Bizə qoşulun

MANŞET

XİN: “Azərbaycan dünyada tolerantlığın, dini, etnik qrupların birgəyaşayışının nümunəsidir”

Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır.

Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 18 İyun – Milli İnsan Hüquqları Günü münasibətilə bəyanatında yer alıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

“Demokratiya və inkişaf yolunu tutan Azərbaycanda insan hüquqları 1995-ci il ölkə Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Bu il ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənədin təsdiq edilməsinin 25 ili tamam olur.

Ötən illər ərzində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə mühüm işlər görülüb. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, eləcə də ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur”, – XİN-in bəyanatında vurğulanır.

2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlamış “Bakı Prosesi” çərçivəsində ölkəmizdə çoxsaylı Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər beynəlxalq tədbirlər keçirilib: “Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.

İnsan hüquqları və əsas azadlıqların təmin olunması istiqamətində ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan beynəlxalq insan hüquqları müdafiə sisteminə də töhfəsini verir. Azərbaycan 2006-cı ildə yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının ilk üzvləri sırasında olub, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib.

Azərbaycan Respublikasının təşəbbüsü ilə 2002-ci ildən etibarən BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” adlı qətnamə iki ildən bir dövri əsasda, Qoşulmama Hərəkatının sədri qismində irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasının (İHŞ) sessiyalarında, “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf məqsədlərinin təşviq edilməsi” adlı qətnamə İHŞ-də yekdilliklə qəbul edilmişdir.

Azərbaycanın təşəbbüsü ilə BMT İHŞ-də “Minaların insan hüquqlarına təsiri”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə mədəni müxtəlifliyin təşviqinin vacibliyi”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu” mövzularında səsləndirilmiş birgə bəyanatlar çoxsaylı dövlətlər tərəfindən dəstəklənib.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının 25-ci ildönümündə Azərbaycan Respublikası bütün insan hüquq və əsas azadlıqlarının universallığı, qarşılıqlı asılılığı və bölünməzliyi prinsiplərinə sadiq olaraq qalır”.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ELM VƏ TƏHSİL

Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

Qarabağ Universitetinə proqram rəhbəri qəbulu yekunlaşıb. Bu həftə ərzində ilk proqram rəhbəri qalibləri ilə tanış ola bilərsiniz. Üç proqram rəhbəri seçilib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib.

Nazir bildirib ki, digər istiqamətlərdə də intensiv iş gedir. Prosesdə Bakı və digər şəhərlərdə yerləşən universitetlərlə də müəllim mübadiləsi həyata keçiriləcək.

     
Davamına bax

MANŞET

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

ağır cinayətlər məhkəmələri üzrə:

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi

Kərimov Arzuyar Sadıq oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Vəliyeva Ayşən Umud qızı

hərbi məhkəmələr üzrə:

Füzuli Hərbi Məhkəməsi

İsmayılov Roman İsmayıl oğlu

inzibati məhkəmələr üzrə:

Gəncə İnzibati Məhkəməsi

Tağıyeva Ruhiyə Nadim qızı

Sumqayıt İnzibati Məhkəməsi

Axundova Aynur Oqtay qızı

Şirvan İnzibati Məhkəməsi

Quliyeva Rəşidə Paşa qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Vəliyeva Elnarə Fəxrəddin qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Miriyeva Həbibə Novruz qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Məmmədli Samirə Məhəmməd qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Xəlil Ülkər Abdurahman qızı

Oruclu Aydan Adəm qızı

Seyidov Mirsadiq Mirsəttar oğlu

rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Kərimova Firuzə Şahin qızı

Beyləqan Rayon Məhkəməsi

Cabbarlı Xatın Mahir qızı

Bərdə Rayon Məhkəməsi

Abdullayev Fərman Firidun oğlu

Abdullayev Ziya Yaşar oğlu

Biləsuvar Rayon Məhkəməsi

Rəsulova Mədinə Camal qızı

Cəlilabad Rayon Məhkəməsi

Vəliyev Osman Akif oğlu

Füzuli Rayon Məhkəməsi

Məmmədli Səkinəxanım Naib qızı

İmişli Rayon Məhkəməsi

Mahmud Orxan Əlövsət oğlu

Kürdəmir Rayon Məhkəməsi

Mehdiyev Rahid Baxşəli oğlu

Qax Rayon Məhkəməsi

Kərimov Taleh Etibar oğlu

Qazax Rayon Məhkəməsi

Mansırov Elçin Faxrəddin oğlu

Lerik Rayon Məhkəməsi

Zeynalov Yusif Səmədağa oğlu

Masallı Rayon Məhkəməsi

Abbasova Ellara Həsən qızı

Abdullayev Coşqun Şamil oğlu

Saatlı Rayon Məhkəməsi

Qasımov Vüqar İnqilab oğlu.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Elnur Heydər oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Emin Ağamusa oğlu Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Rahim Təşəkkül oğlu Həsənov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi təyin edilib.

Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi təyin edilib.

Günay Rövşən qızı Həşimova Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib.

Qamət Mehman oğlu Əbilov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sevinc Məhəmməd qızı Quliyeva Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib.

Mübariz İsfəndiyar oğlu Məmmədov Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilib.

Ülvi Oktay oğlu Qənbərov İmişli Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilib.

Qalib Hidayət oğlu Paşayev Cəlilabad Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yevlax Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

     
Davamına bax

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 14.05.2024

Mayın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-8° isti olacaq.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL9 saat

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir – FOTO

ELM VƏ TƏHSİL11 saat

Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR

ELM VƏ TƏHSİL12 saat

Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

RƏSMİ XRONİKA13 saat

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

MANŞET13 saat

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

CƏMİYYƏT13 saat

Sabahın HAVA PROQNOZU – 14.05.2024

MANŞET13 saat

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

SOSİAL13 saat

Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb

SƏHİYYƏ14 saat

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub

HƏRBİ14 saat

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

MANŞET14 saat

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

XƏBƏRLƏR14 saat

Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib

HƏRBİ15 saat

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

XƏBƏRLƏR15 saat

Sabah Şuşaya növbəti köç olacaq

HƏRBİ15 saat

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub

ELM VƏ TƏHSİL15 saat

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq

İDMAN15 saat

Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub

İQTİSADİYYAT15 saat

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə start verilib – FOTO

BALAKƏN16 saat

Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb – FOTO

MANŞET16 saat

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

XƏBƏRLƏR16 saat

Zaqatalada ata oğlunun asılmış meyitini tapıb

XƏBƏRLƏR17 saat

Bəzi yerlərdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

MANŞET17 saat

“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb

İQTİSADİYYAT17 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 13.05.2024

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 13.05.2024

İDMAN1 gün

Birinci Qarabağ müharibəsi qazisi Avropa çempionatının qızıl medalını qazanaraq Xorvatiyada dövlət himnimizi səsləndirib – FOTO/VİDEO

SİYASƏT1 gün

Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor

ELM VƏ TƏHSİL1 gün

DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

CƏMİYYƏT1 gün

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

ELM VƏ TƏHSİL1 gün

Dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib

CƏMİYYƏT1 gün

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

İDMAN2 gün

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

CƏMİYYƏT2 gün

Yağıntılı hava şəraiti sabah da davam edəcək

CƏMİYYƏT2 gün

Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq

ELM VƏ TƏHSİL2 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

CƏMİYYƏT2 gün

Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib – FAKTİKİ HAVA

İDMAN2 gün

“Real Madrid” 36 illik rekordunu təkrarladı

MANŞET2 gün

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

TEXNOLOGİYA2 gün

“Google Chrome” istifadəçilərinə təcili xəbərdarlıq

SİYASƏT2 gün

Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

HƏRBİ15 saat

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL2 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ4 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN4 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT4 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ5 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT5 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR5 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL7 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ7 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT7 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ3 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ3 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

TREND