Bizə qoşulun

OĞUZ

Oğuzda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon yığıncağı keçirilib – FOTOLAR

Oğuz Rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib.

ShekiMedia.az xəbər verir ki, tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, rayon İcra hakimiyyətinin aparatı hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması və 28 noyabr 2022-ci il tarixdə isə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında“ sərəncamlar imzalayıb.

Həmin sərəncamların icrasını təmin etmək üçün 10 yanvar 2023-cü il tarixdə il ərzində Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edilib. Həmin təqvim planına əsasən rayonumuzda Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər-elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər, ağacəkmə aksiyaları, iməcliklər keçirilir.

Sonra rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərdən, xilaskarlıq rolundan, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verilib, 630 min yeni iş yeri açılıb. Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə artıb. Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə – cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırılıb. 1970-ci ildə Kür su kəmərinin nasos cihazı işə salınıb.

Kür su kəmərləri sisteminin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilib. 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsi tikilib. 1971-ci ildə Gəncə şəhərində çini qablar zavodu açılıb, Ağstafaçay su anbarı istifadəyə verilib. 1975-ci ildə Bakı məişət kondisionerləri zavodunun açılışı olub. 1975-ci ildə Ulu Öndər Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. 1976-cı ilin 29 dekabrında Sərsəng su anbarı istifadəyə verilib. 1976-cı ildə Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırılıb. 1978-1984-cu illərdə Bakı Dərin Özüllər Zavodu istifadəyə verilib. 1969-1982-ci illərdə ümumilikdə 20,4 min kilometr uzunluğunda asfalt yollar çəkilib. İndiki Heydər Əliyev Sarayı (1972) və “Gülüstan” sarayı (1980) istifadəyə verilib, Yeni Əhmədli, Günəşli kimi böyük yaşayış massivləri, həmçinin mikrorayonlar salınıb. 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxıb. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilib, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılıb. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızda ən çox ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müstəqillik illərində Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərdindən də bəhs edilib. Bildirilib ki, dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həm Ayaz Mütəllibov iqtidarı, həm də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yürüdülən yanlış siyasət nəticəsində iqtisadi tənəzzülün dərinləşməsi, inflyasiyanın görünməmiş həddə çatması, xalqın yaşayış səviyyəsinin son dərəcə pisləşməsi, ictimai-siyasi böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsiylə üz-üzə qalması ilə xarakterizə olunurdu. Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda nizami ordu yaradılmamışdı, vahid komandanlıq yox idi, silahlı dəstələr müəyyən qüvvələrin ambisiyalarına xidmət edirdilər.

Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin vaxtdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.

Qeyd edilib ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

OĞUZ

Oğuzda irigövdəli ağacın aşması nəticəsində 15 kəndin internet təminatı kəsilib

Oğuzda irigövdəli ağacın aşması nəticəsində rayonun 15 kəndini internetlə təmin edən xətlər sıradan çıxıb.

Hadisə rayonun Bayan kəndində baş verib.

Qeyd olunur ki, yol kənarındakı irigövdəli ağac güclü yağış və külək nəticəsində aşaraq kəndləri mərkəzlə birləşdirən internet xəttini qırıb. Nəticədə Oğuz rayonunun Bayan, Qarabaldır, Kərimli, Yaqublu, Yenikənd, Zərrab, Top, Padar, Sincan, Xaçmaz, Filfilli, Çaldaş, Böyük Söyüdlü və Qarabulaq kəndlərinə internetin verilişi kəsilib.

Hazırda aşan ağacın ərazidən götürülməsi və internet xətlərinin bərpası istiqamətində işlər aparılır.

     
Davamına bax

ELM VƏ TƏHSİL

Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR

2023-2024-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 2 nəfər qızıl, 12 nəfər gümüş, 17 nəfər isə bürünc medal qazanıb.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

     
Davamına bax

CƏMİYYƏT

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

     
Davamına bax

Facebook

İQTİSADİYYAT5 saat

Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb

MANŞET6 saat

DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib

SİYASƏT6 saat

Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıb

CƏMİYYƏT7 saat

Sabahın HAVA PROQNOZU – 14.05.2024

XƏBƏRLƏR7 saat

Qarabağ yaylaqlarına köçəcək 1110 fermerə mina təlimləri keçirilib

ELM VƏ TƏHSİL7 saat

Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib

SİYASƏT8 saat

Sahibə Qafarova Sinqapurda səfərdədir

İDMAN8 saat

Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib

XƏBƏRLƏR8 saat

Qusarda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb

İQTİSADİYYAT9 saat

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

OĞUZ9 saat

Oğuzda irigövdəli ağacın aşması nəticəsində 15 kəndin internet təminatı kəsilib

RƏSMİ XRONİKA9 saat

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

İQTİSADİYYAT10 saat

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

SİYASƏT10 saat

Azərbaycan XİN İsraili təbrik edib

ANA SƏHİFƏ10 saat

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

XƏBƏRLƏR10 saat

Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib – FAKTİKİ HAVA

ELM VƏ TƏHSİL10 saat

Sabahdan MİQ-ə sənəd qəbulu başlayır

İQTİSADİYYAT11 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2024)

CƏMİYYƏT11 saat

Bu ay Şuşaya köçüçürüləcək əhalinin sayı açıqlanıb

REGİON11 saat

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb

CƏMİYYƏT13 saat

136 nəfər şuşalı öz doğma yurduna qayıdıb – FOTOLAR

CƏMİYYƏT20 saat

BÜRCLƏR – 14.05.2024

ELM VƏ TƏHSİL1 gün

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir – FOTO

ELM VƏ TƏHSİL1 gün

Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR

ELM VƏ TƏHSİL1 gün

Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

RƏSMİ XRONİKA1 gün

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

MANŞET1 gün

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 14.05.2024

MANŞET1 gün

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

SOSİAL1 gün

Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb

SƏHİYYƏ1 gün

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub

HƏRBİ1 gün

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

MANŞET1 gün

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

XƏBƏRLƏR1 gün

Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib

HƏRBİ1 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

XƏBƏRLƏR1 gün

Sabah Şuşaya növbəti köç olacaq

HƏRBİ1 gün

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub

ELM VƏ TƏHSİL1 gün

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq

İDMAN1 gün

Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub

İQTİSADİYYAT1 gün

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verilib – FOTO

HƏRBİ1 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL2 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ4 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN4 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT5 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ6 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT6 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR6 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL1 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ1 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT1 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ3 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ3 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

TREND