bərpa məsələlərinə yönəlib. Bütün dövlətlər üçün peyvəndlərə bərabər, əlçatan, vaxtında və ümumi çıxışın təmin edilməsi, habelə BMT-nin yüksək səviyyəli qlobal bərpa panelinin yaradılması kimi təşəbbüslər – COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir. Dövlət başçımızın bu təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən də geniş şəkildə dəstəklənib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlamentlərarası əməkdaşlığın qlobal miqyasda əhəmiyyətini hər zaman qəbul edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan bu təşkilatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və beləliklə, 2021-ci ilin noyabrında Madriddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib.
Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə nail olunması istiqamətində öz töhfəsini verməyə hazırdır və qlobal əhəmiyyətli məsələlərin həlli yollarının axtarışı üçün Parlamentlərarası İttifaqla, digər parlament təşkilatları ilə fəal əməkdaşlıq etmək niyyətindədir: “Mən Parlament Şəbəkəsinin sədri kimi, bu ilin iyun ayında keçirilən Bakı konfransında bu mövqeyi bildirdim”.
Spiker öz nitqində söyləyib ki, sülh və təhlükəsizlik olmadan davamlı inkişaf və rifah haqqında danışmaq mümkün deyil. O, bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin iyirmi faizi 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılıb. Bu ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəniyyət və din abidələrimiz məhv edilmişdir. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların 52 faizi qadınlardır.
Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlərə başlanılıb. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Burada “Ağıllı” şəhərlər, kəndlər salınır. Bütün bunlar yaşıl enerjinin istifadəsi haqqında daha əvvəl səsləndirdiyim fikirlərə uyğundur.
S.Qafarova təəssüflə qeyd edib ki, Ermənistanın həmin ərazilərdə basdırdığı minalar bu prosesə ciddi maneələr törədir. O, bildirib ki, bu gün doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərimizin, o cümlədən qadın və uşaqların həyatı ciddi təhlükədə qarşısındadır. Humanitar problem olan minalar münaqişələrdən əziyyət çəkmiş bir çox digər ölkələr kimi, Azərbaycanda da iqtisadi bərpa və davamlı inkişafa ciddi əngəl yaradır: Hesab edirəm ki, parlamentlərarası dialoqumuz bu məsələlərə də diqqət yetirməlidir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA
Mayın 17-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağ, Qrız, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28 mm, Qaxda 25 mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm, Lənkəranda 16 mm, Tərtər, Astarada 14 mm, Şahbuzda 12 mm, Göygöldə 11 mm, Ağdamda 10 mm, Naxçıvanda 9 mm, Mingəçevir, Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur, Ağstafa, Beyləqan, Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli, Neftçala, Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan, Altıağac, Quba, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Mayın 16-da saat 14:00 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.
Daşkəsən, Naftalan, Şəmkir, Göygöl, Gəncə, Balakən, Şamaxı, Qusar, Şahdağ, Qrız, Göyçay, Qax, Şəki, Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Sədərəkdə 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Gəncə, Tərtərdə 16 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.
MANŞET
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçılarına sərgilərlə bağlı məlumat verdi.
Bildirildi ki, Bakı Ekspo Mərkəzinin bütün dörd zalını və açıq sahəsini əhatə edən sərgilərə ümumilikdə 38 ölkədən 500-yə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir. “InterFood Azerbaijan” sərgisində isə dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət və süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunur.
Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış oldular.
Belarus Respublikasının Milli Qrupunun qida məhsulları stendləri ilə tanış olan dövlət başçılarının diqqətinə çatdırıldı ki, stendlərdə 40-a yaxın şirkət, o cümlədən “Gomselmash”, “Brestmiasomolprom” zavodları, Slutsk pendir fabriki, Minsk süd kombinatı, Qrodno ət-qablaşdırma, Volkovysk və Mogilev ət emalı zavodları, “Belvetfarma”, “Belqospişçeprom”, “Belinterexpo”, “Bresteysky pekar”, “Bremor”, “Brestmeat”, “Brestmiasomolprom”, “Slodych”, “Spartak”, “Algon”, “Grodno azot” və digər şirkətlər öz məhsullarını təqdim edir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov: Bu il burada Belarusun ən böyük milli pavilyonu təmsil olunur.
Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov: Hər vaxtınız xeyir. İcazə verin, sərgidəki Belarus ekspozisiyasını təqdim edim. Bu il sərgidə kənd təsərrüfatı texnikasından tutmuş ət, süd, neft-kimya, qənnadı sənayesinə qədər olmaqla 40 müəssisə iştirak edir. İcazənizlə, sərgidəki pavilyonumuzla tanışlığa məhz bu ekspozisiyadan başlayaq.
Belarusun “Slodıç” qənnadı fabrikinin baş direktoru Aleksandr Neçay: Hər vaxtınız xeyir. Bu gün biz Belarus Dövlət Qida Sənayesi Konsernini təmsil edirik. Sərgidə bizim sahəyə aid 10 müəssisə, o cümlədən qənnadı sahəsinə aid 4 müəssisə iştirak edir. Buraya maraq doğuran bir sıra yeni məhsullarımızı gətirmişik. Aleksandr Qriqoryeviç, Sizin göstərişinizə əsasən tərkibində quru süd olan məmulatlar istehsal edilib və bazara çıxarılıb. Bu məhsullar peçenyelərdir. Həmçinin qənnadı fabriki yeni növ məhsullar – karamel, jeleli konfetlər təqdim edir. Bu məhsullar uşaqlar tərəfindən çox sevilir.
Həmçinin sərgidə bizim qənnadı sənayemizin ən iri istehsalçılarından biri olan “Kommunarka” da iştirak edir. O, şokolad istehsalı ilə məşğul olur. Biz bu sərgiyə şokoladlı batonların yeni seriyasını gətirmişik, həmçinin ənənəvi məhsullarımızı da təqdim etmişik. Bundan başqa, bizim “Spartak” qənnadı fabrikimiz də var. O, qənnadı sənayemizdə böyüklüyünə görə ikincidir və sərgidə yenə də tərkibində şəkər olmayan məhsullarla çıxış edir. Biz, prinsip etibarilə, əsasən şəkərsiz məhsullara üstünlük veririk.
Prezident Aleksandr Lukaşenko: Bizim iki qənnadı şirkətimiz var. “Spartak” və “Kommunarka” əsas şirkətlərdir, digərləri də var.
Aleksandr Neçay: Biz həm də tərkibində şəkər olmayan məhsul istehsal etmişik. Bu məmulat peçenyedir. Bu məhsul zülalı yaxşı həzm etməyən insanlar üçün nəzərdə tutulub. “Spartak” şirkəti də əsasən tərkibində şəkər olmayan məhsullar seriyası hazırlamağa başlayıb. Bu məhsullar müxtəlifdir, onların arasında həm vafli, həm konfetlər, həm şokoladlar, həm də digər məhsullar var.
Məcnun Məmmədov: Cənab Prezident, Sizə şərabçılıq və bal istehsalı üzrə ixtisaslaşmış iki ailə biznesini təqdim etmək istərdim. Onlar balı Yaponiyaya ixrac ediblər.
Prezident İlham Əliyev: Yaponiyaya? Afərin. Hansı rayondan?
Sərginin iştirakçısı: Saatlı rayonu, bizim kiçik ailə təsərrüfatımız var.
Prezident İlham Əliyev: Afərin.
Prezident Aleksandr Lukaşenko: Bunlar kiçik təsərrüfatlardır, xüsusilə bal istehsal edirlər. Afərin.
Mixail Myatlikov: Bazara çıxarıblar, artıq bərk pendir növünü dequstasiya üçün özləri ilə gətiriblər.
Prezident İlham Əliyev: Məhsullar artıq burada satılır?
Mixail Myatlikov: Bəli. Məhsulların yeni seriyası da məhz bərk pendir növlərindən ibarətdir. “Belneftexim” konserni, gübrələr, yağlar, qablaşdırma materialları təqdim olunur. Bu, plastik şüşələr üçün preformaların xammalıdır.
Prezident Aleksandr Lukaşenko: Daha doğrusu, biz neft emalı işini genişləndiririk. Neft emalı indi çox böyük perspektivə malikdir.
Prezident İlham Əliyev: Sizin iki zavodunuz var.
Prezident Aleksandr Lukaşenko: Bəli.
Mixail Myatlikov: “Turovski” süd kombinatı bazarda təmsil olunur. Lakin yeniləri də artıq fəaliyyətə başlayıb.
Prezident Aleksandr Lukaşenko: Bunlar bizim ən nəhəng müəssisələrimizdir. Ən böyük şirkət sayılır. “МТZ”, “Qomselmaş” – traktorlar və avtomobillər istehsal edir. Prezident dəfələrlə “МАZ” barədə danışıb.
Minsk avtomobil zavodunun baş direktoru Valeri İvankoviç: Bizdə xeyli istehsal xətti mövcuddur. Kompleks tullantıların yığılması üçün maşınlarımız var. Hesab edirəm ki, onlara böyük tələbat var. Gəncə avtomobil zavodunda biz avtomobillərin müştərək yığılması müəssisəsini yarada bilərik. Biz şassi tədarük edərik, iş yerini siz təmin edərsiniz. Sizin mütəxəssislər qurğuların yığılmasını təmin edərlər, təcrübə və biliklərdən isə birgə istifadə olunar.
Prezident Aleksandr Lukaşenko: Prezident bu təklifi dəstəkləyir.
Valeri İvankoviç: Buna görə təşəkkür edirəm. Çox sağ olun.
Mixail Myatlikov: Milli musiqi alətində musiqili dəstək.
Prezident Aleksandr Lukaşenko: Simbal. Çox gözəldir.
Prezident İlham Əliyev: Sağ olun.
Mixail Myatlikov: Bizim müəssisəmiz məşhurdur – “Santa Bremor” adlanır. Yelena, buyurun, söz sizindir.
