Bizə qoşulun

BALAKƏN

Balakəndə narkotacir snayper tüfəngi ilə tutuldu – FOTOLAR

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, onlardan ümumi çəkisi 3 kiloqrama yaxın heroin və marixuana, eləcə də odlu silah aşkar edilib. Həmin şəxslərdən birinin pul müqabilində İran vətəndaşına narkokuryerlik etdiyi müəyyən olunub.

Keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Qullar kənd sakini Vüqar Ağcayev tutulub. Şəxsi axtarış zamanı ondan külli miqdarda – 2 kiloqram 230 qram heroin aşkarlanıb. Araşdırma zamanı Vüqar Ağcayevin “WhatsApp” sosial şəbəkəsində İran vətəndaşı ilə əlaqə yaradaraq ona narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə saxlanılan şəxs 2000 manat qarşılığında həmin narkotiki Balakəndən paytaxta aparmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə yaşadığı ünvanda odlu silah-sursat və narkotik vasitə gizlətməkdə şübhəli bilinən Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən, eləcə də evindən 110 qram marixuana, snayper tüfəngi və həmin silaha məxsus patronlar aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı isə daha 3 nəfər – Mətin Məmmədov, Həmid Göylərov və Murad Bayoqluyev tutulub. Onların hər üçündən marixuana aşkarlanaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Mətin Məmmədovun üzərindən aşkarlanan narkotik vasitəni Həmid Göylərovdan, Həmid Göylərovun isə Murad Bayoqluyevdən aldığı məlum olub.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin satışı, saxlanılması və kultivasiyası ilə məşğul olan 25 nəfər saxlanılıb, 16 kiloqrama yaxın müxtəlif növ narkotik dövriyyədən çıxarılıb.

 

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

BALAKƏN

Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb – FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunuz dövriyyəsində şübhəli bilinən Ruslan Hüseynov və Elbruz Əzimov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan 10 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər “Baba” kimi tanıdıqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Araşdırmalarla hər iki şəxsin əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Emin Əhmədov, İntiqam Mustafayev, Araz Şindiyev və Əli Sofiyev də saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

     
Davamına bax

BALAKƏN

Balakəndə kömür sexində yanğın baş verib

Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kvadratmetr olan kömür istehsalı sexində yanğın olub.

Hadisə gecə saat 3 radələrində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hadisə nəticəsində sexin dam örtüyünün 100 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.

Sexin qalan hissəsi, kömür istehsal edən dörd ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

     
Davamına bax

BALAKƏN

Balakəndə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib – FOTOLAR

Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

 ShekiMedia.az xəbər verir ki, tədbir Mədəniyyət Mərkəzinin qarşısındakı tonqalın alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları mərkəzin foyesində Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.

Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb.   Rayon rəhbəri bildirib ki, son dörd ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.

Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL9 saat

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir – FOTO

ELM VƏ TƏHSİL11 saat

Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR

ELM VƏ TƏHSİL12 saat

Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

RƏSMİ XRONİKA12 saat

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

MANŞET13 saat

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

CƏMİYYƏT13 saat

Sabahın HAVA PROQNOZU – 14.05.2024

MANŞET13 saat

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

SOSİAL13 saat

Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb

SƏHİYYƏ13 saat

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub

HƏRBİ14 saat

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

MANŞET14 saat

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

XƏBƏRLƏR14 saat

Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib

HƏRBİ14 saat

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

XƏBƏRLƏR14 saat

Sabah Şuşaya növbəti köç olacaq

HƏRBİ15 saat

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub

ELM VƏ TƏHSİL15 saat

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq

İDMAN15 saat

Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub

İQTİSADİYYAT15 saat

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verilib – FOTO

BALAKƏN16 saat

Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb – FOTO

MANŞET16 saat

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

XƏBƏRLƏR16 saat

Zaqatalada ata oğlunun asılmış meyitini tapıb

XƏBƏRLƏR17 saat

Bəzi yerlərdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

MANŞET17 saat

“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb

İQTİSADİYYAT17 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 13.05.2024

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 13.05.2024

İDMAN1 gün

Birinci Qarabağ müharibəsi qazisi Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada dövlət himnimizi səsləndirib – FOTO/VİDEO

SİYASƏT1 gün

Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor

ELM VƏ TƏHSİL1 gün

DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

CƏMİYYƏT1 gün

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

ELM VƏ TƏHSİL1 gün

Dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib

CƏMİYYƏT1 gün

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

İDMAN2 gün

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

CƏMİYYƏT2 gün

Yağıntılı hava şəraiti sabah da davam edəcək

CƏMİYYƏT2 gün

Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq

ELM VƏ TƏHSİL2 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

CƏMİYYƏT2 gün

Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib – FAKTİKİ HAVA

İDMAN2 gün

“Real Madrid” 36 illik rekordunu təkrarladı

MANŞET2 gün

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

TEXNOLOGİYA2 gün

“Google Chrome” istifadəçilərinə təcili xəbərdarlıq

SİYASƏT2 gün

Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

HƏRBİ14 saat

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL2 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ4 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN4 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT4 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ5 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT5 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR5 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL7 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ7 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT7 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ3 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ3 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

TREND