BALAKƏN
Balakəndə fəal şagirdlərlə görüş keçirilib
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunda Uşaq Səfirlər Məclisinin Region nümayəndəsi olan məktəblilər və region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə seçilən 20 fəal şagirdlə görüş keçirilib.
ShekiMedia.az xəbər verir ki, görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, həmin şöbənin baş məsləhətçisi Aynur Omarova, rayon təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, məktəb müəllimləri və şagirdlər iştirak edib.
Görüş zamanı iştirakçılara Uşaq Səfirlər Məclisi haqqında məlumat verilib, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində həyata keçiriləcək layihələr diqqətə çatdırılıb, uşaqlara gələcək fəaliyyətləri barədə onları istiqamətləndirən tövsiyələr verilib.
Tədbir səfirlərlə könüllülərin diskussiyası şəklində davam edib.
Qeyd edək ki, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könülülər ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Komitə yanında Uşaq Səfirlər Məclisi yaradılıb və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri fəaliyyətə başlayıb.
Digər xəbərlərə də bax
BALAKƏN
Balakəndə kömür sexində yanğın baş verib
Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kvadratmetr olan kömür istehsalı sexində yanğın olub.
Hadisə gecə saat 3 radələrində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində sexin dam örtüyünün 100 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi, kömür istehsal edən dörd ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
BALAKƏN
Balakəndə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib – FOTOLAR
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
ShekiMedia.az xəbər verir ki, tədbir Mədəniyyət Mərkəzinin qarşısındakı tonqalın alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları mərkəzin foyesində Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son dörd ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.
BALAKƏN
Balakəndə “Əsgərə məktub” kampaniyası başladılıb
Balakən rayon təhsil sektorunun təşəbbüsü ilə “Əsgərə məktub” kampaniyası başladılıb.
ShekiMedia.az xəbər verir ki, kampaniyada 700-dən çox məktəbli, habelə təhsil işçiləri və şəhid ailələri iştirak edib.
Qeyd edək ki, kampaniya çərçivəsində yazılan məktublar işğaldan azad olunan ərazilərdə xidmət edən əsgərlərimizə çatdırılmaq üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarına təhvil verilib.