HƏRBİ
Vətən müharibəsi şəhidlərinə həsr olunan kitabın təqdimatı keçirilib – FOTOLAR
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Vətən fədailəri: İmişli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, din xadimlərinin iştirak etdiyi tədbirdə Vətən müharibəsində qazanılan qələbənin tariximizdə mühüm yer tutduğu, bu zəfərin əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcəyi bildirilib. Qeyd olunub ki, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların müqəddəs xatirəsi daim qəlblərdə yaşayacaq.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yazdığı kitablarla şəhidlərimizin xatirəsini əbədiləşdirən şairə-publisist Manya Səxavətqızına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “Biz ölsək də ana Vətən yaşasın” adlı bədii kompozisiya təqdim olunub.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun hərbçisi vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda vurğulanıb.
HƏRBİ
Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən, azad olunan ərazilərdə 6-12 may 2024-cü il tarixi ərzində 32 tank əleyhinə mina, 6 piyada əleyhinə mina, 358 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 880.3 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
HƏRBİ
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.
Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.