ŞƏKİ
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Abbas kəndinin sakinləri ilə görüşüb
Mayın 1-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Abbas kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyada mətbuat konfransında və “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışlarından bəzi məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb, Qərbi Azərbaycanla bağlı tarixi məlumatları dünyaya çatdırılması istiqamətində ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini, Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycan TV-nin sosial şəbəkə hesablarının izlənilməsinin, paylaşımların bəyənilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, sakinlərdən bu məsələ ilə bağlı səfərbər olmalarını xahiş edib.
Sonra kənd sakinləri Qədirov Mübariz, Cəfərov Sərxan, İbrahimov Elməddin çıxış edərək kəndin ərazisindəki yararsız elektrik dirəklərinin dəyişdirilməsi, Aşağı Layısqı kənd tam orta məktəbinin içməli su ilə təminatının yaxşılaşdırılması, kəndin ərazisindəki səllim itlərlə bağlı tədbir görülməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.
Digər xəbərlərə də bax
İDMAN
“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub
Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2024” turniri başa çatıb.
ShekiMedia.az xəbər verir ki, turnirdə 6 qrup və hər qrupda 4 komanda olmaqla ümumilikdə 24 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında Şəki Şəhər İcra Hakimiyyətinin komandası Az-Trade MMC-nin komandasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur. Üçüncü yerə Şəki Təhsil sektorunun, dördüncü yerə Şəki Penitensiar müəssisəsinin komandası çıxmışdır.
Turnirin bağlanış mərasimində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, hazırda ölkəmizdə idmana olan qayğıdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.
Sonda qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
ShekiMedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Bertolt Brextin bu əsəri Avropada baş verən Otuzillik müharibədən (1618-1648) bəhs etsə də, tamaşa müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.
Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər.