Bizə qoşulun

MANŞET

Milli Məclis Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsinə cavab verib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.

 ShekiMedia.az bəyanatı təqdim edir:

“Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi aşağıdakıları bəyan edir:

– Son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, Azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir;

– Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər;

– Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoymuşdur;

– BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır;

– Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətinin bir istiqamətini də uğursuz kəşfiyyat işi təşkil etmişdir. Bu ölkənin Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkə ərazisindən çıxarılmışdır;

– Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir;

– Son aylar Ermənistan–Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransa tərəfini narahat edir. Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır;

– Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşdırılmasına zərbə vurur, Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir;

– Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan–Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olmuşdur;

– “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasını və onun iki protokolunu, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il 16 noyabr tarixli Konvensiyasını və “Mədəni irsin qəsdən dağıdılması haqqında” 2003-cü il 17 oktyabr tarixli Bəyannaməsini xatırladan Fransa Senatı Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın həmin konvensiyaları və Bəyannaməni kobudcasına pozduğunu bilə-bilə heç zaman bu ölkəni beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmamışdır;

– İndiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan və onların geri qayıdış hüququnun bərpasına çağırış etməyən Fransa yenə də ikili standartlar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün hər fürsətdə canfəşanlıq edir;

– Mədəni irsin qorunmasından dəm vuran Fransa qadın azadlığının və hüquqlarının tərənnümçüsü kimi tanınan görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi Xurşidbanu Natəvanın Evian-le-Ben şəhərində heykəlinin təhqir olunmasının qarşısını almamış, bu rəzaləti törədənləri hələ də tapıb cəzalandırmamışdır;

– Fransa “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlər barədə qərarlarını məqsədli şəkildə təhrif edir. Fransanın iddialarının əksinə olaraq, Məhkəmə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərar qəbul etmiş, Azərbaycanın bütün hərbi və hüquq mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız tələbini rədd etmişdir. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsi Laçın nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğuna dair Ermənistanın iddiasını qəbul etməmişdir;

– Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da qeyd edilir ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olmuşdur;

– Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Fransadan fərqli olaraq, dünyanın əksər ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatlar Azərbaycanın qarşılaşdığı “mina terroru”nu pisləyən açıqlamalar yaymışlar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla kütləvi çirklənmə ilə bağlı kəskin problem və bunun ərazilərin reabilitasiyası, eləcə də keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması prosesi üçün yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün törətdiyi ciddi təhlükələr beynəlxalq hesabatlarda tanınmışdır;

– Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişdir. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir;

– 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reggan və İn Ecker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri indiyədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır;

– İşğal etdiyi Əlcəzair ərazisində 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur;

– Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır;

– 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülmüşdür;

– 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülmüş, 5 minə yaxın adam həbs olunmuş, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir;

– 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxmışdır. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilmiş, mindən çox şəxs həbs edilmişdir. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olmuşdur;

– Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdı. Müsəlman alimləri həbs edilmiş, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilmişdi. Tarixə “elm adamlarının soyqırımı” kimi həkk olunan hadisəni də fransızlar törətmişlər. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələmişlər;

– XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərə aiddir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür mağara təfəkkürünə hazırda Fransadan başqa, dünyanın az dövlətində rast gəlmək mümkündür;

– Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilmişdir;

– Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da, Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərmişdir. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. “Bizert böhranı” nəticəsində 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınmışdır;

– Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə etmişdir. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkirlər;

– Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürmüşlər. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl Fransa əsgərləri tərəfindən zorlanmışlar;

– 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirmişdir. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə bu ölkədə tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetirmişlər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransa dövlətinin başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunmuşdur;

– 2021-ci il martın 30-da Birləşmiş Millətlər Təşkilatının Malidə sabitləşmə üzrə çoxölçülü kompleks missiyasının (MİNUSMA) Müdafiə və insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin Malinin Bounti kəndi yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 19 mülki şəxsin həlak olduğu qeyd edilmişdir;

