SOSİAL
Füzuli şəhərinə köçürülən ailələrin məşğulluğuna dəstək işlərinə başlanıb
Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işlərinə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə ilk köçürülən 23 ailə yerləşdikdən sonra onlarla ünvanlarında görüşlər keçirib.
Həmin ailələrin üzvlərinin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində həmin vətəndaşların məşğulluğuna dəstək işləri aparılır.
Ümumilikdə isə ilk mərhələdə Füzuli şəhərinə köçürülməsi nəzərdə tutulan 144 ailənin üzvlərinin məşğulluq imkanlarının araşdırılması məqsədi ilə ailələrin hər biri ilə ilkin əlaqələr saxlanılıb. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparılıb, onlara aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar verilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Universitet və kolleclərdə təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlanıb
Dövlət və özəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində 1071 nəfər əlilliyi olan şəxs imtiyazlı təhsil alır.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən, orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər, dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə digər əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqda onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.
CƏMİYYƏT
Regionlarda səyyar xidmət keçirilib
MANŞET
Əqli Mülkiyyət Agentliyində “Açıq reyestr” fəaliyyətə başlayıb
Əqli Mülkiyyət Agentliyində “Açıq reyestr” fəaliyyətə başlayıb.
Bu barədə agentlikdən məlumat verilib.
Qeyd olunub ki, “açıq reyestr”ə maneəsiz, ödənişsiz daxil ola və patent almaq istəyən şəxs onun sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə biləcək.
İlkin mərhələdə ixtiraçıların, elm adamlarının və digər marağı olan şəxslərin məlumat axtarışı apara bilməsi üçün Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində hələ ki, yalnız patentlə mühafizə olunan ixtira və faydalı modellərə dair biblioqrafik məlumatlar bazası toplanmış və ictimaiyyətin istifadəsinə verilib. Bu informasiya bazasının köməyi ilə istənilən şəxs qeydiyyata alınmış ixtiralar və faydalı modellər barədə axtarış aparmaq, patentlərin statusunu öyrənmək, patentlərin müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə etmək imkanı qazanır.
“Açıq reyestr”ə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəsmi elektron səhifəsinə https://copat.gov.az/ müraciət etmək lazımdır. İxtiraların və faydalı modellərin referatlarının və düsturlarının mətnləri ilə isə https://patent.copat.gov.az/publish-Inventions-utility-models-and-industrial-examples elektron səhifəsində tanış olmaq mümkündür. Bu zaman axtarış Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” rəsmi bülletenlərinin dərc olunduğu tarix üzrə həyata keçirilə bilər.
Hazırda “açıq reyestr”də əmtəə nişanlarının qeydiyyatı haqqında məlumatlar üzrə axtarış alətinin işə salınması ilə bağlı işlər başa çatmaq üzrədir.
Bununla yanaşı, məlumat axtarışı sisteminin təkmilləşdirilməsi işləri davam edir və növbəti mərhələdə sənaye nümunələri və coğrafi göstəricilərə dair məlumatlar da reyestrə daxil ediləcəkdir. Daha sonrakı mərhələdə isə mühafizə sənədlərinin materiallarının tam həcmli mətnlərini əhatə etməklə, reyestr üzrə məlumat axtarışı imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.