SİYASƏT
“Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib – FOTO
Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir iştirakçılarının mövzu ilə bağlı çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin xalqımızın tarixi nailiyyəti olduğu vurğulanıb.
Sonda “Müstəqilliyimiz əbədidir” adlı film nümayiş olunub.
Digər xəbərlərə də bax
SİYASƏT
Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor
Erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali dünəndən itaətsizlik aksiyasına başlayıb. İrəvanda və digər şəhərlərdə aksiyaya çıxan əhali əsas küçə və prospektləri bağlayıb. Paytaxtda yerləşən “Qələbə” körpüsündə, “Azatutyun” prospektində, eləcə də Tbilisi şosesində hərəkət dayanıb.
Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Bu üzdən, asayiş keşikçiləri onların tələblərinə məhəl qoymayan etirazçıları saxlamağa məcbur olublar.
Bir qrup aksiya iştirakçısı isə səhər saatlarında Eçmiədzindəki 7 saylı orta məktəbin qarşısında ora gəlişi gözlənilən Nikolu boykot etməyə çalışıb. Ancaq az sonra onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Yeri gəlmişkən, qeyd edək ki, baş nazir bu il ikinci dəfə həmin məktəbin idman zalında olub.
Maraqlıdır ki, kilsənin dini və inzibati mərkəzinin yerləşdiyi Eçmiədzin şəhərində saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib. Bununla bağlı ölkənin daxili işlər nazirliyi məlumat yayıb. Ümumilikdə, dünən qarışıqlıq salmaq istəyən 50-dən çox şəxs saxlanılıb.
Qeyd edək ki, itaətsizlik aksiyası ilə bağlı çağırış B.Qalstanyan tərəfindən mayın 9-da paytaxtın mərkəzi meydanında keçirilən mitinqdə edilib. O, tələbələri mayın 10-dan dərsləri boykot etməyə, rayon və şəhər sakinlərini isə yaşadıqları yerlərdə aksiyalar keçirməyə çağırıb. Arxiyepiskop etiraf edib ki, baş naziri qanuni yollarla devirməyə gücləri çatmır. Buna görə də itaətsizlik aksiyaları ilə məqsədlərinə nail olmaq istəyirlər: “Ermənistan parlamentinin müxalifət fraksiyaları baş nazirin impiçmenti prosesinə başlamağa hazırdır. Amma 20-yə yaxın səs çatışmır”.
Ümumiyyətlə, aksiyalar lokal xarakter daşıyıb. Aksiyalara qatılanların sayının azlığı diqqəti cəlb edib. Buna baxmayaraq, din xadimi adlanan bu şəxs bazar günü 18:30-da yenidən mitinq keçirəcəklərini bildirib və xalqa üz tutaraq aksiyada aktiv iştiraka səsləyib.
Baqratın çağırışına səs verənlərin sayının az olması Ermənistan cəmiyyətinin revanşistləri dəstəkləmədiyinin göstəricisidir. Haylar bununla Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq kursu götürmüş N.Paşinyana dəstək verdiklərini, müharibələrdən yorulduqlarını, dinc və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini nümayiş etdirirlər.
Ermənistan–Azərbaycan münasibətlərinin korlanmasına hər zaman “xüsusi töhfə” verən xaricdəki erməni diasporu isə yenə öz əməllərindən qalmır. Dünən Avstraliya və Yeni Zelandiya erməni yeparxiyası “Vətən naminə Tavuş” hərəkatını dəstəklədiyini bildirib. Bu barədə yeparxiyanın ofisinin bəyanatında deyilir. Bəyanatda Ermənistan hakimiyyətinin “birtərəfli güzəştləri” (?) pislənilib. Hökumətdən “güzəşt siyasətinə son qoymaq”, Ermənistanın ərazi bütövlüyünü və xalqın milli hüquqlarını müdafiə etmək tələb olunub.
Onu da qeyd edək ki, mayın 12-də Avropanın 11 ölkəsinin 30-a yaxın şəhərində “Vətən naminə Tavuş” hərəkatına dəstək nümayişləri keçiriləcək. Bu barədə hərəkatın yaydığı məlumatda deyilir. Nümayişlər Belçika, Bolqarıstan, Fransa, Kipr, Danimarka, Yunanıstan, Niderland, İsveç, Böyük Britaniya və digər ölkələrdə baş tutacaq. Bu hadisə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı uğurla başlanmış prosesə təkcə erməni kilsəsinin və Qarabağ klanının deyil, diasporun da qarşı çıxdığından xəbər verir. Bu üç qüvvə son proseslərdə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Əslində, onlar bununla iki ölkə arasında və ümumiyyətlə, bölgədə sülhün yaranmasına qarşı olduqlarını aşkar şəkildə ortaya qoyurlar.
