Bizə qoşulun

SİYASƏT

Ali Məhkəmə daha bir mübahisəli hüquqi məsələni müzakirəyə çıxarıb

Azərbaycanda məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınıb.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Belə ki, MPM-in 418-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın müzakirəsini zəruri edən “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. İş üzrə iddiaçı məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılmasını tələb edir və iddiasını onunla əsaslandırır ki, sazişi təhdid altında, iradəsinə zidd şəkildə bağlamağa məcbur olub.

Apellyasiya məhkəməsi iş üzrə icraata xitam vermiş və mövqeyini belə əsaslandırıb ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq edilmiş barışıq sazişinin müstəqil iddia şəklində mübahisələndirilməsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilib Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bəzi tərkibləri, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması haqqında ayrıca iddia qaldırılmasını mümkün saymayan hüquqi mövqe ilə razılaşıblar.

Bu mövqe onunla əsaslandırılır ki, mülki iş üzrə tərəflərin bağladıqları barışıq sazişini məhkəmənin təsdiqləməsi, həmin razılaşmanın həm də etibarlılığının yoxlanılması anlamına gəlir. Belə ki, saziş təsdiqlənməklə icraata xitam verilməsi haqqında qərardadın tərkib hissəsinə çevrilir. Ona görə də barışıq sazişi ilə razı olmayan tərəf həmin sazişi deyil, qərardadı mübahisələndirməlidir. Məhkəmə aktını qüvvədən salmaq üçün isə ondan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Ona görə də məhkəmənin təsdiqlədiyi barışıq sazişinin etibarsız sayılması iddiası üzrə işə MPM-in 261.0.1-ci maddəsi ilə – məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmənin digər tərkiblərinin hüquqi mövqeyi ondan ibarətdir ki, sözügedən məhkəmə qərardadından prosessual qaydada şikayət vermək imkanı, müstəqil əqd olan barışıq sazişinin etibarsızlığına dair maddi hüquqi əsaslarla ayrıca iddia qaldırmaq hüququnu istisna etmir.

Belə ki, maddi hüquqi fakt olan əqdlə, prosessual akt olan qərardad ayrı-ayrı institutlardır. Buna müvafiq olaraq, əqdin etibarsızlığını mübahisələndirmək hüququ ilə, qərardaddan şikayət vermək imkanını biri-birindən fərqləndirmək lazımdır. Barışıq sazişinin təsdiqlənməsi və işin icraatına xitam verilməsi haqqında qərardad, bir tərəfdən iddiaçı ilə cavabdeh arasında yeni hüquq münasibətlərinin (yeni bir əqdin) əmələ gəlməsini təmin edir, digər tərəfdən məhkəmə baxışında olan əvvəlki mübahisənin qurtarmasına dair prosessual nəticələr doğurur. Bu qərardadla tərəflərin bağladıqları yeni əqd – barışıq sazişi üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb həll olunmur. Barışıq razılaşmasına əsaslanan hər hansı iddia həll edilmədiyi üçün bir əqd olaraq sazişin etibarlılığı (o cümlədən əqdin tərəfinin iradəsinin zədələnməsi və s. kimi hallar) araşdırma və müzakirə predmeti olmur.

Məhkəmənin əqdə əsaslanan iddiaya baxarkən əqdin etibarlı olub-olmamasını araşdırmaq vəzifəsi ilə hakimin barışıq sazişini təsdiqləməsi üçün MPM-də nəzərdə tutulmuş prosessual tələblərə (sazişinin qanuna zidd olmaması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamasını yoxlaması, saziş şərtlərinin məhkəmə iclasının protokoluna yazılması və protokolu tərəflərin imzalaması və s.) riayət etmək vəzifəsi fərqləndirilməlidir. Prosessual tələblərə əməl olunması əqdin (barışıq sazişinin) etibarsızlığının araşdırılması anlamına gəlmir, ona görə ki, tərəflərin razılaşmasına uyğun olaraq məhkəmə tərəfindən təsdiq edilənədək hüquqi nəticə doğuran bir əqd onsuz da mövcud deyil. Bu nəticə sazişin qərardadla təsdiq edilməsindən sonra meydana gəlmiş olur. Başqa sözlə, məhkəmənin sözügedən halları yoxlaması, tərəflərin bağlamaq istədikləri əqdin etibarsızlığının araşdırılması deyil, həmin razılaşmanın hüquqi müstəvidə etibarlı bir əqd olaraq doğulması üçün prosessual hərəkətlərin yerinə yetirilməsidir.

Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi haqqında məhkəmə qərardadından verilmiş şikayətə baxılarkən məhz prosessual tələblərə əməl olunub-olunmadığı yoxlanıla bilər. Qərardadın predmeti olmayan maddi hüquqi məsələlərin araşdırılması isə şikayət icraatının hədləri xaricində qalır. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı tərkibləri arasında məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığına dair iddianın mümkünlüyü ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından MPM-in 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib.

“Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2023-cü ilin iyunun 15-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir”, – məlumatda qeyd olunub.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SİYASƏT

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan tərəfinin İcraçı Qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verib.

Ə.Əsədov tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib. Keçən il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.

     
Davamına bax

SİYASƏT

Azərbaycanın Baş naziri Türkiyədə rəsmi səfərdədir

Mayın 7-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

     
Davamına bax

SİYASƏT

Milli Məclis Mehriban Əliyevanı Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik edib

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib.

Deputatlar sədrin təklifini yekdilliklə qəbul ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu 2004-cü ilin may ayının 10-da tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

     
Davamına bax

Facebook

CƏMİYYƏT10 saat

BÜRCLƏR – 08.05.2024

SİYASƏT18 saat

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub

RƏSMİ XRONİKA19 saat

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb

CƏMİYYƏT20 saat

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir – FOTOLAR

XƏBƏRLƏR20 saat

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

CƏMİYYƏT21 saat

Sabahın HAVA PROQNOZU – 08.05.2024

XƏBƏRLƏR21 saat

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

CƏMİYYƏT21 saat

Bu gün Vətən müharibəsi Şəhidi Kazım Məmmədsalahovun doğum günüdür

SİYASƏT21 saat

Azərbaycanın Baş naziri Türkiyədə rəsmi səfərdədir

RƏSMİ XRONİKA21 saat

Azərbaycan-Slovakiya sənədləri imzalanıb

CƏMİYYƏT23 saat

Azərbaycanda 100 və daha çox yaşı olan pensiyaçıların sayı 280 nəfərdir

XƏBƏRLƏR23 saat

Tərtərdə məktəblilərin davasından sonra ölüm faktı ilə bağlı cinayət işi başlanılıb

XƏBƏRLƏR24 saat

Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 15-də keçiriləcək

SİYASƏT24 saat

Milli Məclis Mehriban Əliyevanı Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik edib

ELM VƏ TƏHSİL24 saat

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

MANŞET24 saat

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

HƏRBİ1 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

İDMAN1 gün

Azərbaycan millisi UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirəcək

XƏBƏRLƏR1 gün

Bu gün 4 rayonun qaz təchizatında fasilə yaranacaq

MANŞET1 gün

Əzim Əzimzadə – 144

İQTİSADİYYAT1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.05.2024)

XARİCİ XƏBƏRLƏR1 gün

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

CƏMİYYƏT1 gün

Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatıb, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

CƏMİYYƏT1 gün

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

CƏMİYYƏT1 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

ELM VƏ TƏHSİL1 gün

Abituriyentlərin qəbul imtahanında iştirakı üçün qeydiyyatı başa çatıb

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 07.05.2024

MƏDƏNİYYƏT2 gün

“Azərbaycan xalqının xəzinəsi – Heydər Əliyev ” adlı şeir və mahnı müsabiqəsi keçirilib – FOTO

ELM VƏ TƏHSİL2 gün

Qəbələdə sertifikatlaşdırılma imtahanında təkrar iştirak edəcək müəllimlərlə görüş keçirilib

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 07.05.2024

MANŞET2 gün

Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

XƏBƏRLƏR2 gün

Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib

XƏBƏRLƏR2 gün

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

MANŞET2 gün

DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

İQTİSADİYYAT2 gün

Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərlə bağlı istehlakçılara müraciət edib

XƏBƏRLƏR2 gün

Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

CƏMİYYƏT2 gün

Şəkidə qadını avtomobil vuraraq öldürüb

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 06.05.2024

CƏMİYYƏT2 gün

DİN valideynlərə müraciət etdi

ŞƏKİ4 gün

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb

ELM VƏ TƏHSİL24 saat

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ1 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT1 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

TREND