SOSİAL
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Zaqatalada vətəndaşların müraciətini dinləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Zaqatala rayonunda vətəndaşların müraciətini dinləyib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ShekiMedia.az-a verilən məlumata görə, Zaqatala, Qax və Balakən rayonlarının 20-dən çox sakininin müraciəti dinlənilib və aidiyyəti üzrə tapşırıqlar verilib. Vətəndaşların müraciətləri arasında fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili və sanatoriya-kurort yollayışları ilə təminat məsələləri üstünlük təşkil edib.
Qeyd edək ki, əvvəlcədən qeydiyyatdan keçmiş şəxslərin müraciətlərinə müvafiq siyahı üzrə növbəlilik qaydasında baxılıb. Bu ilin mayından etibarən mütəmadi olaraq hər həftə həyata keçirilən vətəndaş müraciətlərinə baxılması işin səmərəli təşkilində mühüm rol oynayır.
Digər xəbərlərə də bax
SOSİAL
Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə 46 uşağı övladlığa verib.
Bu barədə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, övladlığa verilən uşaqlardan 24-ü oğlan, 22-si qızdır.
Bundan başqa, reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.
Xatırladaq ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
CƏMİYYƏT
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO
Sumqayıtda yeddi yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olan idman müəllimi Mehman Xəlilovla bağlı bəzi təfərrüat məlum olub.
Belə ki, Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub. İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.
Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib. Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib.
Mehman da öz növbəsində ona istədiyi “metamfetamin”in əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib.
Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan yeddi yaşlı Fəridi qəsdən öldürüb. Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb.
Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb. Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib.
Mehman isə buna etiraz edib. İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub. Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib.
Lakin həmin gün məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb. Belə ki, həmin gün Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib. Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb. Uşaqlar zala daxil olan kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamaqla əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.
Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxa bilsə də, bir qədər sonra ayağa dura bilməyib. Qardaşı ifadəsi zamanı daha sonra qeyd edib ki, idmançı azyaşlıya “yenə də anana gəlmirəm deyəcəksən?” sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndləri tətbiq etməkdə davam edib.
Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunan tibbi müayinə protokolundan da görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkarlanıb.
Tədqiq edilən bütün halları nəzərə alan məhkəmə Mehman Xəlilovu 19 il azadlıqdan məhrum edib.
Daha ətraflı Baku TV-nin süjetində:
CƏMİYYƏT
Azərbaycanda 100 və daha çox yaşı olan pensiyaçıların sayı 280 nəfərdir
Azərbaycanda 100 və daha çox yaşı olan pensiyaçıların sayı 280 nəfərdir.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
“2024-cü ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı 280 nəfər təşkil edib. Onların 36 nəfəri kişi, 244 nəfəri isə qadındır”, – məlumatda qeyd olunub.
Dini Komitənin sədri Lissabona gedib, qlobal forumda iştirak edəcək
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.05.2024
Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb – FAKTİKİ HAVA
BÜRCLƏR – 15.05.2024
Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb
DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib
Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıb
Sabahın HAVA PROQNOZU – 14.05.2024
Qarabağ yaylaqlarına köçəcək 1110 fermerə mina təlimləri keçirilib
Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib
Sahibə Qafarova Sinqapurda səfərdədir
Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib
Qusarda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb
Oğuzda irigövdəli ağacın aşması nəticəsində 15 kəndin internet təminatı kəsilib
Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq
Azərbaycan XİN İsraili təbrik edib
Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib – FAKTİKİ HAVA
Sabahdan MİQ-ə sənəd qəbulu başlayır
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2024)
Bu ay Şuşaya köçüçürüləcək əhalinin sayı açıqlanıb
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb
136 nəfər şuşalı öz doğma yurduna qayıdıb – FOTOLAR
BÜRCLƏR – 14.05.2024
Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir – FOTO
Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR
Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
Sabahın HAVA PROQNOZU – 14.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb
Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub
Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO
TREND
-
CƏMİYYƏT14 saat
BÜRCLƏR – 15.05.2024
-
MANŞET6 saat
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb – FAKTİKİ HAVA
-
İQTİSADİYYAT5 saat
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.05.2024
-
İQTİSADİYYAT5 saat
Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib
-
SİYASƏT4 saat
Dini Komitənin sədri Lissabona gedib, qlobal forumda iştirak edəcək