MANŞET
“CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin final mərhələsi keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos tərəfindən təşkil olunan, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “CanSat Azərbaycan 2023” müsabiqəsinin final mərhələsi keçirilib. Tələbələr arasında keçirilən model peyk müsabiqəsinin finalı 4 iyul tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən hərbi hissəsinin açıq poliqonunda baş tutub.
Ümumilikdə ölkə üzrə 20-yə yaxın universitetdən 700-dən çox tələbənin yolu bu müsabiqədən keçib. Bu il keçirilən sayca 5-ci “CanSat” müsabiqəsi üzrə 14 universitetdən 42 komanda müraciət edib. Reallaşdırma, Layihələndirmə, Uçuş öncəsi yoxlamalar və Final uçuş mərhələsi uğurla keçirilib.
Komandalar əsasən elektronika, mexanika, proqramlaşdırma üzrə bilik və bacarıqlara malik bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir. 8 komandanın iştirakçıları ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin, UFAZ – Fransız-Azərbaycan Universitetinin, Bakı Ali Neft Məktəbinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələridir.
Final uçuş mərhələsi zamanı finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib, 200 metr yüksəklikdən modelləri səmaya buraxıblar. Münsiflər heyəti tərəfindən müsabiqənin qiymətləndirmə meyarlarına uyğun olaraq qaliblər seçiləcək və 5 iyul tarixində komandaların təltifetmə mərasimində qaliblərin adları açıqlanacaq.
Qeyd edək ki, müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər.
İlk üç yerin sahibinə pul mükafatları təqdim olunacaq. Həmçinin müsabiqədə uğurla çıxış edən tələbələr Azərkosmosda təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı qazanacaqlar.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək
Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.
Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.
Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 07.04.2024
Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Bu barədə ShekiMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
CƏMİYYƏT
Kəlbəcərdə zəlzələ olub
Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.
Yeraltı təkanın dərinliyi 10 kilometrdir.