RƏSMİ XRONİKA
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.
Jelka Tsviyanoviç İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi və fəaliyyətində uğurlar arzuladı.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı.
Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edildi. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğu vurğuladı.
Digər xəbərlərə də bax
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
RƏSMİ XRONİKA
Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
RƏSMİ XRONİKA
Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri siyahısından Fikrət Məmmədov çıxarılıb. Həmin siyahıya ədliyyə naziri Fərid Əhmədov əlavə olunub.