– Fransa işğal altında saxladığı dənizaşırı ərazilərdə mədəni hegemonluq, “kultursid” həyata keçirir, yerli mədəniyyətin inkişafını əngəlləyir, yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri unutduran və aborigenlərin tarixinə, coğrafiyasına uyğun gəlməyən fransız məktəb proqramlarını tətbiq edən assimilyasiya siyasəti yürüdür;

– Fransa Maohi Nuidə (Fransa Qvianası) çay suyunun civə ilə kütləvi çirklənməsi, Martinik və Qvadelupanın torpaqlarının pestisidlərlə zəhərlənməsi kimi ağır cinayətlər törətmişdir;

– Fransa parlamentarilərini ilk öncə öz hökumətini müstəmləkəçilik siyasətindən əl çəkməyə və artıq uzun müddətdir ki, müstəqilliyi uğrunda mübarizə aparan Kanaky (Yeni Kaledoniya) və Maohi Nuinin (Fransa Polineziyası) azadlığını təmin etməyə çağıran qətnamə qəbul etməyə dəvət edirik;

– Qəmər Adaları İttifaqının ərazisi olan Mayotla bağlı BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli, A/Res/49/18 nömrəli qətnaməsində Baş Assambleya Qəmər Federativ İslam Respublikasının Mayot adası üzərində suverenliyini bir daha təsdiq etmiş, Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmışdır. BMT-nin əlaqədar qətnamələrinə məhəl qoymayan və beynəlxalq hüquqa hörmət etməyən Fransanı sözügedən qətnamələri icra etməyə çağırırıq;

– Fransanı törətdiyi insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini tanımağa, vəhşiliklər törətdiyi xalqlardan üzr istəməyə, həmçinin təbii sərvətlərini talan etdiyi dövlətlərə kompensasiya ödəməyə çağırırıq;

– Fransa parlamentarilərini öz hökumətini ölkədə artmaqda davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yuxarıda şərh olunanları, xüsusən Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.

2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.

3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.

4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.

5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.

6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ELM VƏ TƏHSİL

Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

Qarabağ Universitetinə proqram rəhbəri qəbulu yekunlaşıb. Bu həftə ərzində ilk proqram rəhbəri qalibləri ilə tanış ola bilərsiniz. Üç proqram rəhbəri seçilib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib.

Nazir bildirib ki, digər istiqamətlərdə də intensiv iş gedir. Prosesdə Bakı və digər şəhərlərdə yerləşən universitetlərlə də müəllim mübadiləsi həyata keçiriləcək.

     
Davamına bax

MANŞET

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

ağır cinayətlər məhkəmələri üzrə:

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

Kərimov Arzuyar Sadıq oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Vəliyeva Ayşən Umud qızı

hərbi məhkəmələr üzrə:

Füzuli Hərbi Məhkəməsi

İsmayılov Roman İsmayıl oğlu

inzibati məhkəmələr üzrə:

Gəncə İnzibati Məhkəməsi

Tağıyeva Ruhiyə Nadim qızı

Sumqayıt İnzibati Məhkəməsi

Axundova Aynur Oqtay qızı

Şirvan İnzibati Məhkəməsi

Quliyeva Rəşidə Paşa qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Vəliyeva Elnarə Fəxrəddin qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Miriyeva Həbibə Novruz qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Məmmədli Samirə Məhəmməd qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Xəlil Ülkər Abdurahman qızı

Oruclu Aydan Adəm qızı

Seyidov Mirsadiq Mirsəttar oğlu

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Kərimova Firuzə Şahin qızı

Beyləqan Rayon Məhkəməsi

Cabbarlı Xatın Mahir qızı

Bərdə Rayon Məhkəməsi

Abdullayev Fərman Firidun oğlu

Abdullayev Ziya Yaşar oğlu

Biləsuvar Rayon Məhkəməsi

Rəsulova Mədinə Camal qızı

Cəlilabad Rayon Məhkəməsi

Vəliyev Osman Akif oğlu

Füzuli Rayon Məhkəməsi

Məmmədli Səkinəxanım Naib qızı

İmişli Rayon Məhkəməsi

Mahmud Orxan Əlövsət oğlu

Kürdəmir Rayon Məhkəməsi

Mehdiyev Rahid Baxşəli oğlu

Qax Rayon Məhkəməsi

Kərimov Taleh Etibar oğlu

Qazax Rayon Məhkəməsi

Mansırov Elçin Faxrəddin oğlu

Lerik Rayon Məhkəməsi

Zeynalov Yusif Səmədağa oğlu

Masallı Rayon Məhkəməsi

Abbasova Ellara Həsən qızı

Abdullayev Coşqun Şamil oğlu

Saatlı Rayon Məhkəməsi

Qasımov Vüqar İnqilab oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Elnur Heydər oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Emin Ağamusa oğlu Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Rahim Təşəkkül oğlu Həsənov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi təyin edilib.

Günay Rövşən qızı Həşimova Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib.

Qamət Mehman oğlu Əbilov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sevinc Məhəmməd qızı Quliyeva Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib.

Mübariz İsfəndiyar oğlu Məmmədov Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilib.

Ülvi Oktay oğlu Qənbərov İmişli Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilib.

Qalib Hidayət oğlu Paşayev Cəlilabad Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yevlax Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

     
Davamına bax

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 14.05.2024

Mayın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacaq.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL12 saat

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir – FOTO

ELM VƏ TƏHSİL14 saat

Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR

ELM VƏ TƏHSİL15 saat

Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

RƏSMİ XRONİKA16 saat

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

MANŞET16 saat

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

CƏMİYYƏT16 saat

Sabahın HAVA PROQNOZU – 14.05.2024

MANŞET16 saat

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

SOSİAL16 saat

Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb

SƏHİYYƏ17 saat

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub

HƏRBİ17 saat

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

MANŞET17 saat

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

XƏBƏRLƏR17 saat

Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib

HƏRBİ18 saat

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

XƏBƏRLƏR18 saat

Sabah Şuşaya növbəti köç olacaq

HƏRBİ18 saat

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub

ELM VƏ TƏHSİL18 saat

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq

İDMAN18 saat

Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub

İQTİSADİYYAT19 saat

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verilib – FOTO

BALAKƏN19 saat

Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb – FOTO

MANŞET19 saat

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

XƏBƏRLƏR20 saat

Zaqatalada ata oğlunun asılmış meyitini tapıb

XƏBƏRLƏR20 saat

Bəzi yerlərdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

MANŞET20 saat

“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb

İQTİSADİYYAT20 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 13.05.2024

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 13.05.2024

İDMAN2 gün

Birinci Qarabağ müharibəsi qazisi Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada dövlət himnimizi səsləndirib – FOTO/VİDEO

SİYASƏT2 gün

Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor

ELM VƏ TƏHSİL2 gün

DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

CƏMİYYƏT2 gün

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

ELM VƏ TƏHSİL2 gün

Dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib

CƏMİYYƏT2 gün

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

İDMAN2 gün

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

CƏMİYYƏT2 gün

Yağıntılı hava şəraiti sabah da davam edəcək

CƏMİYYƏT2 gün

Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq

ELM VƏ TƏHSİL2 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

CƏMİYYƏT2 gün

Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib – FAKTİKİ HAVA

İDMAN2 gün

“Real Madrid” 36 illik rekordunu təkrarladı

MANŞET2 gün

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

TEXNOLOGİYA2 gün

“Google Chrome” istifadəçilərinə təcili xəbərdarlıq

SİYASƏT2 gün

Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

HƏRBİ18 saat

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL2 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ4 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN4 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT4 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ5 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT5 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR6 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL7 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ7 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT7 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ3 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ3 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

TREND