Ermənistan mediasında isə “Vətən naminə Tavuş” vətəndaş hərəkatının iç üzünü açan, keçmiş hakimiyyət təmsilçilərinin qanunsuz əməllərini ifşa edən yazılar dərc edilməkdədir. “Koçaryanın Ermənistanın müstəqilliyinə və təhlükəsizliyinə qarşı marionetkası” sərlövhəli belə yazıların birində bildirilir ki, Qarabağ klanı, daşnaklar və onların “yemlədiyi” keşişlər – II Qareginin nökərləri ən adi manqurtlardan ibarət cinayətkar dəstədir. Qeyd olunur ki, artıq maskalar yırtılıb, kartlar açılıb: “Arxiyepiskop Baqrat Qalstanyanın “rəhbərlik etdiyi” “Vətən naminə Tavuş” hərəkatını nəzərdə tuturuq. “Rəhbərlik etdiyi” sözünü dırnaq içərisində yazmağımız təsadüfi deyil. Çünki gözlənildiyi kimi, kilsənin xidmətçiləri dağıdıcı qüvvələrin əlində marionetkaya, sözəbaxan, itaətkar alətə çevriliblər. Necə? Bunu izah etməyə çalışacağıq”.
Bildirilir ki, Tavuşdan İrəvana bir din xadiminin başlatdığı teatral yürüş ölkənin ayıq düşüncəli vətəndaşlarına artıq oynanılmış oyun kimi göründü: “Bəli, Baqrat srbazan (yeri gəlmişkən, qeyd edək ki, “srbazan” erməni apostol kilsəsində tituldur, “müqəddəs, ən müqəddəs” anlamına gəlir – S.H.) indiki hakimiyyətə qarşı olan əhalinin bir hissəsinin diqqətini çəkdi. Başqa necə? Axı o, Azərbaycana “birtərəfli güzəştlərə”, sərhədlərin delimitasiya və demarkasiyasına qarşı çıxıb, ümumiyyətlə, acı reallığı hələ də qəbul edə bilməyənlərin hissləri ilə məharətlə oynayıb. Bəli, bu reallıq, doğrudan da, acıdır, ürəyimizi parçalayır. Amma başı çiynində olanlar bilirlər ki, İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, vəziyyəti ən azı yaxın 10-15 ildə dəyişmək mümkün olmayacaq. Paşinyan olmasın, Qriqoryan olsun. Nə dəyişəcək? “Artsax”ı yenidən fəth etməyə gedəkmi? Bizim buna gücümüz çatarmı? Reallıqda bunu istəyənlərin sayı da o qədər çox deyil. Ən azı, 44 günlük müharibədə mən İrəvanda belələrini görmədim. Sadəcə demaqoqluq, yalançı vətənpərvərlik, bayraq dalğalandırmaq və uca səsli çıxışlar var idi. Amma həmin aksiyaların iştirakçılarından yalnız bir neçəsi hərbi komissarlıqlara gələrək döyüşə gedib. Məğlubiyyətdən sonra onları tapmaq belə mümkün deyil. Hətta, Ermənistanda mövcud hakimiyyətin tam qayğısına qaldığı “artsaxlılar” da döyüşmək arzusu ilə alışıb-yanmırlar. Əgər onlar istəmirlərsə, o zaman bunu kim edəcək? Yeni müharibə bizim üçün daha böyük faciəyə çevriləcək. Çünki indi bizim nə 2020-ci ilə qədər olan gücümüz, nə də beynəlxalq dəstəyimiz var”.
