İQTİSADİYYAT
Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil edəcək.
Nazirlikdən verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkanın əsas üstünlüklərindən biri məhsulları fermerlərin özünün birbaşa satışa çıxarmasıdır.
“Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsulları yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər alıcılara təqdim edəcək. Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycanla Özbəkistan arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir deyib ki, Özbəkistana işgüzar səfəri zamanı bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirilmiş görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələlər nəzərdən keçirilib:
“Gündəlikdə biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların araşdırılması, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi haqqında Yol Xəritəsinin icrası, energetika sahəsində birgə fəaliyyətin perspektivləri olub”.
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.05.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,46 % artaraq 1,8114 manat, Rusiya rublunun məzənnəsi isə 0,1 % artaraq 0,0183 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8114 |
1 Rusiya rublu | 0,0183 |
1 Avstraliya dolları | 1,1000 |
1 Argentina pesosu | 0,0019 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3272 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0904 |
100 Cənubi Koreya vonu | 0,1226 |
1 Çexiya kronu | 0,0720 |
100 Çili pesosu | 0,1770 |
1 Çin yuanı | 0,2348 |
1 Danimarka kronu | 0,2429 |
1 Gürcü larisi | 0,6346 |
1 Honq Konq dolları | 0,2174 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1209 |
100 İndoneziya rupiası | 0,0105 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1541 |
1 İsveçrə frankı | 1,8455 |
1 İsrail şekeli | 0,4545 |
1 Kanada dolları | 1,2337 |
1 Küveyt dinarı | 5,5159 |
1 Qazaxıstan tengəsi | 0,0038 |
1 Qırğızıstan somu | 0,0192 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3563 |
1 Meksika pesosu | 0,0992 |
1 Moldova leyi | 0,0962 |
1 Misir funtu | 0,0355 |
1 Norveç kronu | 0,1527 |
100 Özbək somu | 0,0135 |
1 Polşa zlotası | 0,4181 |
1 Sinqapur dolları | 1,2450 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4533 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2405 |
1 Türk lirəsi | 0,0524 |
1 Tayvan dolları | 0,0522 |
1 Tacik somonisi | 0,1556 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0429 |
100 Yapon yeni | 1,07691 |
1 Yeni Zelandiya dolları | 1,0005 |
Qızıl (1 unsiya) | 3883,5395 |
Gümüş (1 unsiya) | 44,8724 |
Platin (1 unsiya) | 1591,7440 |
Palladium (1 unsiya) | 1609,5430 |
İQTİSADİYYAT
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib
Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, qurum Dövlət Gömrük Komitəsi ilə birlikdə aksiz markasız tütün məmulatlarının idxalı və həmin məhsulların istehlak bazarında satışı hallarının qarşısının alınması istiqamətində birgə nəzarət tədbirlərini davam etdirir.
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat idarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşlarının apardığı tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarda qanunsuz şəkildə aksiz markasız tütün məmulatlarının saxlanması halları aşkar edilib.
Həyata keçirilən operativ nəzarət tədbiri zamanı həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların saxlanıldığı və satışının həyata keçirildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Abbasov Səbahi Cəfərqulu oğluna məxsus olduğu aydınlaşdırılıb. Səbahi Abbasovun vergi orqanında uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olduğu da müəyyən edilib.
Nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə “Cavallo”, “Platinium”, “Milano” markalı tütün məmulatları aşkarlanıb. Aşkar edilmiş tütün məmulatı protokol əsasında götürülüb.
Hazırda faktla bağlı Dövlət Vergi Xidməti araşdırmalar aparır.