Bizə qoşulun

ELM VƏ TƏHSİL

Qəbələ və Oğuz rayonlarında vətəndaşlar qəbul edilib

Fevralın 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova Qəbələ və Oğuz rayonlarında həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

ShekiMedia.az xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
G.Mahmudova qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ELM VƏ TƏHSİL

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

Bu gün tanınmış pedaqoq və təhsil işçisi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayevin doğum günüdür.

O, 8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbdə, 1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim, 1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi), 2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru, 2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, 2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. 2023-cü ilin fevral ayından Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisidir.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021), Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı (2021) ilə təltif olunub.

Ailəlidir, 2 övladı və 4 nəvəsi var.

     
Davamına bax

ELM VƏ TƏHSİL

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.

MEDİA-dan bildirilib ki, “eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.

Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət” sertifikatı əldə edir.

Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.

Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.

     
Davamına bax

ELM VƏ TƏHSİL

Abituriyentlərin qəbul imtahanında iştirakı üçün qeydiyyatı başa çatıb

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Dünən saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29 230, II qrup üzrə 23 163, III qrup üzrə 24 499, IV qrup üzrə isə 5 804 abituriyent elektron ərizəsini təsdiq edib.

Qeyd edək ki, abituriyentlər dünən saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməli idilər.

     
Davamına bax

Facebook

CƏMİYYƏT5 saat

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

CƏMİYYƏT7 saat

TƏBİB: Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb

CƏMİYYƏT8 saat

Sabahın HAVA PROQNOZU – 09.05.2024

ELM VƏ TƏHSİL9 saat

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

SİYASƏT9 saat

COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşüb

İDMAN9 saat

“Qarabağ” və “Neftçi” cərimələnib

XƏBƏRLƏR9 saat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

CƏMİYYƏT10 saat

102 yaşlı veteran təltif edilib – FOTO

İDMAN11 saat

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

CƏMİYYƏT11 saat

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

SİYASƏT11 saat

Daxau düşərgəsində azərbaycanlı əsirlərə həsr olunan xatirə lövhəsi açılıb

MANŞET12 saat

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

SƏHİYYƏ12 saat

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

XƏBƏRLƏR12 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2024)

ANA SƏHİFƏ12 saat

Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar – FOTO

XƏBƏRLƏR13 saat

Dələduzluq edən paytaxt sakini həbs edilib

CƏMİYYƏT20 saat

BÜRCLƏR – 08.05.2024

SİYASƏT1 gün

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub

RƏSMİ XRONİKA1 gün

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb

CƏMİYYƏT1 gün

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir – FOTOLAR

XƏBƏRLƏR1 gün

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 08.05.2024

XƏBƏRLƏR1 gün

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

CƏMİYYƏT1 gün

Bu gün Vətən müharibəsi Şəhidi Kazım Məmmədsalahovun doğum günüdür

SİYASƏT1 gün

Azərbaycanın Baş naziri Türkiyədə rəsmi səfərdədir

RƏSMİ XRONİKA1 gün

Azərbaycan-Slovakiya sənədləri imzalanıb

CƏMİYYƏT1 gün

Azərbaycanda 100 və daha çox yaşı olan pensiyaçıların sayı 280 nəfərdir

XƏBƏRLƏR1 gün

Tərtərdə məktəblilərin davasından sonra ölüm faktı ilə bağlı cinayət işi başlanılıb

XƏBƏRLƏR1 gün

Əfv Məsələləri Komissiyasının növbəti iclası mayın 15-də keçiriləcək

SİYASƏT1 gün

Milli Məclis Mehriban Əliyevanı Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik edib

ELM VƏ TƏHSİL1 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

MANŞET1 gün

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

HƏRBİ1 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

İDMAN1 gün

Azərbaycan millisi UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirəcək

XƏBƏRLƏR1 gün

Bu gün 4 rayonun qaz təchizatında fasilə yaranacaq

MANŞET2 gün

Əzim Əzimzadə – 144

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.05.2024)

XARİCİ XƏBƏRLƏR2 gün

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

CƏMİYYƏT2 gün

Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatıb, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

CƏMİYYƏT2 gün

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

ELM VƏ TƏHSİL1 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ1 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

TREND