Bizə qoşulun

ELM VƏ TƏHSİL

Buraxılış imtahanlarında iştirak edəcək şagirdlər üçün tövsiyələr!

Əziz şagirdlər! 

Məlumdur ki, tam orta və ümumi orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etməyinizə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətinizə çatdırırıq. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.

1. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmayın;

2. “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

3. İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

4. İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

5. İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

6. Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

7. Sual kitabçasını və cavab vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

8. Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablarınız nəzərə alınır.

9. Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) apellyasiya müraciətləri zamanı baxılmayacaq.

10. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

11. Yazı işi tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır;

 

Azərbaycan dili fənnindən

1. Mətn üzrə hər bir tapşırığın şərtini diqqətlə oxuyun və onu yerinə yetirmək üçün mətndən sizə lazım olacaq məqamları qeyd edin;

2. Yazı işi tapşırıqlarını cavablandırmazdan əvvəl onun aid olduğu mətni diqqətlə oxuyun;

3. Mətnə aid yazı işi tapşırıqlarını yerinə yetirərkən tapşırığın şərtinə, tələbinə (həm sual kitabçasında, həm də cavab vərəqində verilən) və mətndə bu tələblə bağlı məlumatlara mütləq diqqət yetirin. Tapşırığın tələbinə və mətnə heç bir aidiyyatı olmayan istənilən fikirləri cavab kimi yazmayın. Tapşırığın doğru cavabını müəyyən etməyə çalışın, doğru hesab etdiyiniz fikirləri yazın;

4. Hər bir tapşırığa verdiyiniz cavabı və tapşırığa aid fikirlərinizi cavab vərəqində həmin tapşırıq üçün ayrılmış (həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun) hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;

5. Tapşırığın şərtində müəyyən sayda söz (cümlə, fikir və s.) yazmaq tələb olunursa, tələb olunan sayda söz (cümlə, fikir və s.) yazılmalıdır, tapşırığın şərtini ödəməyən səhv söz (cümlə, fikir və s.) yazılmamalıdır;

6. Tapşırığın şərtində xarakterik xüsusiyyət yazmaq tələb olunursa, bu xüsusiyyəti ifadə edən konkret söz (və ya sözlər) yazılmalıdır (məs: igidcəsurvətənpərvər və s.). Bu zaman birdən çox xarakterik xüsusiyyətin yazılması tələb olunan tapşırıqlarda eyni xüsusiyyətin sinonim variantları deyil, fərqli xüsusiyyətlər yazılmalıdır;

7. Tapşırığın şərtində verilən aforizmin mətnlə əlaqələndirilməsi tələb olunursa, yalnız mətndəki fikirlər olduğu kimi köçürülməməlidir, aforizm ilə mətndəki fikirlər əlaqələndirilməlidir;

8. Tapşırığın şərtində mətndən müəyyən şərti ödəyən faktlar seçilib yazılması tələb olunursa, mətndənkənar (mətndə olmayan) faktlardan istifadə olunmamalıdır. Həmçinin, tapşırığın şərtində mətndəki müəyyən fikirlə bağlı mətndə olmayan faktlar yazılması tələb olunursa, bu zaman mətndənkənar faktlar yazılmalıdır;

9.  Tapşırığın şərtində mətndəki hər hansı sözün qarşılığını (bu qarşılıq mətndə həmin sözün əvəzinə yazıldıqda aid olduğu cümlədəki fikir itməməlidir) yazmaq tələb olunursa, həmin sözün izahı deyil, konkret qarşılığı yazılmalıdır (məs: məhzun – kədərliqəmlidərdli);

10. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, həmin abzasdakı cümlələr arasında, abzaslar arasında rabitə gözlənilməlidir (məntiqi baxımdan);

11. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, yazılmış ifadə mənaca uyğun olmaqla yanaşı, qrammatik cəhətdən də uyğun olmalıdır (məs: hadisələr keçmiş zamanda baş verirsə, yazılacaq ifadə də keçmiş zamanda olmalıdır və s.);

12. Tapşırığın şərtində cümlənin (və ya fərqləndirilmiş hissənin) üslubi xüsusiyyətlərini yazmaq tələb olunursa, cümlənin (və ya hissənin) aid olduğu üslubun ümumi xüsusiyyətləri deyil, cümlənin (və ya hissənin) həmin üslubda daşıdığı xüsusiyyətlər yazılmalıdır;

13. Səbəb-nəticə əlaqəli tapşırıqlarda verilmiş səbəbin birbaşa (və ya əsas) nəticəsi, verilmiş nəticənin isə birbaşa (və ya əsas) səbəbi yazılmalıdır;