Qeyd edilir ki, buna baxmayaraq, cəmiyyətin bir hissəsi Qalstanyana inanaraq, onun arxasınca getdi. O, tezliklə İrəvanda Paşinyana ultimatumlar verməyə, istefasını tələb etməyə başlayanda hər şey öz yerinə düşdü: “Arxiyepiskop da, onun arxasında duran qüvvələr də öz eqoist maraqlarını güdürlər. Baqrat Qalstanyan daşnak İşxan Saqatelyanı və keçmiş müdafiə naziri Seyran Ohanyanı öpüb bağrına basanda, ruhaniyə kimin rəhbərlik etdiyi məlum oldu. Ohanyanla Qalstanyan arasındakı görüş şəxsən mənim üçün soyuq duş idi. Axı, bu həmin Ohanyandır ki, ordunu şəxsi varlanma vasitəsinə çevirib, onu metodik şəkildə məhv edib, talayıb. Ohanyanla gəzib-dolaşan adamın arxasınca getmək ordumuza, ölkəmizə nifrət etmək deməkdir”.
O da bildirilir ki, Qalstanyan Koçaryanla görüşə gedəndə, nəhayət, hər şey aydınlaşdı. Bəlli oldu ki, bütün bu teatr tamaşası Ermənistanda hakimiyyəti dəyişmək və Azərbaycanla yeni müharibəni başlamaq arzusunda olan ikinci prezident tərəfindən koordinasiya edilib.
Müəllif Tevos Arşakyan oxucularına üz tutaraq yazır: “İndi siz, əziz oxucular, baş verənlərin bütün mənzərəsini başa düşürsünüz. Qarabağ klanı, daşnaklar və onların şirnikləndirdiyi keşişlər – II Qareginin nökərləri ən adi manqurtlardır, onilliklər ərzində bizim və ölkəmizin hesabına zənginləşən cinayətkar dəstədir. Onlar hakimiyyətə qayıtmaq, qənimətlərini geri almaq arzusundadırlar. Və onların hakimiyyətə əsas namizədi qaniçən Robert Koçaryandır. Mayın 9-da meydanda Baqratın sözlərinə qulaq asanlar o dövrü unudublarmı? Siz yenidən Koçaryan–Sarkisyan dəstəsinin zənginləşmə mənbəyinə çevrilmək istəyirsiniz? Onların ölkədə necə vəhşiliklər törətdiklərini və bunu necə ört-basdır etdiklərini unutmusunuz? Əlbəttə, Paşinyan mələk deyil, amma onu Qarabağ klanından olan qatillərlə müqayisə etmək olmaz. Sonda, heç olmasa, özünüqoruma instinktinizi işə salın – əgər sərhədin müəyyənləşdirilməsi prosesi pozularsa, deməli, bizi müharibə gözləyir”.
Göründüyü kimi, Ermənistanda açıq fikirli şəxslər hadisələrin əsl mahiyyətini başa düşür və hayları əvvəlki rejimləri dəstəkləməməyə, yenidən qan tökülməsinin qarşısını almağa çağırırlar. Ancaq Ermənistanda etirazları təşkil edənləri, onları xaricdən dəstəkləyənləri erməni xalqının istəyi və taleyi heç cür maraqlandırmır. Koçaryanın ortaya atdığı keşiş Baqratın davranışlarından bunu aydın görmək olar. Mayın 9-da İrəvan meydanında çıxış edən Baqrat Azərbaycanla razılaşmaların əleyhinə çıxdı, Paşinyanın istefa verməsini tələb etdi. Lakin o, ölkəmizlə münasibətlərə dair alternativ olaraq nə təklif etdiklərini, planlarının nədən ibarət olduğunu açıqlamadı. Çünki alternativ planları yoxdur. Onlar üçün əsas və yeganə məqsəd nə yolla olur-olsun, hakimiyyətə gəlməkdir.
Mövzu üzrə söhbətləşdiyimiz politoloq İlyas Hüseynov bildirdi ki, din xadimi adlanan şəxsin başlatdığı aksiyada siyasi tələblərin irəli sürülməsi nonsensdir. Onun sözlərinə görə, B.Qalstanyan delimitasiya və demarkasiya prosesinə qarşı çıxan, Paşinyan hakimiyyətini devirmək istəyən qüvvələrin əlində alətdir. Onun qanuni yolla seçilmiş hökumət başçısının impiçmentinə çağırış etməsi bunu deməyə əsas verir: “Kilsə Hayastanda hər zaman böyük qüvvə olub, eyni zamanda, onun əlində böyük maddi sərvət cəmləşib. Təsadüfi deyil ki, Ermənistanda kilsəni “dövlət içində dövlət” adlandırırlar. Kilsə bu gün hakimiyyətə qarşı çıxır. Xaricdəki erməni diasporu, daşnaklar, revanşistlər, ayrı-ayrı güc mərkəzləri də bu prosesdə maraqlıdırlar”.
