Bizə qoşulun

ANA SƏHİFƏ

Azərbaycanda “Yer saatı 2023” qeyd edilib – FOTOLAR

Martın 25-də Bakıda “Yer saatı 2023” (Earth Hour 2023) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi aksiya keçirilib.

“Söndür. Planetimizə bir saat ayır” şuarı altında keçirilən aksiya IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Aksiya iştirakçıları Dədə Qorqud parkında toplaşaraq təntənəli gerisayımla saat 20:30-da ətrafdakı işıqlarının söndürülməsinə müşahidə edib, kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və kütləvi əyləncə proqramında iştirak ediblər. Yüzlərlə gəncin qoşulduğu “Yer saatı 2023” aksiyası zamanı şən fləşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər iştirakçıların böyük marağına səbəb olub.

“Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.

Beynəlxalq “Yer saatı 2023” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulan hər kəsə təşəkkür edir, binalarının işıqlarını söndürən bütün qurum və təşkilatlara, o cümlədən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, “Baku Crystall Hall”, Milli Gimnastika Arenası, ADA Universiteti, “Alov qüllələri” kompleksi, “Dalğa Plaza”, “Yeni Həyat Şirkətlər Qrupu” MMC, Naxçıvan Dövlət Universiteti THİK, Mingəçevir Gənclər Evi, Paşa Malls və Pasha Property Management-ə dərin minnətdarlığını bildirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə, qlobal temperatur artımının 1,5°C-dən aşağı səviyyədə saxlanması hədəfi qarşısında həmrəylik nümayiş etdirməyə çağırır.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ANA SƏHİFƏ

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar – FOTO

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb. Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

     
Davamına bax

ANA SƏHİFƏ

Sabahın HAVA PROQNOZU – 05.04.2024

Aprelin 5-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

     
Davamına bax

ANA SƏHİFƏ

Ötən gün vətəndaşlardan silah və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan silah və qumbaralar götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd qumbara, 2 patron darağı, 9 ədəd müxtəlif markalı tüfəng və 226 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

     
Davamına bax

Facebook

CƏMİYYƏT1 saat

Sabahın HAVA PROQNOZU – 12.05.2024

RƏSMİ XRONİKA3 saat

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib

XƏBƏRLƏR4 saat

Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıb

XƏBƏRLƏR5 saat

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

XƏBƏRLƏR6 saat

Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıb

XARİCİ XƏBƏRLƏR9 saat

Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib

CƏMİYYƏT14 saat

BÜRCLƏR – 11.05.2024

SİYASƏT24 saat

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sarayevoda qeyd edilib

TEXNOLOGİYA24 saat

Bu gün ARB telekanalının 10 yaşı tamam olur

ŞƏKİ24 saat

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib – FOTOLAR

XARİCİ XƏBƏRLƏR24 saat

Azərbaycan QHT-ləri Keniyada daşqın qurbanlarının xatirəsinə ağac əkiblər

ELM VƏ TƏHSİL1 gün

Universitetlərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

RƏSMİ XRONİKA1 gün

Mehriban Əliyeva Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib

HƏRBİ1 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

CƏMİYYƏT1 gün

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

XƏBƏRLƏR1 gün

“AzerGold”un yeni korporativ strukturu təsdiq ediləcək

CƏMİYYƏT1 gün

Mayın sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

XƏBƏRLƏR1 gün

İŞİD terror təşkilatının üzvlərinə hökm oxunub

CƏMİYYƏT1 gün

Mayın 11-12-də maqnit qasırğası gözlənilir

ELM VƏ TƏHSİL1 gün

Həftəsonu 117 namizəd dövlət qulluğuna imtahan verəcək

İDMAN1 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

MANŞET1 gün

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

XƏBƏRLƏR1 gün

Qobustanda narkotik vasitələrlə əlaqəli iki nəfər saxlanılıb

XƏBƏRLƏR1 gün

Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb

ELM VƏ TƏHSİL1 gün

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

İDMAN1 gün

Azərbaycanın qadın güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

MANŞET1 gün

XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib

İQTİSADİYYAT1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 10.05.2024

MANŞET1 gün

Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevanı təbrik etdi

İDMAN1 gün

Mikayıl Cabbarov Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızı təbrik edib – FOTO

MƏDƏNİYYƏT2 gün

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

CƏMİYYƏT2 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 10.05.2024

MANŞET2 gün

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

CƏMİYYƏT2 gün

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

CƏMİYYƏT2 gün

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

CƏMİYYƏT3 gün

Faşizm üzərində qələbədən 79 il ötür

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 09.05.2024

QAX3 gün

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN3 gün

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

HƏRBİ1 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT2 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ3 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT3 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR3 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL4 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ4 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT4 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

TREND