Prezident Aleksandr Lukaşenko: Yaxşı şirkətdir.
“Savuşkin produkt” müəssisənin baş direktorunun müavini Yelena Babkina: Xoş gördük, “Bremor” şirkəti bu sərgidə 2007-ci ildən təmsil olunur. Çoxprofilli şirkət olmasına baxmayaraq, burada balıq və dəniz məhsullarını təqdim edir. Başa düşürəm ki, Azərbaycanı dəniz məhsulları ilə təəccübləndirmək çətindir. Lakin biz çalışırıq ki, tələbatın daha çox olduğu dəniz məhsullarının istehsalı ilə məşğul olaq.
Prezident Aleksandr Lukaşenko: Sadəcə, burada bu texnologiyalar üzrə işə başlamaq lazımdır. Sizin texnologiyalarınız yaxşıdır.
Yelena Babkina: Bəli, əlbəttə. Ticarət distribütorumuz da var. Şirkətimiz 2007-ci ildən bəri eyni distribütorla işləyir. Biz ticarət şəbəkələrində təmsil olunuruq, inkişaf edirik. Ötən il biz hətta 1 milyon dollar dəyərində balıq məhsulları satmağa nail olmuşuq. İki-üç ildən sonra ticarət dövriyyəmizin həcmini iki dəfə artırmağı planlaşdırırıq.
Ötən il “Savuşkin produkt” şirkəti 4 milyon 600 min dollar həcmində süd məhsulları tədarük edib. Bu il isə ilk rübün nəticələrinə əsasən, inkişaf sürətimiz əhəmiyyətli dərəcədə artıb. Biz sarı pendirlərin istehsal həcmini genişləndirməyi, təzə pendirin istehsalını planlaşdırırıq. Bu Mozzarella pendiridir. Bizdə geniş çeşiddə pendir növləri var. Azərbaycanda istehsal edilən təzə pendirdən, daha doğrusu, süzmə pendirdən tutmuş, sarı pendirə, o cümlədən uzun müddət ərzində hazır vəziyyətə gələn pendirə qədər hazırlayırıq.
Prezident İlham Əliyev: Biz sizin məhsulları yaxşı tanıyırıq.
Yelena Babkina: Bəli, “Savuşkin” və “Brest-Litovsk” ticarət markalarımız var. Bu ilin ilk rübünün nəticələrinə əsasən, biz istehsalı əhəmiyyətli dərəcədə artırmışıq. Ötən illə müqayisədə bu ilin birinci rübündə ticarət dövriyyəmiz 70 faiz artıb. Buna görə də, hesab edirəm ki, heç də pis işləmirik. Həm də xoşagələn haldır ki, insanlar sərgiyə gələrək bizim məhsulların dadına baxırlar və belə deyirlər: “Biz sizin məhsulu alırıq”. Bu, möhtəşəmdir.
Mixail Myatlikov: Qrodnensk vilayəti “Qrodnensk” ət kombinatı ilə təmsil olunur.
Kombinatın təmsilçisi Veronika Romanoviç: Biz 2016-cı ildən Azərbaycan Respublikasına hazır kolbasa məhsullarının tədarükünü həyata keçiririk. Bu il isə halal dana əti üzrə satış bazarımızı açmışıq.
Prezident Aleksandr Lukaşenko: Sovet İttifaqında ən yaxşı vilayət hesab olunurdu. Onlar indi də öz fəaliyyətlərini davam etdirirlər.
Prezident İlham Əliyev: Bunlar isə steyk məmulatlarıdır, elədirmi?
Veronika Romanoviç: Ev üsulu ilə hazırlanır. Bu, bizim yeni məhsulumuzdur. Ümid edirəm ki, bu məhsulları tezliklə Sizin bazara da tədarük edəcəyik. Sağ olun.
Prezident İlham Əliyev: Uğurlar arzu edirəm.
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
BÜRCLƏR – 17.05.2024
Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib
Alimlər yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparıblar
Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Sabahın HAVA PROQNOZU – 17.05.2024
Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO
Samux çayından sel keçib, Gədəbəyə dolu düşüb
Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə bu gün ilk matçını keçirəcək
Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 16.05.2024
Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb
FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb
BÜRCLƏR – 16.05.2024
Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq
Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
Dini Komitənin sədri Lissabona gedib, qlobal forumda iştirak edəcək
“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə COP29-dan danışıb
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO
Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
TREND
-
CƏMİYYƏT10 saat
BÜRCLƏR – 17.05.2024
-
CƏMİYYƏT20 saat
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
-
CƏMİYYƏT22 saat
Sabahın HAVA PROQNOZU – 17.05.2024
-
MANŞET20 saat
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib
-
İDMAN19 saat
Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
-
XƏBƏRLƏR20 saat
Alimlər yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparıblar
-
RƏSMİ XRONİKA20 saat
Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
-
XƏBƏRLƏR23 saat
Samux çayından sel keçib, Gədəbəyə dolu düşüb