QƏBƏLƏ
Ağstafa və Qəbələyə qatar reyslərinin sayı artırıldı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günləri ilə bağlı artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 26, 27, 28, 29, 30 iyun və 1, 2 iyul tarixlərinə əlavə qatar reysləri təyin edib.
Bu barədə ADY məlumat yayıb.
Məlumata görə, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafa-Bakı istiqaməti üzrə Ağstafadan saat 16:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manat təşkil edir.
Xatırladaq ki, iyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli sərnişin qatarları yeni hərəkət qrafikinə uyğun hərəkət edəcəklər. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Bununla yanaşı, bayram günləri Bakı-Qəbələ-Bakı istiqaməti üzrə ümumilikdə 10 əlavə qatar reysi təyin edilib. 26, 27, 28, 29 və 30 iyun tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən sürətli sərnişin qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat təşkil edir.
Qeyd edək ki, 26 iyun – 2 iyul tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar qeyr-iş günlərinin qrafikinə uyğun ənənəvi qaydada hərəkətdə olacaq.
Digər xəbərlərə də bax
İDMAN
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, idmançı ilə anlaşmanın müddəti 1 ili əhatə edir.
Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.
Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun hesabında 9 qələbə var.
QƏBƏLƏ
Qəbələdə qanunsuz tikili sökülüb – VİDEO
Qəbələ şəhərində qanunsuz tikilini söküb.
Bu barədə Fövqəladə Hallar Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
İDMAN
Nazir müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarında səfərdədir – FOTOLAR
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarına səfər edib.
ShekiMedia.az xəbər verir ki, martın 6-da nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisinə, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxanaya baxış keçirib.
Kənan Kərimzadə eyni zamanda tədris prosesində iştirak edib. Nazir müavininə mərkəzlərdə mövcud olan ixtisaslar barədə də məlumat verilib.
Daha sonra nazir müavini Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində arıçılıq ixtisası üzrə təhsil alan 73 yaşlı Musa Mahmudovla görüşüb və ölkəmizin ən yaşlı tələbəsinə təhsil həyatında uğurlar arzulayıb.
Nazir müavini sözügedən müəssisələrdə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı mərkəz rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, nazir müavininin səfəri davam edir.