BALAKƏN
Balakən rayonunda “Tarixin izində” adlı layihə təşkil olunub
Balakən rayonunda “Tarixin izində” adlı layihənin ilk gəzintisi baş tutub.Balakən rayon Tarix -diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə məktəblilərin həftəsonları asudə vaxtlarını səmərəli istifadə etməsi və maddi-mədəni irsimizi öyrənmək üçün Arılıqbinə Alban məbədinə ekskursiya təşkil edilib.
ShekiMedia.az xəbər verir ki, ekskursiyada Balakən rayon Tarix -diyarşünaslıq muzeyinin direktoru Turan Musayevin rəhbərliyi və Nizami adına 1 saylı orta məktəbin tarix müəllimi Altay Məmmədovun bələdçiliyi ilə məktəblilərə məbəd haqqında geniş məlumat verilib.
Digər xəbərlərə də bax
BALAKƏN
Balakəndə kömür sexində yanğın baş verib
Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kvadratmetr olan kömür istehsalı sexində yanğın olub.
Hadisə gecə saat 3 radələrində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində sexin dam örtüyünün 100 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi, kömür istehsal edən dörd ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
BALAKƏN
Balakəndə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib – FOTOLAR
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
ShekiMedia.az xəbər verir ki, tədbir Mədəniyyət Mərkəzinin qarşısındakı tonqalın alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları mərkəzin foyesində Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son dörd ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.
BALAKƏN
Balakəndə “Əsgərə məktub” kampaniyası başladılıb
Balakən rayon təhsil sektorunun təşəbbüsü ilə “Əsgərə məktub” kampaniyası başladılıb.
ShekiMedia.az xəbər verir ki, kampaniyada 700-dən çox məktəbli, habelə təhsil işçiləri və şəhid ailələri iştirak edib.
Qeyd edək ki, kampaniya çərçivəsində yazılan məktublar işğaldan azad olunan ərazilərdə xidmət edən əsgərlərimizə çatdırılmaq üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarına təhvil verilib.