Bizə qoşulun

MANŞET

“ADEX” – qalib ölkənin növbəti zəfəri

Pandemiya ilə əlaqədar yaranan dördillik fasilədən sonra “ADEX” sərgisi yenidən Azərbaycanın paytaxtı Bakı şəhərində yüksək səviyyədə təşkil edildi. Sərgi müdafiə sənayesi sektorunda yeniliklərin tanıdılması, eləcə də istehsalçılar və istifadəçilər arasında biznes münasibətlərinin qurulması baxımından da ən uyğun platformadır. Ölkəmiz 2014-cü ildən “ADEX” sərgisinə evsahibliyi edir. Sərgi Azərbaycan müdafiə sənayesinin imkanlarının dünyaya tanıdılmasında mühüm rol oynayır. Bakıda “ADEX” sərgisi ilə paralel olaraq XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də təqdimatını uğurla həyata keçirdi.

Sərgilərin yüksək səviyyədə keçirilməsinin ən başlıca xüsusiyyəti, dövlət səviyyəsində bu tədbirlərə diqqətin ayrılmasından ibarət oldu. Azərbaycan növbəti dəfə yeniliyə imza atdı – Türkiyə, Rusiya, İran, Bolqarıs­tan, Çin, Fransa, İtaliya, Niderland, İordaniya kimi 26 ölkənin 208 şirkətini Bakıda bir araya gətirdi. Bu, həm də qalib ölkənin növbəti zəfəri idi. “ADEX” sərgisinin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, sərgi Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şan­lı Zəfərdən sonra ilk dəfə təşkil olunur­du. “ADEX” çərçivəsində Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye komp­leksinin gücü və qüdrəti, müasir silahlar sərgiləndi.

Əvvəlcə, Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilmiş IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış oldu, daxili pavilyonlardakı stendlərə baş çəkdi. Dövlət başçımız müraciətində “ADEX” sərgisinin hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah, texnika və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm platformaya çevrildiyi­ni, dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatlarını, rəsmi nümayəndə heyətlərini və mütəxəssislərini eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün geniş imkanlar yarat­dığını diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev “ADEX” və “Securex Caspian” sərgiləri çərçivəsində bir sıra görüşlər keçirdi. Belə ki, nazir sentyabrın 7-də Bolqa­rıstanın İqtisadiyyat və Sənaye naziri Nikola Stoyanov, İordaniya Haşimilər Krallığının Baş Qərargah rəisi You­sef Ahmad Hamed Alhnaity, Qətər dövlətinin Müdafiə Nazirliyinin Hərbi İstehsalat İdarəsinin rəhbəri Salem Mohammed Almarri və onların rəhbərlik etdikləri nümayəndə heyətləri ilə bir ara­ya gəldi. Qonaqlar ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə etdilər, “ADEX” və “Securex Caspian” sərgilərinin Azərbaycanda yüksək peşəkarlıqla təşkil edildiyini, burada əlverişli əməkdaşlıq şəraitinin yaradıldığını vur­ğuladılar. Onlar sərginin əhəmiyyətini yüksək qiymətləndirdilər. Görüşlərdə qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olundu, maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.

Bakı Ekspo Mərkəzində keçiril­miş “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublika­sının Müdafiə naziri, general-polkov­nik Zakir Həsənov ölkəmizə səfərə gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Ruanda Respub­likasının Müdafiə naziri, general-mayor Murasira Albert, Bosniya və Herseqo­vina Respublikasının Müdafiə naziri Sifet Podçiç, Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus, Qaza­xıstan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Ruslan Şpekbayev və digərləri ilə görüşdü. Bu görüşlərdə ölkələrimiz arasında regi­onal təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olundu.

Müdafiə naziri Zakir Həsənov sərgidə iştirak etmək üçün ölkəmizdə səfərdə olan bir sıra şirkətlərin rəhbər heyətləri ilə də görüşlər keçirdi. Belə görüşlərdən biri İsrailin “Rafael” şirkətinin rəhbəri Yoav Har-Even ilə baş tutdu. Azərbaycan ilə İsrail arasın­da hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparıldı, eyni zamanda, Azərbaycan – İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulandı.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, ge­neral-leytenant Ramiz Tahirov da 4-cü “ADEX” sərgisini ziyarət etdi. HHQ-nin komandanı Müdafiə Sənayesi Nazirliyi, yerli və xarici şirkətlərin istehsalı olan məhsullar ilə tanış oldu. Ramiz Tahirov daha sonra Türkiyənin MKE (Makine ve Kimya Endüstrisi”) ilə SDT (“Kosmik və Müdafiə Texnologiyaları”) şirkətinin məhsulları ilə maraqlandı.