14. Tapşırığın şərtində cümləni bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirib yenidən yazmaq tələb olunursa, hər məcazi ifadəni yazmaq doğru deyil, çünki hər məcazi məna daşıyan ifadə məcaz hesab olunmur (məs: “qulaq asmaq” ifadəsi frazeoloji birləşmə (məcazi mənalı ifadə) olsa da, məcaz deyil);

15. Tapşırığın şərtində mətndə olan hər hansı cümlədə kontekstdəki mənaya uyğun olmayan ifadələri müəyyən edib düzəliş etməklə cümləni yenidən yazmaq tələb olunursa, cümlənin strukturu və məzmunu dəyişdirilmədən konkret yanlış işlədilmiş sözlər doğru ifadələrlə əvəz edilərək cümlə yenidən yazılmalıdır.

Rus dili fənnindən

1. Для выполнения всех заданий, связанных с текстом, внимательно читайте условие каждого задания! Это важно!

2. При заполнении кластера старайтесь каждый требуемый ответ записывать в отдельное окно, а не все ответы в одном окне, оставляя при этом пустыми остальные окна. Если в условии задания указаны дополнительные требования на части речи, формулируйте ответы согласно этим требованиям (например, прилагательные).

3. При выполнении задания, где требуется найти общеупотребительный синоним к двум словам из текста, старайтесь при подборе этих синонимов не писать несколько слов (достаточно одного, в котором вы уверены).

4. При выполнении задания, где требуется перечислить характерные признаки данного стиля, подтвердив их примерами, учтите, что каждый пример должен быть подобран соответственно признаку.

5. Заполняя диаграмму Венна, где требуется определенное количество ответов для каждого элемента, свои ответы пишите соответственно указанным пунктам (т.е. под №1 не следует писать 2 верных ответа, при этом оставив № 2 пустым)

6. При выполнении задания, где требуется подобрать нужный фразеологизм, подбирайте фразеологизм, который подходит по контексту.

7. При выполнении заданий, где требуется привести факты, не приводите неверные факты.

8.  При выполнении заданий по тексту обратите внимание на условие и требования задания и в вопроснике, и на листе ответов. А также будьте внимательны к требуемой информации из текста.

9.  При выполнении заданий старайтесь писать без ошибок разборчивым почерком.

10. Если по условию задания требуется написать несколько ответов, учтите что ответы должны быть разными, не используйте синонимичные выражения (например, в кластере и т.д.)

11. При выполнении всех заданий старайтесь не писать больше требуемого, если вы не уверены в своем ответе. 

Riyaziyyat fənnindən

1. Hər bir tapşırığın həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) və cavabını həmin tapşırıq üçün ayrılmış (həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun) hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın. Nəzərə alın ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;

2. Tapşırığın şərtində cavabın əsaslandırılması tələb olunursa, cavabınızı mütləq əsaslandırın;

3. Hər hansı bir tapşırığın həllində istifadə etdiyiniz məlum olmayan bir fakt (xassə, teorem, düstur və s.) orta məktəb dərsliklərində yoxdursa, o zaman həmin faktın (xassənin, teoremin, düsturun və s.) əsaslandırılmasını, çıxarılmasını da həldə yazmaq lazımdır;

4. Ehtimala aid tapşırıqlarda “və”, “və ya” ifadələrinə diqqətlə fikir verin, onları bir-biri ilə qarışdırmayın;

5. Ehtimala aid sadə tapşırıqların həlli zamanı həm hesablamanı, həm də izahı yazmaq lazımdır;

6. Şərtdə məsələnin tənlik (və ya tənliklər sistemi) qurmaqla həll edilməsi tələb olunursa, həmin məsələ mütləq tənlik qurmaqla həll edilməlidir;

7. Hər hansı məsələni tənlik qurmaqla həll edirsinizsə, verilənləri məchulla işarələmə prosesini də qeyd edin;

8. Həll zamanı sadə və ya mürəkkəb olmasından asılı olmayaraq bütün mərhələləri ardıcıl yazın (məsələn, hər hansı həndəsə tapşırığında Pifaqor teoremi tətbiq edilirsə, buradakı Pifaqor ədədləri nə qədər sadə olsa da teoremin həmin ədədlərin iştirakı ilə riyazi ifadəsini yazmaq lazımdır);

9. Həndəsəyə aid məsələlərin həlli zamanı çəkdiyiniz şəkli səliqəli çəkin və şəkil üzərindəki qeydlərinizi aydın edin;

10. Həndəsə məsələlərində həllin təsvir üzərində də olması və həll ilə təsvirin bir-birini təsdiqləməsi (və ya tamamlaması) faydalıdır. Amma həllin tam normal yazıldığından əminsinizsə, təsvir üzərində göstərmək üçün vaxt itirməyə bilərsiniz;

11. Ədədinin istifadə edildiyi həndəsə tapşırıqlarında əgər şərtdə  üçün konkret qiymət verilibsə, həll prosesində həmin qiymətdən istifadə etmək lazımdır;

12. Hər hansı tapşırığın həll prosesini tam yazıb doğru cavabını qeyd etdikdən sonra orada əlavə qeydlər etməyin;

13. Həll zamanı mexaniki səhv etməyin. Həlli yazdıqdan sonra hər hansı mexaniki səhv etdiyinizi aşkarlasanız düzəliş etməyiniz (səhvinizi özünüzün düzəltməyiniz) yaxşıdır;

14. Yazı işi tapşırıqlarını şərtə uyğun gələn üsullardan, düsturlardan və faktlardan istifadə etməklə riyazi əsaslandırma ilə həll etmək lazımdır. Nəzərə alın ki, seçmə üsul və ya sadəcə şərtdə verilənləri yerinə yazaraq yoxlamaq və ya həll yazmadan sadəcə hər hansı bir ədədi götürüb şərti ödəyib-ödəmədiyini yoxlamaq tapşırığı həll etmək hesab olunmur;

15. İmtahanın sonunda vaxtınız olarsa, cavab vərəqində yazdığınız həllərin doğruluğunu, aldığınız nəticənin şərti ödəyib-ödəmədiyini yoxlayın. 

Xarici dil fənnindən

1. Dinləmə mətninə aid tapşırıqları cavablandırmazdan əvvəl audioqurğuda səsləndirilən mətni diqqətlə dinləyin;

2. Dinləmə mətni ilk dəfə səsləndirilməzdən əvvəl mətnə aid tapşırıqları diqqətlə oxuyun və mətndən sizə lazım ola biləcək məlumatlarla bağlı qeydlərinizi edin;

3. Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra 2 dəqiqə ərzində tapşırıqlara bir daha baxın;

4. Dinləmə mətni ikinci dəfə səsləndirildikdən sonra ona aid olan və digər tapşırıqları imtahanın sonunadək cavablandırın;

5. Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız 2 dəfə səsləndiriləcək, zamanınızı düzgün bölməyə çalışın;

6. Dinləmə mətninə aid tapşırıqları icra edərkən yalnız dinlədiyiniz mətnə əsaslanmalı, məlumatlı olduğunuz mövzu olsa belə yalnız səsləndirilən mətndəki məlumatlara uyğun cavab yazmalısınız. Əvvəlki biliklərinizə istinad edən mətndənkənar fikirlər yazmayın;

7. Dinləmə mətninə aid tapşırıqları icra edərkən sözlərin orfoepik deyil, orfoqrafiya qaydalarına uyğun yazılmasına diqqət edin;

8. Oxuyub-anlama mətninə aid tapşırığın şərtini və mətni diqqətlə oxuyun və onu yerinə yetirmək üçün mətndən sizə lazım olacaq məqamları qeyd edin;

9. Oxuyub-anlama mətninə aid yazı işi tapşırıqlarını yerinə yetirərkən tapşırığın şərtinə (tələbinə) və mətndə bu tələblə bağlı məlumatlara mütləq diqqət yetirin. Tapşırığın tələbinə heç bir aidiyyatı olmayan istənilən fikirləri cavab kimi yazmayın. Tapşırığın doğru cavabını müəyyən etməyə çalışın, doğru hesab etdiyiniz fikirləri yazın;

10. Tapşırığın şərtində müəyyən sayda söz (cümlə, fikir və s.) yazmaq tələb olunursa, tələb olunan sayda söz (cümlə, fikir və s.) yazılmalıdır, tapşırığın şərtini ödəməyən səhv söz (cümlə, fikir və s.) yazılmamalıdır;

11. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, həmin abzasdakı cümlələr arasında, abzaslar arasında rabitə gözlənilməlidir (məntiqi baxımdan);

12. Tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, yazılmış ifadə mənaca uyğun olmaqla yanaşı, qrammatik cəhətdən də uyğun olmalıdır (məs: hadisələr keçmiş zamanda baş verirsə, yazılacaq ifadə də keçmiş zamanda olmalıdır və s.);

13. Verilmiş suala ən azı 3 cümlə ilə cavab yazılması tələb olunan tapşırıqları yerinə yetirərkən:

·         yazdığınız cümlələrin bir-biri ilə əlaqəli olmasına diqqət yetirin;

·         cümlələrarası rabitə yaratmaq üçün birləşdirici söz və bağlayıcı vasitələrdən (linking words and cohesive devices) istifadə edin;

·         mətndə olan cümlələri köçürməyin;

·         yazdığınız cümlələrdə eyni fikri müxtəlif sözlərlə təkrar ifadə etməyin;

·         qrammatik, leksik normalara riayət edin (söz sırası, mübtəda xəbər uzlaşması və s. bu kimi nüanslara fikir verin);

·         yalnız müxtəsər cümlələrdən istifadə etməyin, bacardığınız qədər geniş və mürəkkəb cümlələr yazın.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ELM VƏ TƏHSİL

Universitetlərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, subbakalavrlar mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 28 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın vaxtlarda başlayacaq və mayın 28-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.

1989-2006-cı il təvəllüdlü (01.05.2006-cı il tarixinədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2006-cı il tarixindən sonra doğulmuş və ya 35 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiy­yatın aparıl­ması SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

     
Davamına bax

ELM VƏ TƏHSİL

Həftəsonu 117 namizəd dövlət qulluğuna imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil olunacaq. İmtahanda iştirak üçün 117 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan saat 11:00-da başlanır. Namizədlər saat 10:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 17, BA qrupu üzrə 65, BB qrupu üzrə isə 254 olmaqla, ümumilikdə 341 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (AB, AC və BA qrupları) iştirakçıları bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Kağız daşıyıcılar vasitəsilə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) imtahanı iştirakçıları isə buraxılış vərəqəsini buradan çap edirlər.

Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

     
Davamına bax

ELM VƏ TƏHSİL

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, namizədlərin qeydiyyatı mayın 19-u saat 23:59-dək internet vasitəsilə aparılır.

Bu il mayın 5-də keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.

Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 1-11 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün mayın 10-dan 19-dək ərizə verməlidirlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Onlar da mayın 10-dan 19-dək qeydiyyatdan keçib iştirak edə bilərlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

     
Davamına bax

Facebook

SİYASƏT17 saat

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sarayevoda qeyd edilib

TEXNOLOGİYA18 saat

Bu gün ARB telekanalının 10 yaşı tamam olur

XARİCİ XƏBƏRLƏR18 saat

Azərbaycan QHT-ləri Keniyada daşqın qurbanlarının xatirəsinə ağac əkiblər

ELM VƏ TƏHSİL18 saat

Universitetlərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

RƏSMİ XRONİKA18 saat

Mehriban Əliyeva Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib

HƏRBİ20 saat

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

CƏMİYYƏT21 saat

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

XƏBƏRLƏR21 saat

“AzerGold”un yeni korporativ strukturu təsdiq ediləcək

CƏMİYYƏT21 saat

Mayın sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

XƏBƏRLƏR21 saat

İŞİD terror təşkilatının üzvlərinə hökm oxunub

CƏMİYYƏT22 saat

Mayın 11-12-də maqnit qasırğası gözlənilir

ELM VƏ TƏHSİL22 saat

Həftəsonu 117 namizəd dövlət qulluğuna imtahan verəcək

İDMAN22 saat

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

MANŞET22 saat

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

XƏBƏRLƏR23 saat

Qobustanda narkotik vasitələrlə əlaqəli iki nəfər saxlanılıb

XƏBƏRLƏR23 saat

Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb

ELM VƏ TƏHSİL23 saat

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

İDMAN23 saat

Azərbaycanın qadın güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

MANŞET23 saat

XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib

İQTİSADİYYAT23 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 10.05.2024

MANŞET1 gün

Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevanı təbrik etdi

İDMAN1 gün

Mikayıl Cabbarov Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızı təbrik edib – FOTO

MƏDƏNİYYƏT1 gün

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

CƏMİYYƏT1 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 10.05.2024

MANŞET1 gün

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

CƏMİYYƏT2 gün

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

CƏMİYYƏT2 gün

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

CƏMİYYƏT2 gün

Faşizm üzərində qələbədən 79 il ötür

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 09.05.2024

QAX2 gün

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN2 gün

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

ELM VƏ TƏHSİL2 gün

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

İDMAN2 gün

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT3 gün

Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA

SİYASƏT3 gün

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR3 gün

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT3 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR3 gün

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

HƏRBİ20 saat

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN22 saat

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT3 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR3 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL4 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ4 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT4 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

TREND