Politoloq hesab edir ki, impiçment istəyi uğurla nəticələnməyəcək. Çünki parlamentdə çoxluq Paşinyanın tərəfindədir: “Paşinyanı mitinqlər yolu ilə də devirmək müşkül məsələdir. Çünki Nikol özü meydandan gəlmiş adamdır. 2018-ci ildə onun tətbiq etdiyi metodu indi etirazçılar sınaqdan çıxarmağa çalışırlar. Paşinyan İrəvana İcevandan yürüş etmişdi, indi Baqrat da eyni üsulu tətbiq edərək İrəvana Tavuşdan gəldi. Görünür, müxalifətdəki siyasi texnoloqlar bu istiqamətdə analiz apararaq, uğur qazanmaq istəyirlər”.
Siyasi ekspert, həmçinin qeyd etdi ki, polisin sanksiyalaşdırılmamış itaətsizlik aksiyaları zamanı güc tətbiq etməsi, bir sıra şəxsləri saxlaması, qarşıdakı günlərdə etirazçıları asayiş keşikçiləri ilə toqquşmaya getməkdən çəkindirəcək amildir.
İ.Hüseynov onu da bildirdi ki, bu, Hayastanın daxilində baş verən hadisədir və Ermənistan hökumətinin Azərbaycanla sülh müqaviləsi imzalamaq, delimitasiya və demarkasiya prosesi aparmaqla bağlı siyasi iradəsinə təsir etməməlidir: “Kəndlər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Mayın 10–11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələr davam edir. Düşünürəm ki, bu proses mümkün qədər tez bir zamanda öz həllini tapacaq”.
Səxavət HƏMİD
“Xalq qəzeti”
SİYASƏT
Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib
Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie Azərbaycan səfiri Ruslan Nəsibovu qəbul edib.
Bu barədə Efiopiyanın baş diplomatı sosial şəbəkədə bildirib.
“Azərbaycanın səfiri cənab Ruslan Nəsibov ilə görüşdə ikitərəfli əməkdaşlığımızın gücləndirilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 Sammiti ilə bağlı müzakirələr aparılıb”, – XİN başçısı qeyd edib.
O, COP29-un “planların gerçəkləşdiyi yer olacağına və iqlim fəaliyyətinə dair anlamlı addımlar atan ölkələrin iqlim böhranını həll etmək səylərində tanınacaq və dəstəklənəcəyi bir hadisə olacağına ümidvar olduğunu” vurğulayıb.
Xatırladaq ki, martın 14-də Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov etimadnaməsini Efiopiya Prezidenti Sahle-Vork Zevdeyə təqdim etmişdi.
MANŞET
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
Azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.
Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.
S.Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq
Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verilib – FOTO
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb – FOTO
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır
Zaqatalada ata oğlunun asılmış meyitini tapıb
Bəzi yerlərdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 13.05.2024
BÜRCLƏR – 13.05.2024
Birinci Qarabağ müharibəsi qazisi Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada dövlət himnimizi səsləndirib – FOTO/VİDEO
Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor
DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib
Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub
Yağıntılı hava şəraiti sabah da davam edəcək
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib – FAKTİKİ HAVA
“Real Madrid” 36 illik rekordunu təkrarladı
Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür
“Google Chrome” istifadəçilərinə təcili xəbərdarlıq
Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib
BÜRCLƏR – 12.05.2024
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri Xiyabanı ziyarət edib
DİN-dən vətəndaşlara xəbərdarlıq edib
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib – FOTOLAR
Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
Milli Məclis Parlamentlərarası İttifaq ilə birgə iclas keçirə bilər
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal nəticələri açıqlanıb
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər – YENİLƏNİB/FOTOLAR
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR
TREND
-
CƏMİYYƏT12 saat
BÜRCLƏR – 13.05.2024
-
XƏBƏRLƏR1 saat
Zaqatalada ata oğlunun asılmış meyitini tapıb
-
SİYASƏT19 saat
Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor
-
İDMAN19 saat
Birinci Qarabağ müharibəsi qazisi Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada dövlət himnimizi səsləndirib – FOTO/VİDEO
-
CƏMİYYƏT23 saat
Yağıntılı hava şəraiti sabah da davam edəcək
-
ELM VƏ TƏHSİL19 saat
DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib
-
CƏMİYYƏT19 saat
Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
CƏMİYYƏT20 saat
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib