Bizə qoşulun

SİYASƏT

Vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması üçün mexanizm yaradıla bilər

Azərbaycanda vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması üçün mexanizm yaradıla bilər.

Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Belə ki, Ombudsman tərəfindən vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması, eyni zamanda işgüzar nüfuzu ləkələyən məlumatların, o cümlədən audio və ya video materialların media subyektlərində yayılmasına qarşı mübarizənin sistemli təşkili məqsədilə mexanizmin yaradılması təklif edilir.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SİYASƏT

Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie Azərbaycan səfiri Ruslan Nəsibovu qəbul edib.

Bu barədə Efiopiyanın baş diplomatı sosial şəbəkədə bildirib.

“Azərbaycanın səfiri cənab Ruslan Nəsibov ilə görüşdə ikitərəfli əməkdaşlığımızın gücləndirilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 Sammiti ilə bağlı müzakirələr aparılıb”, – XİN başçısı qeyd edib.

O, COP29-un “planların gerçəkləşdiyi yer olacağına və iqlim fəaliyyətinə dair anlamlı addımlar atan ölkələrin iqlim böhranını həll etmək səylərində tanınacaq və dəstəklənəcəyi bir hadisə olacağına ümidvar olduğunu” vurğulayıb.

Xatırladaq ki, martın 14-də Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov etimadnaməsini Efiopiya Prezidenti Sahle-Vork Zevdeyə təqdim etmişdi.

     
Davamına bax

MANŞET

Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq

Azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.

Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.

S.Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.

     
Davamına bax

MANŞET

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.

 ShekiMedia.az xəbər verir ki, iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Qərargah rəhbəri açılış nitqində bildirib ki, Ulu Öndər Xankəndi şəhərinin inkişafına xüsusi diqqət yetirib. Qeyd edilib ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina da məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa edilib.

Qərargahın rəhbəri Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını və ərazi bütövlüyünün və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qərargahın rəhbəri bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.

Dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluğun və məskunlaşmanın təmin edilməsi, iqtisadi aktivliyin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı sahəsində, yaşayış məntəqələrinin yenidən qurulması və bərpası üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, həmin ərazilərdə sosial infrastrukturun, o cümlədən səhiyyə və təhsil müəssisələrinin tikintisi və işinin təşkilinə dair məlumatlar təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin fəaliyyəti çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə Prezidentin xüsusi nümayəndəsi çıxış edib.

Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.

İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində müvafiq ərazilərə və bir sıra obyektlərə baxış keçirilib.

 

     
Davamına bax

Facebook

CƏMİYYƏT3 saat

Yağıntılı hava şəraiti sabah da davam edəcək

CƏMİYYƏT3 saat

Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq

ELM VƏ TƏHSİL5 saat

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

CƏMİYYƏT5 saat

Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib – FAKTİKİ HAVA

İDMAN5 saat

“Real Madrid” 36 illik rekordunu təkrarladı

MANŞET6 saat

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

TEXNOLOGİYA7 saat

“Google Chrome” istifadəçilərinə təcili xəbərdarlıq

SİYASƏT10 saat

Azərbaycan səfiri Efiopiyanın XİN başçısı ilə COP29-u müzakirə edib

CƏMİYYƏT16 saat

BÜRCLƏR – 12.05.2024

İDMAN16 saat

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri Xiyabanı ziyarət edib

CƏMİYYƏT17 saat

DİN-dən vətəndaşlara xəbərdarlıq edib

XƏBƏRLƏR18 saat

Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib

MANŞET18 saat

Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq

MANŞET18 saat

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib – FOTOLAR

CƏMİYYƏT19 saat

Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb

CƏMİYYƏT20 saat

Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb

CƏMİYYƏT20 saat

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb

CƏMİYYƏT21 saat

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

SİYASƏT21 saat

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

MANŞET22 saat

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

SİYASƏT23 saat

Milli Məclis Parlamentlərarası İttifaq ilə birgə iclas keçirə bilər

ELM VƏ TƏHSİL23 saat

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal nəticələri açıqlanıb

MANŞET23 saat

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər – YENİLƏNİB/FOTOLAR

CƏMİYYƏT23 saat

Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

İDMAN23 saat

Göygöldə Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

CƏMİYYƏT1 gün

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

SİYASƏT1 gün

Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

HƏRBİ1 gün

Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 12.05.2024

HƏRBİ1 gün

Zakir Həsənovun rəhbərliyi ilə toplantı keçirilib

RƏSMİ XRONİKA1 gün

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib

XƏBƏRLƏR1 gün

Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıb

XƏBƏRLƏR1 gün

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

XƏBƏRLƏR1 gün

Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıb

XARİCİ XƏBƏRLƏR1 gün

Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 11.05.2024

SİYASƏT2 gün

NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib

QAX2 gün

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

SİYASƏT2 gün

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sarayevoda qeyd edilib

TEXNOLOGİYA2 gün

Bu gün ARB telekanalının 10 yaşı tamam olur

ELM VƏ TƏHSİL5 saat

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ2 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN2 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT3 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ4 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT4 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR4 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL5 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ5 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT5 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ3 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ3 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

TREND