MANŞET
TƏBİB-in idarə olunması qaydası müəyyənləşib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib.
Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı fərmana əsasən, qurum öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.
TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
Şura TƏBİB-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura sədr də daxil olmaqla 5 üzvdən ibarətdir. Şuranın tərkibinə Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri, səhiyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.
İctimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək Şura qərar qəbul etməkdə müstəqildir.
Şuranın vəzifələri aşağıdakılardır:
– təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən TƏBİB-in maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
– TƏBİB-in inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;
– TƏBİB-in fəaliyyətinə nəzarət etmək;
– TƏBİB-in strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etmək, o cümlədən TƏBİB-in əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
– TƏBİB-in təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin TƏBİB-in idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
– icbari tibbi sığorta fondunun təsdiq edilmiş büdcəsinə uyğun olaraq, TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini, habelə tabeliyindəki tibb müəssisələrinin büdcələrini təsdiq etmək;
– TƏBİB-in fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
– İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
– Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
– TƏBİB-in fəaliyyətinə dair illik hesabatı dinləmək;
– TƏBİB-in kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
– kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
– TƏBİB-də daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
– TƏBİB-in xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri TƏBİB-in aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
– tibb müəssisələrinin rəhbərlərini və onların müalicə işləri üzrə müavinlərini (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda), habelə kollegial icra orqanının bütün üzvlərini İcraçı direktorun təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad etmək;
Şuranın sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini var. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.
İcraçı direktor TƏBİB-in işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edəcək, TƏBİB-in, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində yalnız rəhbərlərinin, bu Nizamnamənin 4.7.15-ci yarımbəndi nəzərə alınmaqla tibb müəssisələrinə münasibətdə (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda) isə müalicə işləri üzrə müavinlər istisna olmaqla digər istiqamətlər üzrə müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edəcək.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.
MANŞET
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar.
Prezident Aleksandr Lukaşenkoya məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.
Daha sonra dövlət başçıları Şuşa qala divarlarını ziyarət etdilər.
Belarus Prezidentinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verildi. Bildirildi ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq rəmzi olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar etdilər.
Qeyd edək ki, ali qonaqların Qarabağa səfərləri artıq ənənə halını alıb. Bu, qonaqlara işğalçının törətdiyi vandalizm aktlarını, Azərbaycan dövlətinin quruculuq siyasətini və sülh gündəliyini nümayiş etdirmək imkanı verir.
Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub.
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla
İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub
BÜRCLƏR – 18.05.2024
“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
Sabahın HAVA PROQNOZU – 18.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb
Axtarışda olan şəxs hava limanında saxlanılıb
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir
Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ
Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
BÜRCLƏR – 17.05.2024
Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO
Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
TREND
-
CƏMİYYƏT11 saat
BÜRCLƏR – 18.05.2024
-
CƏMİYYƏT22 saat
Sabahın HAVA PROQNOZU – 18.05.2024
-
XƏBƏRLƏR23 saat
FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb
-
RƏSMİ XRONİKA22 saat
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
-
İDMAN23 saat
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir
-
CƏMİYYƏT22 saat
Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA
-
İDMAN17 saat
“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub
-
XƏBƏRLƏR23 saat
Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib