BALAKƏN
Balakən rayonunda “Xarı bülbülün sədası” adlı tədbir keçirilib
Noyabrın 1-də Balakən rayon MKS-nin Mazımçay kənd kitabxana filialı Heydər Əliyev Mərkəzində Şuşanın işğaldan azad olunması və Zəfər günü ilə əlaqədar “Xarı bülbülün sədası” adlı tədbir keçirib.
Tədbirdə rayon məktəbliləri iştrak ediblər. Kitabxananın filial müdiri Səbinə Eminayeva qeyd edib ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Həmçinin məktəblilərə bilidirilib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Digər xəbərlərə də bax
BALAKƏN
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb – FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunuz dövriyyəsində şübhəli bilinən Ruslan Hüseynov və Elbruz Əzimov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan 10 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər “Baba” kimi tanıdıqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Araşdırmalarla hər iki şəxsin əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Emin Əhmədov, İntiqam Mustafayev, Araz Şindiyev və Əli Sofiyev də saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
BALAKƏN
Balakəndə kömür sexində yanğın baş verib
Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kvadratmetr olan kömür istehsalı sexində yanğın olub.
Hadisə gecə saat 3 radələrində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində sexin dam örtüyünün 100 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi, kömür istehsal edən dörd ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
BALAKƏN
Balakəndə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib – FOTOLAR
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
ShekiMedia.az xəbər verir ki, tədbir Mədəniyyət Mərkəzinin qarşısındakı tonqalın alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları mərkəzin foyesində Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son dörd ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.