MANŞET
AQTA-dan xəbərdarlıq: Bəzi məhsulların İrandan idxalına məhdudiyyət qoyulacaq
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İranda fəaliyyət göstərən, təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.
Bununla əlaqədar, İran İslam Respublikasının səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il sentyabrın 1-dən balıq və balıq məhsullarının, süd və süd məhsullarının istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida obyektləri tərəfindən məhsulların idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.
AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir. Agentlik növbəti dəfə qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Digər xəbərlərə də bax
MANŞET
DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib.
Müraciətdə kiber talamaya məruz qalma riskləri gündən-günə artdığı bildirilib:
“Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın”.
Həmçinin vurğulanıb ki, kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir, sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onun sözlərinə görə, onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub, ötən gün – mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
“Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, – məlumatda qeyd olunub.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 14.05.2024
Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.
ELM VƏ TƏHSİL
Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib
Bu günə qədər 34 839 nəfərə təhsil tələbə krediti (TTK) verilib.
Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.
Onun sözlərinə görə, təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci ildən bu günədək Təhsil Tələbə Krediti Fonduna 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub:
“Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə 34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb”.
Nazir müavini bildirib ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb: “Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb. Təhsil kreditlərindən yararlanan tələbələrin gender bölgüsündə qızlar (59 faiz) üstünlük təşkil edir”.
Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb
DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib
Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıb
Sabahın HAVA PROQNOZU – 14.05.2024
Qarabağ yaylaqlarına köçəcək 1110 fermerə mina təlimləri keçirilib
Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib
Sahibə Qafarova Sinqapurda səfərdədir
Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib
Qusarda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb
Oğuzda irigövdəli ağacın aşması nəticəsində 15 kəndin internet təminatı kəsilib
Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq
Azərbaycan XİN İsraili təbrik edib
Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib – FAKTİKİ HAVA
Sabahdan MİQ-ə sənəd qəbulu başlayır
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2024)
Bu ay Şuşaya köçüçürüləcək əhalinin sayı açıqlanıb
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb
136 nəfər şuşalı öz doğma yurduna qayıdıb – FOTOLAR
BÜRCLƏR – 14.05.2024
Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir – FOTO
Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR
Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
Sabahın HAVA PROQNOZU – 14.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb
Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub
Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Sabah Şuşaya növbəti köç olacaq
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq
Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub
Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verilib – FOTO
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO
TREND
-
ELM VƏ TƏHSİL23 saat
Sabahdan MİQ-ə sənəd qəbulu başlayır
-
ANA SƏHİFƏ23 saat
Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
-
CƏMİYYƏT20 saat
Sabahın HAVA PROQNOZU – 14.05.2024
-
MANŞET19 saat
DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib
-
RƏSMİ XRONİKA23 saat
Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
-
İQTİSADİYYAT19 saat
Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb
-
XƏBƏRLƏR20 saat
Qarabağ yaylaqlarına köçəcək 1110 fermerə mina təlimləri keçirilib
-
SİYASƏT20 saat
Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıb