SİYASƏT
Fərəh Əliyeva Azərbaycandakı etnik icma rəhbərləri ilə görüşüb – FOTO
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri ilə görüşü keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Bakı Dağ Yəhudiləri Dini İcmasının, Samur Ləzgi Mədəniyyət Mərkəzinin, Avropa Yəhudiləri Dini İcmasının, Talış icmasının, Azərbaycan-Avar İctimai Birliyinin, Alban-Udi Xristian Dini İcmasının, Azəri Tat Mədəniyyət Mərkəzinin, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin, Gürcü Yəhudiləri Dini İcmasının, Kürd İcmasının, “Buduq” Xeyriyyə Cəmiyyətinin, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin, Azərbaycan – Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbərləri, eləcə də talış dilində nəşr olunan “Dodo” və Azərbaycan, rus, ləzgi dillərində nəşr olunan “Samur” qəzetinin baş redaktorları da iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov ölkəmizdə bütün xalqların nümayəndələrinə dövlət səviyyəsində eyni şəraitin yaradıldığını vurğuladı. O bildirdi ki, Multikulturalizm Mərkəzi öz fəaliyyətini hər zaman azsaylı xalqların nümayəndələri ilə əlaqəli şəkildə qurur. Ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif xalqların həyatı, mədəniyyəti və adət-ənənələrinin işıqlandırılması xüsusi layihələrlə, eləcə də nəşrlərlə həyata keçirilir. Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Multikulturalizm modelinin üstünlüklərini qeyd edərək, ölkəmizdə bütün xalqların sülh və dostluq şəraitində yaşamasdan danışdı. O, 44 günlük Vətən müharibəsi dövründə milli həmrəyliyin qalib gəlməsi məsələsin xüsusi olaraq toxundu. Daha sonra çıxış edən BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev yarandığı gündən etibarən, Multikulturalizm Mərkəzinin dövlətin multikulturalizm siyasətinə uyğun olaraq, aktiv şəkildə fəaliyyət göstərdiyini bildirdi. O, qeyd etdi ki, düşmən qüvvələr ölkəmizdəki sabitliyin pozulmasına çalışsalar da, buna nail ola bilmirlər və bilməyəcəklər.
Çıxışlardan sonra, görüşdə iştirak edən bütün etnik icma nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bölüşdülər. Onlar Azərbaycanı Vətənləri kimi sevdiklərini, öz fəaliyyətlərini ölkəmizin uğurlu gələcəyi və inkişafı istiqamətində qurduqlarını bəyan etdilər. 44 günlük Vətən müharibəsi dövründə də, bu gün də milli birlik nümayiş etdirdiklərini vurğulayan iştirakçılar, Azərbaycandakı multikultural mühitdən, dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurulu siyasəti dəstəklədiklərindən də söz açdılar. Tədbir iştirakçıları Multikulturalizm Mərkəzinin fəaliyyətini, eləcə də qurumun etnik icmalarla əlaqələrini də yüksək qiymətləndirdiklərini bildirdilər. Sonda ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri öz fəaliyyətləri ilə bağlı təkliflərini də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın diqqətinə çatdırdılar.
Digər xəbərlərə də bax
MANŞET
XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.
XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:
“4 aprel tarixi Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib olduğunu vurğulayır.
Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.
Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.
4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”.
SİYASƏT
“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən verilən məlumata görə, sənəd poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tutur. Nəticədə MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq.
Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.
SİYASƏT
Ceyhun Bayramov konqolu həmkarını COP29-a hazırlıq barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konqonun xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
XİN başçıları COP29-a hazırlıq barədə də danışıblar.