Həmçinin, Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov sərgini ziyarət etdi. Şahin Məmmədov Türkiyənin “Otokar” şirkətinin nümayəndə heyəti ilə görüşdü. Da­xili Qoşunların Komandanı Müdafiə Sənayesi Nazirliyinin, yerli və xarici şirkətlərin stendləri və məhsulları ilə tanış oldu.

Xarici təmsilçilər də Azərbaycanın güc strukturlarının nümayəndələrinin sərgilərdə xüsusi diqqətini təqdirəlayiq hesab etdilər. TUSAŞ şirkəti İdarə Heyətinin sədri Rafet Bozdoğan “Xalq qəzeti” ilə fikirlərini bölüşərkən bildirdi ki, açılışdan sonra Prezident İlham Əliyev və komandası onları ziyarət etdi və stendlərdəki məhsullarla maraqlandılar: “Azərbaycan və onun bütün yüksək səviyyəli rəhbərləri bizim stendimizlə çox maraqlandılar. Azərbaycan, həqiqətən, gözəl evsahib­liyi ilə stendimizə ən yüksək səviyyədə qayğı göstərdi. Bundan sonra burada qonaq olan digər ölkələrin baş qərargah rəisləri və digər yüksək ranqlı qonaqla­rımız gəldilər. İordaniya Baş Qərargah rəisi stendimizi ziyarət etdi. Onlar da məhsullarımızla maraqlandılar. Texniki səfər və müəssisə səfərindən danışdı­lar. Bosniya və Herseqovinanın Müdafiə naziri qonağımız oldu”.

Bakı Ekspo Mərkəzində keçirilmiş IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri beynəlxalq status səviyyəsi daşıyır. Bu sərgilərin keçirildiyi məkan Azərbaycanın paytaxtı Bakı idi. Qalib ölkənin paytaxtı Bakı şəhəri. Dünya ictimaiyyəti Azərbaycanın hərbi gücünə daha əvvəldən bələd idi – İkinci Qarabağ müharibəsində təkrar şahid olmuşdular. Bu dəfə isə Azərbaycan təcrübəsini şəxsən görmək onlar üçün də maraqlı idi. Bu maraq heç də təsadüfi deyildi. Dünya bir daha əmin oldu ki, 30 illik işğala son qoyan güclü ordu, güclü rəhbərlik və bir də “dəmir yumruq” idi.

Xülasə, ölkəmiz adından görülən tədbirlər, beynəlxalq səviyyədə təşkil olunan hərbi sərgilər, qazanılan uğurlar, qələbələr sevincimizə sevinc qatır. Hələ bayrağımızın beynəlxalq təşkilatların binaları önündə sayılıb-seçilən dövlətlərin bayraqları sırasında dalğalanması, beynəlxalq tədbirlərdə, dünya ölkələrinin ərazisində yer alması qürurumuzdur. Azadlıq – Vətən, torpaq uğrunda canını qurban vermiş şəhidlərimizin, şanlı bayrağımızı yüksəklərə ucaltmağa nail olmuş qazilərimizin hünəri ilə mümkün olmuşdur. Onlar bu yolda canlarını, qanlarını əsirgəmədilər. Heç təsadüfi deyil ki, Bakı metrostansiyasında belə “Azadlıq”a gedən yol “20 Yanvar”dan keçir. Ən əsası, bu yolların bir dayanacağı “8 Noyabr” stansiyasıdır. Növbəti stansiya, yəqin ki, Zəngəzur olar.

Rizvan FIKRƏTOĞLU

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.

Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.

“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.

     
Davamına bax

CƏMİYYƏT

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.

Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.

Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.

“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.

     
Davamına bax

İDMAN

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL21 saat

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL22 saat

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN22 saat

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET22 saat

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT22 saat

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT23 saat

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN23 saat

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET1 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET1 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET1 gün

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET1 gün

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET1 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET1 gün

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 18.05.2024

İDMAN2 gün

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA2 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT2 gün

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR2 gün

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR2 gün

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR2 gün

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR2 gün

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN2 gün

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR2 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR2 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR2 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN2 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT2 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT2 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT2 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET2 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN2 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET2 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT2 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT2 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET2 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İQTİSADİYYAT3 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR4 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ6 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL7 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ1 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND