Bizə qoşulun

YAZARLAR

“Üzeyir və Cavid irsi” 

Türk dünyasının  fəxri,Azərbaycan mədəniyyətinin dayağı, görkəmli şəxsiyyət Üzeyir Hacıbəyov,böyük dramaturq ,filosof şair Hüseyn Cavid ilə hələ gənclik illərindən çox yaxın dost olmuşlar.Azərbaycanın milli mədəniyyətinin çicəklənməsi naminə gecə- gündüz  çalışan bu iki mütəffəkkir sənətkarı bir-birinə dostluq və əqidə birliyi baglayırdı.
Hüseyn Cavid Üzeyir bəyin bacanağı,Azərbaycanın görkəmli maarif xadimlərindən,repressiya qurbanlarından biri olan Pənah bəy Qasımovla mehriban,yaxın qonşu olmuşlar. Üzeyir bəy o biri bacanağı olan Müslüm Maqomayevlə tez-tez Pənah bəy gilə qonaq gələr,iş birliyi , yaradıcılıq barəsində söhbətləşərdilər.
      H.Cavidin yoldaşı Mişkinaz xanım xatirələrində, Üzeyir bəy “Koroğlu”operasını bitirəndən sonra , Hüseyn Cavidin “Şeyx Sənan”ina opera yazmağinı arzulayırdı deyə yazırdı. Əfsuslar olsun ki,bu opera üzərində işləmək niyyəti bu iki böyük sənətkarlara nəsib olmadı.
Dəhşətli 37-ci il bütün arzulara son qoydu.4 iyun 1937 -ci ildə Hüseyn bəy düşmənlərin əli ilə gedər-gəlməzə getdi. O gündən Hüseyn Cavidin ailəsinin və dostlarının qara günləri başladı,bütün arzular alt-üst oldu. Çox qorxulu,təhlükəli zaman idi,bu çətinliklərə baxmayaraq,Üzeyir bəy dostunun ailəsinə himayə durdu.Hüseyn Cavidin oğlu Ərtoğrul Cavid  1940-cı Pedaqoji İnstitutu bitirdikdən sonra,Azərbaycan Dövlət Konservatoriyasına daxil olub ,1941-1942-ci illərdə Üzeyir Bəyin sinfində bəstəkarlıq dərsləri almış,bəstəkarın rəğbətini qazanmış,sevimlisinə çevrilmişdir.
1941-ci ildə muharibə başladıqda  Azərbaycan  Bəstəkarlar İttifaqının sədri Üzeyir Bəy Hacıbəyov dərhal bütün bəstəkarları otağına yiğaraq onlara vətənpərvərlik mövzusunda əsərlər, mahnılar yazmağı tapşırmışdı. Bu mövzuda ilk əsəri  məhz Hüseyn bəyin oğlu Ərtoğrul Cavid Nigar Rəfibəylinin sözlərinə “Eşq olsun” mahnısıni yazaraq, Üzeyir Hacıbəyova təqdim etmişdir. Ə.Caviddən sonra bu mövzuda A.Rzayeva, A.Hüseynzadə, Ş.Axundova, Ə.Abbasov, S.Ələsgərov, H.Xanməmmədov, H.Nemətov və başqa bəstəkarlar romanslar,mahnılar,marşlar yazmışdılar.
    Ağır vərəm xəstəliyinə tutulmuş Ərtoğrul bəy ölümündən 6 ay öncə 1943-cü ildə Tbilisidən göndərdiyi məktubunda Naxçıvana gedib,nənəsi ilə qonşu kəndlərdən materiallar toplamaq haqqında planından yazırdı. Təəssüf ki,gənc bəstəkar bu tədqiqatını həyata keçirə bilmədi.
    Heç kimdən çəkinməyən,öz diqqət və qayğısını Cavid ailəsinin üzərində daima saxlayan Üzeyir bəy, Cavid əfəndinin yadigarı Turan Cavidi də Dövlət Radio Komitəsində işə düzəltmişdi.
    Azərbaycan mədəniyyətinin  gələcəyini daima düşünən Üzeyir Hacıbəyovun, Ərtoğrul Cavid istedadına rəğbəti,ümidi sonsuz idi.Onun bəstəkarlıq sinfində təhsil alan Cavid irsli gənc bəstəkarın öz müəlliminə həsr etdiyi “Doqquz variasiya”sını, Azərbaycan el havaları əsasında yazdığı “Üç prelüd”(Çal-oyna”, “Aşıqsayağı”, “Yallı”), 2 uşaq miniatürü, anası Mişkinaz xanıma həsr etdiyi Naxçıvan mənzərələri adli 2 musiqi lövhəsini( “Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”), sonatina,skripka və fortepiano üçün “Poema”, N.Rəfibəylinin şeirinə yazdığı “Eşq olsun” mahnısı və s. əsərlərini göstərmək olar. Lakin gənc bəstəkarın Böyük simfonik orkestrin müşayətilə lirik-dramatik tenor səsi üçün “Romans-Kapriccio” su  (sözləri Nizamiyə aid), “Şeyx-Sənan”, “Məhsəti” operaları, “Babəkin andı” simfonik poeması və bir sıra kamera instrumental əsərləri yarımçıq qalmışdır.
Ərtoğrul Cavid hətta bəzi xarici bəstəkarların əsərlərinin mətnlərini Azərbaycan dilinə tərcümə etsə də,bu əsərlərin nəşri zamanı tərcüməçi kimi Ərtoğrul Cavidin adı qeyd olunmamışdır.  Görkəmli yazıçımız Anarın  “Böyük sənətkarın sənətkar oğlu” adlı məqaləsində , böyük bəstəkarımız Fikrət Əmirova istinadən yazılmışdır: -“Görürsünüzmü, ədəbi  mətn melodiyayla necə yaxşı uyğunlaşdırılıb,axı o, kamil ədəbi savada,biliyə malik idi . Neçə-neçə Avropa və rus bəstəkarların romans və mahnı mətnlərini dilimizə ekviritmik tərcümə etmişdir.”
   Qeyri-adi istedada malik Hüseyn Cavid adına layiq irsin davamçısının həyat yaradıcılığına, onun yazılarına,rəsmlərinə,bəstələrinə, məktublarına, kitablarına baxdıqda biz onun necə gözəl bəstəkar,şair,yazıçı,rəssam,pedaqoq,tədqiqatçı yaradıcı ziyalı olduğunu anlıyırıq…
 “Yüksələn məhv olar,fəqət enməz!
  Nuri-həqq daima yanar,sönməz.”
 (H.Cavid    “Şeyx Sənan”)
İstinad: Musiqi dünyasi 3-4/25 2005
Vəfa ƏLİYEVA,  
Şəki 2 nomrəli Uşaq Musiqi  Məktəbinin fortepiano  müəllimi  

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SİYASƏT

Nikol Paşinyan yenə də “rəqs edir”

Amma indi Şuşada yox, Günbatanda

Armİnfo.am. xəbər portalında verilmiş ( 24 fevral 2024-cü il) “ Rusiya Federasiyası və KTMT ilə əlaqələrin qırılması, eləcə də, Yerevanın Qərbə meyillənməsi Ermənistan üçün məhvedici vəziyyət yarada bilər” adlı materilal işğalçı ölkənin bugünkü reallıqlarının qiymətləndirilməsi baxımından olduqca maraqlıdır. Bu ölkədəki Respublika partiyası idarə heyətinin üzvü, keçmiş deputat Eduard Şarmazanovun öz Facebook səhifəsində baş nazirin “Franse-24” telekanalına verdiyi müsahibə haqqında yazdığı ( yəni müsahibə deyil ki, kimsə fikirləri kontestdən çıxartmış olsun – İ.M.) analitik materiala istinad edən sayt Nikol Paşinyanın düşdüyü durumun acınacaqlı olduğunu bildirib. 

Sayt yazır ki, tarix öz şəxsi həyatında baş verənlərdən dərs ala bilməyənlərə qarşı amansız olur. Şarmazanovun fik­rincə, Nikol Paşinyan həmin müsahibə­də Ermənistanın deyil, Ukraynanın ma­raqlarına xidmət etdiyini boynuna alıb. Siyasətçi soruşur: “Nikol Paşinyan, siz Ermənistanın təhlükəsizlik məsələlərini həll etmisiniz ki, indi Ukraynanın təhlükə­sizliyinin qorunmasına qalxırsınız? Sizin Qərbin və Ukraynanın qarşısında bütün “rəqsləri ifa etməyiniz” azdırmı ki, indi də Kiyevin vəkili kimi çıxış edirsiniz? Deyirsi­niz ki, Ukraynada baş verənlər Alma-Ata Bəyannaməsinin pozulmasıdır və bu, bizi çox narahat edir.

Eduard Şarmazanov öz ölkəsinin dövlət başçısına xatırladır ki, Azərbay­can bizim sərhədlərimizdə və təmas xət­lərimizdə nə etmək istəyirsə, onu da real­laşdırır. Siz isə gedib Avropada Ukrayna üçün ağlayırsınız.

Erməni siyasətçinin baş nazirə daha bir maraqlı sualı var: “Siz kimsiniz? Bay­den, Blinken, Şolts, Ərdoğansınızmı ki, o boyda böyük problemə – Ukrayna məsələ­sinə baş qoşursunuz? Siz Qarabağı Azər­baycanın tərkib hissəsi kimi tanımısınız və soydaşlarınızın oradan köçməsini təmin etmisiniz. Bu dəhşət sizi narahat etməsə də, Ukrayna məsələsi sizi bərk həyəcan­landırır. Söhbət hansı Ukraynadan gedir, siz bilirsinizmi? Söhbət Azərbaycanın dostu və müttəfiqi olan, prezidenti Zelens­ki Qarabağdakı Zəfərə görə İlham Əliyevi təbrik etmiş Ukraynadan gedir, axı. O Uk­raynadan ki, otuz il ərzində daim Qaraba­ğın Azərbaycan ərazisi olduğunu iddia et­mişdir. Gürcüstan rəhbərliyindən nümunə götürün və böyük problemlərə burnunuzu soxmayın”.

Yeri gəlmişkən, Ermənistan Mil­li Məclisinin müxalifətçi fraksiyasından olan deputatı Artur Xaçatryan da fevra­lın 26-da bəyan edib ki, İrəvan rəhbər­liyinin NATO-nun “əlinə oynaması” və KTMT ilə münasibətlərin dondurulması Ermənistanı meydanda tək qoyacaq. Deputat bu fikirlərini Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana gözlənilən səfəri barədə danışarkən deyib. Müxa­lif siyasətçi Nikol Paşinyanı öz xalqına xəyanətdə ittiham etməkdən də çəkin­məyib: “Mən istisna etmirəm ki, İlham Əliyev, Volodimir Zelenski və Nikol Pa­şinyan Qarabağ məsələsində tamamilə həmrəydirlər”.

Yəni, Nikol Paşinyan təkcə hərdəmxə­yallığı, bu gün dediyini sabah təkzib etmə­si, Şuşada şərab içib yatması, yerli-yersiz rəqsləri ilə deyil, həm də başı girməyən yerə bədənini də dürtmək cəhdləri ilə xalqının da gözündən düşür, dünya ic­timaiyyətinin də. Ermənilər haqlı olaraq ondan soruşurlar: “Sənin Münxendə şad­yanalıqla “İlham Əliyevlə danışdıq, Azər­baycan bizə hücum etməyəcək!”– demə­yinlə, həmin gün axşamüstü Parisdən silah istəməyini necə anlamaq olar?”.

Yazıq Nikol, indi qalıb od ilə su ara­sında. Azərbaycan haqlıdır, Türkiyə güc­lüdür, Rusiya göz yaşlarına daha heç inanmır, ABŞ çox uzaqdadır, Fransa isə məkrli, kələkbaz və kəmfürsət. İndi Er­mənistanı ya Suriyanın gününə düşmək gözləyir, ya da məhv olub getmək. Amma prezidentlər Heydər Əliyev də, İlham Əliyev də son 30 ildə onlara xilas yolunu dəfələrlə göstərmişdilər: “Dağılmış Paris” o xilasa imkan vermədi ki, vermədi. İndi öz cəzalarını çəkməlidirlər və çəkirlər.

İttifaq MİRZƏBƏYLİ

     
Davamına bax

SİYASƏT

Moskva “Cermuk” suyundan niyə imtina etdi?

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Cermuk” (“Jermuk”) suyunun idxalının dayandırılması barədə qərar qə­bul edib. Buna səbəb fevralın 12-də Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhər sakininin “Cermuk” suyundan içməsi nəticəsində onun qida borusun­da və mədəsində problem yaranıb. Buna görə də əvvəlcə yerli xəstəxanaya göndərilib, sonra xüsusi təyyarə ilə son dərəcə ağır vəziyyətdə Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıb. Lakin təqaüdçünün daxili xə­sarətləri çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı suyun tər­kibində sirkə olması müəyyənləşib. Buna görə də məhsulun idxalı və ix­racı dayandırılıb. Daxili İşlər Nazirliyi, Prokurorluq və “Rospotrebnadzor”un birgə göstərişinə əsasən, hazırda hakimiyyət “Cermuk” mineral suyunu satışdan çıxarmağa başlayıb. Artıq Şimali Osetiya ərazisində 24 bağla­ma “Cermuk” suyu araşdırma üçün götürülüb, zəruri əməliyyat tədbirləri davam etdirilib. Bu mineral suyu sa­tan sahibkarlara satışı dayandırmaq tövsiyə olunub.

“Rospotrebnadzor”, həmçinin vətəndaşlardan istehsal tarixi 28 de­kabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytla­rı barədə məlumat vermələrini xahiş edib.

Bir sözlə, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Ri­fahı Sahəsində Nəzarət üzrə Fede­ral Xidməti əməkdaşları tərəfindən hazırda pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirilib. Vətən­daşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər gö­rülüb, mineral suyun 2,5 milyon bu­tulkaya yaxın fərdi partiyalarının satı­şı artıq dayandırılıb.

Erməni mediası isə bununla bağlı Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun məlumatını ya­yıb. Məlumatda “Cermuk” mineral su­yunun 2001-ci ildən Rusiyaya ixrac edildiyi, həcminin tədricən 350 min litrdən 15 milyon 273 min litrə çatdı­rıldığı, bununla bərabər, idxal edilən hər bir su partiyasının Avrasiya İqti­sadi İttifaqının texniki reqlamentinə uyğun gəldiyi, indiyədək bu mineral sudan zəhərlənmə faktının qeydə alınmadığı da vurğulanıb.

Ermənistanın Qida Təhlükəsizli­yinə Nəzarət Qurumunun iddiasına görə, “Cermuk”un təkcə Rusiyaya yox, ABŞ, Ukrayna, Gürcüstan, Be­larus, Qazaxıstan, Avropa İttifaqı və digər ölkələrə ixracı 23 il ərzin­də 10 dəfə artıb. Adıçəkilən qurum, həmçinin ötən 23 il ərzində ölkədən ixrac edilən mineral sudan indiyə­dək zəhərlənmə faktı qeydə alınma­dığından “Cermuk”un müəyyən su partiyalarının satışının dayandırıl­ması barədə “Rospotrebnadzor”in bu qərarını təəccüblə qarşılandığına diqqət çəkib. Eyni zamanda, sözüge­dən mineral suyun satışının dayan­dırılması ilə bağlı Rusiyanın səlahiy­yətli orqanlarından bildiriş almadığını da qeyd edib.

Xatırladaq ki, Kəlbəcər rayonu­nun işğalı dövründə Ermənistan bu ərazidə yerləşən bütün təbii sərvətlə­ri – faydalı qazıntıları istismar edib, nəinki Kəlbəcərdən, həm də Qaraba­ğın bütün ərazisindən təbii resursla­rın qanunsuz ixracını həyata keçirib. Ermənistan yataqlardan Yuxarı İs­tisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutqun, Mozçay, Qoturlusu mineral müalicəvi suları müxtəlif ölkələrə sa­tıb.

Mütəxəssislər bildirirlər ki, Rio de Janeyro bəyannaməsinə əsasən, müharibələr ətraf mühitə mənfi təsir göstərməməlidir. Ona görə də ölkələr silahlı münaqişələr zamanı ətraf mü­hiti müdafiə edən beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar. Lakin Er­mənistan Qarabağ və Şərqi Zəngə­zuru işğal altında saxladığı dövrdə bu tələbləri yerinə yetirməyib, belə bir ekoloji terror yolu ilə nəinki Azər­baycana, hətta bütün bölgəyə ciddi zərər yetirib.

Bu gün ixraca yönəltdiyi “Cer­muk”u “qaydalara uyğun istehsal” etdiyini israrla bildirən Ermənista­na xatırlatmaq lazımdır ki, hələ 2007-ci ilin martında ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) bu məh­sulda kəskin miqdarda zəhərli arsen maddəsi aşkarlamış və məhsulu geri qaytarmışdı. FDA-nın açıqlamasına görə, insanda xərçəng xəstəliyinə gətirib çıxaran arsen sözügedən mi­neral sularda 500-600 mikroqram səviyyəsindədir ki, bu da 1 litr üçün 10 mikroqram standartını dəfələrlə üstələyir. Ermənistan o vaxt da belə bir dəyərləndirməni danmışdı. “Arzni Mineral Sular” QSC-nin direktoru Ar­men Mkrtçyan “şirkətin məhsulların­da arsen tərkibi Ümumdünya Səhiy­yə Təşkilatı standartlarına tamamilə uyğundur”,–deyə bildirmişdi.

Mütəxəssislər bildirirlər ki, arsen də, sirkə turşusu da insan sağlam­lığına çox zərərli maddələrdir. Sirkə turşusunun orqanizmə nüfuzu dər­hal, arsenin təsiri isə tədricən baş verir, hər ikisi də ölümcüldür. Sirkə turşusundan zəhərlənmə həzm sis­teminə, tənəffüs yollarına ciddi zi­yan vurur, qanda turşuluq miqdarını ölümcül dərəcədə artırır, dəri və göz­lərə yandırıcı təsir göstərir. Kəskin arsen zəhərlənməsinin simptomları isə ürəkbulanma, qusma və ishaldır. Zəhərlənmə böyrəklər, qaraciyər, dəri, ürək-damar və sinir sistemlərini bir neçə gündən bir neçə həftəyədək sıradan çıxarır.

“Cermuk” mineral suyuna zəhərli arsen isə şəlalənin yaxınlığında (cə­nub-şərqində), Arpaçay-Bazarçay vadisində yerləşən “Amuldağ” qızıl yatağından qarışır. Mütəxəssislər onun bağlanması zərurətini dəfələrlə dilə gətirsələr də, yatağın fəaliyyəti nəticəsində ətraf mühit, eləcə də ye­raltı sular arsen və digər zəhərli mad­dələrlə çirklənir.

“Environmental Protection First” (EPF) Koalisiyası bildirib ki, heç bir ekoloji standartlar gözlənilmə­dən Ermənistanda Amuldağ (Amul­sar) yatağının istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.

Bir neçə il əvvəl ABŞ-ın Dərman və Qidaya Nəzarəti üzrə Federal Agentliyi Ermənistandan gətirilən “Cermuk” mineral suyunun tərkibində ağır metal olan arsenin normadan 50 dəfə çox olduğunu müəyyənləşdir­mişdi. Bundan sonra həmin mineral suyun satışı ABŞ-da, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Avropa ölkə­sində də qadağan edilmişdi.

Onu da qeyd edək ki, Amuldağ (Amulsar) qızıl yatağının istismarı nə­ticəsində formalaşan ağır metal tər­kibli mədən tullantıları Bərgüşad ça­yına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını da çirkləndirir. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbay­can ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ (Amulsar) yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əha­lisi üçün ciddi təhdiddir.

V.BAYRAMOV

     
Davamına bax

SİYASƏT

Heydər Əliyev və türk dünyası

Ümummilli lider, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmləndirilməsində, daxili və xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində misilsiz rolu olmuşdur. Ulu öndərin müəyyən etdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın xarici ölkələr, xüsusilə türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri yeni məcrada uğurla inkişaf etdirilmişdir.

Tarixdən məlumdur ki, müəyyən ­dövrlərdə türk dövlətləri arasında əlaqələr subyektiv səbəblərdən qırılmışdır. Ələlxüsus da sovet dönəmində müəyyən dövrləri nəzərə almasaq, Türkiyə ilə münasibət, demək olar ki, olmamışdır. Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə münasibətlər isə İttifaq tərkibində sovet respublikaları olduğuna görə saxlanılmışdır.

SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqil türk dövləti kimi dünya ictimaiyyəti tərəfindən tanınsa da, beynəlxalq aləmdə nüfuz qazana bilməmişdi. Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Prezident Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı.

Ulu öndərin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi.

1996-cı il mayın 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin, 1997-ci ildə Qırğızıstanla ticarət-iqtisadi əməkdaşlığa dair sazişin, həmin ilin iyun ayında Qazaxıstana rəsmi səfər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə qarşılıqlı faydalı əməkdaşlıq quruldu.

Türkmənistan Respublikası ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət yetirən  Ulu öndər 1994-cü ilin oktyabr ayında bu ölkəyə də rəsmi səfər etdi. Türkmənistan Prezidenti Saparmurad Niyazov da 1996-cı ilin mart ayında Bakıda rəsmi səfərdə oldu.  Bu səfərlərin nəticəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalandı və mühüm məsələlərə dair ümumi razılaşma əldə olundu. Sonrakı illərdə digər sahələrdə də əlaqələr tənzimləndi və münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı.

Bütün bunlar onu göstərir ki, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin xüsusi tarixi rolu danılmazdır. Heydər Əliyev Azərbaycan Respublikasının türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin çoxtərəfli əsasda (TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, türk dövlət başçılarının zirvə görüşləri) həyata keçirilməsində müstəsna rol oynamış, hərtərəfli əlaqələrin qurulub inkişaf etdirilməsi üçün bütün imkanları səfərbər etmişdir.

Ulu öndərin yorulmaz siyasi fəaliyyəti nəticəsində beynəlxalq diplomatik-siyasi münasibətlərin inkişafında mühüm addımlar atılmış, bu münasibətlər yeni təməl üzərində qurulmuş, ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə sənədlər imzalanmışdır. Heydər Əliyevin 1998-ci ilin fevral ayında Türkiyəyə səfəri isə dövlətlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edirdi.

Həmin ilin sentyabr ayında TRASEKA proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşündə Ulu öndər türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışdır. Hər iki ölkə prezidenti türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edərək türk dövlətlərinin problemlərini müzakirə etmişlər.

Prezident Heydər Əliyev türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı qeyd etmişdir: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

“Biz bir millət, iki dövlətik” şüarını rəhbər tutan Ulu öndər türk dövlətləri arasında beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini öz siyasi fəaliyyəti ilə sübut etmişdir. Dövlətlərarası qarşılıqlı münasibətlərin ən mühüm məsələləri Türkiyə dövlət və hökumət nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı geniş müzakirə edilmişdir. Ulu öndər Türkiyə ilə diplomatik-siyasi münasibətlərin möhkəmləndirilməsinə Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi baxmışdır.

Ölkəyə rəhbərlik etdiyi dövrdə daim  türk dövlətləri ilə səmimi münasibətlər yaradan, türk dünyası arasında birliyin təmin olunmasına  xüsusi önəm verən Ulu öndər Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair yaradılmış beynəlxalq konsorsiumda da Türkiyənin fəal iştirakına çalışırdı. Böyük rəhbər Xəzər dənizinə türk dövlətlərini birləşdirən amil kimi baxır və enerji ehtiyatları sahəsində onların əməkdaşlığını yüksək qiymətləndirirdi. O, hesab edirdi ki, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan–Türkiyə münasibətlərinə bir sıra siyasi üstünlüklər verir. 1998-ci il oktyabrın 29-da Ankarada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə dair bəyannamənin imzalanması Heydər Əliyevin türk dünyası qarşısında mühüm tarixi xidmətidir.

1999-cu ildə Ümummilli lider ­Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə “Beynəlxalq Atatürk Sülh Mükafatı” təqdim olunmuşdur. Ulu öndər özü də dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər verir, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab edirdi. Bu məqsədlə də 2001-ci ildə Bakıda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır.

Türk dünyası dövlətləri ilə qurulan beynəlxalq əlaqələrin elmi-nəzəri, tarixi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini daima vurğulayan Ulu öndər türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat TÜRKSOY-un fəaliyyətinə də xüsusi qayğı göstərmişdir.

Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələr də yüksək səviyyədə inkişaf etdirilmişdir.

Hazırda Ulu öndərin bu siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun Türk Dünyası Dövlətlərinin birliyi, qardaşlığı və həmrəyliyi uğrunda gərgin və yorulmaz fəaliyyəti öz bəhrəsini verməkdədir. Prezident özü bu barədə Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında bildirmişdir: “Türk dünyası böyük dünyadır. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bugünümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.

Ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan ­İlham Əliyev Azərbaycanı inamla zəfərlərə doğru  apardı və indi də aparmaqdadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapmaqda və bütün sahələrdə öz töhfəsini verməkdədir.

 

Sultanəli QURBANOV,
YAP Səbail “Ü.Hacıbəyli–68” ərazi təşkilatının sədri

     
Davamına bax

Facebook

XƏBƏRLƏR1 həftə

BÜRCLƏR – 17.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 09.04.2024

MANŞET3 həftə

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

CƏMİYYƏT3 həftə

Sabahın HAVA PROQNOZU – 07.04.2024

HƏRBİ3 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

ŞƏKİ3 həftə

Şəkidə 16 yaşlı qız itkin düşüb

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 06.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 05.04.2024

CƏMİYYƏT3 həftə

Kəlbəcərdə zəlzələ olub

ANA SƏHİFƏ3 həftə

Sabahın HAVA PROQNOZU – 05.04.2024

XƏBƏRLƏR3 həftə

Xankəndidə 8 silah və sursatlar aşkarlanıb

CƏMİYYƏT3 həftə

Azad edilmiş ərazilərdə peşə hazırlığı kursları təşkil olunur

XƏBƏRLƏR3 həftə

MN: Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hazırdır

RƏSMİ XRONİKA3 həftə

Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub

CƏMİYYƏT3 həftə

FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

İDMAN3 həftə

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb

XƏBƏRLƏR3 həftə

İşğaldan azad edilmiş ərazilərdə elektromobillər üçün infrastruktur yaradıla bilər

İQTİSADİYYAT3 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.04.2024)

CƏMİYYƏT3 həftə

Güclü külək axşama doğru zəifləyəcək – PROQNOZ

MANŞET3 həftə

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 04.04.2024

SİYASƏT3 həftə

“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

İDMAN3 həftə

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib

CƏMİYYƏT3 həftə

AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər zamanı nöqsanlar aşkarlanıb

CƏMİYYƏT3 həftə

Bu gün 5 rayonun qaz təchizatında fasilə yaranacaq

XƏBƏRLƏR3 həftə

Xankəndidə 16 silah və sursat aşkarlanıb

İQTİSADİYYAT3 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.04.2024)

XƏBƏRLƏR3 həftə

Ötən gün vətəndaşlardan 9 silah götürülüb

XƏBƏRLƏR3 həftə

DİN: Axtarışda olan 48 nəfər saxlanılıb

XARİCİ XƏBƏRLƏR3 həftə

Tayvanda zəlzələdə azı 4 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb

XƏBƏRLƏR3 həftə

Xocavənddə yol qəzasında xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 03.04.2024

ELM VƏ TƏHSİL3 həftə

16 nəfərin buraxılış imtahanının nəticəsi ləğv edilib, 14 nəfər ən yüksək nəticə göstərib

ELM VƏ TƏHSİL3 həftə

Buraxılış imtahanının nəticələri elan olunub

MANŞET3 həftə

Tərtərdə mina partlaması nəticəsində 3 nəfər xəsarət alıb

CƏMİYYƏT3 həftə

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlər açıqlanıb

İQTİSADİYYAT3 həftə

Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

CƏMİYYƏT3 həftə

Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub – FOTOLAR

RƏSMİ XRONİKA3 həftə

Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib

XƏBƏRLƏR3 həftə

Ötən ay 3 aptekdə nöqsan aşkarlanıb

HƏRBİ3 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ3 həftə

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR4 həftə

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ1 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT1 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ1 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ1 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET1 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT1 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR1 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ3 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

HƏRBİ4 ay

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib

CƏMİYYƏT5 ay

Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO

RƏSMİ XRONİKA5 ay

Heydər Əliyevin anım günüdür – VİDEO

XƏBƏRLƏR5 ay

Taksi sürücülərinə saxta əskinaslar verib qalığını tələb edən şəxs saxlanılıb

TREND