Bizə qoşulun

CƏMİYYƏT

ABŞ-da ən yaxşılar arasında fərqlənməyi bacaran azərbaycanlı – UĞUR HEKAYƏSİ

Uşaqlığından gələn riyaziyyat sevgisi onu Çikaqoya qədər aparıb. Seçdiyi sahənin dərinliklərinə bələd olmaq və burada ən yaxşı olmaq üçün daim oxuyub, araşdırıb. İstər təhsilində, istərsə də işində ən yaxşısını seçib və fərqlənməyi bacarıb. Deyir ki, “bizim sahədə öünüzü zəif hiss etmədiyiniz gün heç nə öyrənmədiyiniz gündür”.

“Kaspi” qəzetinin müsahibi “Meta” şirkətində (Facebook) tədqiqatçı alim kimi çalışan Cəfər Cəfərovdur.

Sumqayıtda hərbçi ailəsində dünyaya gəlib. Təhsilinə Sumqayıt 23 saylı orta məktəbdə başlayıb, birinciliklə qəbul olduğu Sumqayıt Özəl Türk liseyində davam edib. 9-cu sinifdən başlayaraq respublika və beynəlxalq olimpiadalarda iştirak edib, medallar qazanıb. Cəmi bir ay, yalnız bir fəndən repetitor yanına gedərək universitet imtahanında 600-dən çox bal toplayıb. Bununla yanaşı, YÖS imtahanından da yüksək nəticə ilə keçib.

Türkiyənin Boğaziçi və Orta Doğu Teknik Universitetinə (ODTÜ) kompüter mühəndisliyi ixtisasına qəbul olub və birincini seçib: “Bizim ixtisasda hər tələbə məzun olmaq üçün bir layihə işləyir və təqdim edir. Mənim layihəm 2-ci yerə çıxdı. Oradan gələn həvəslə Boğaziçində nəzəri kompüter elmləri sahəsində magistratura təhsili aldım. Elmi rəhbərim Türkiyənin süni intellekt sahəsində ən öndə gələn isimlərindən olan Cem Say idi. Cem Say və amerikalı professorla birlikdə elmi məqalə üzərində işlədik, İtaliyada təqdim etdik. Daha sonra doktorantura təhsili üçün Amerikanın ən öndə gedən universitetlərindən olan Çikaqo Universitetinə tam burslu qəbul oldum. Kompüter elmi ilə bağlı Çikaqo Universitetində PhD oxudum. PhD təhsilim boyunca nəzəri kompüter elmi və maşın öyrənməsi -ML- (süni intellektin bir bölməsi) sahəsində araşdırmalar aparır və dünyanın ən prestijli ML konferanslarında məqalələr yayımladım”.

– İxtisasınız üzrə öz sözünü demiş universitetlərdə təhsil almısınız. Sizcə, tanınmış universitetlərin təhsil həyatınızdakı rolu nədir?
– İki məsələ çox önəmlidir. Birincisi, keçdikləri proqram dünya standartlarına uyğundur. Yəni siz bu təhsil ocaqlarında dünyanın nəbzini tutursunuz. Dünya hazırda nələrlə məşğul olursa, sizə də onu bütün dərinliyi ilə öyrədirlər. Buradan məzun olub bir addım geridə qalmaq mümkün deyil. İkinci məsələ isə yanaşma ilə bağlı idi. Məsələn, burada müəllim-tələbə münasibəti çox fərqli idi. Universitetlər var ki, müəllim tələbəyə çanta daşıtdırır, şəxsi köməkçisi kimi davranır. Çünki müəllim böyükdür, güc sahibidir və tələbə buna borcludur. Bizdə o yox idi. Müəllimlə müzakirə edib, öz fikrinizdə qala bilərsiniz. Yəni fikir ayrılıqları təbiidir. Bu, müəllimin şəxsiyyətinə toxunmur. Müəllim özünü sizdən yüksək görmür. Düşünür ki, mənim peşəm gələcək üçün kadrlar yetişdirməkdir və qarşımdakı şəxs də cavan olmağına baxmayaraq, gələcəyin potensial alimidir. Burada əsas kimin deməyindən çox, arqumentin nə olmasıdır. Boğaziçidə bizə təkcə elmin dərinlikləri yox, həm də necə iş görmək, elmlə necə məşğul olmaq öyrədilirdi.

– Boğaziçi istədiyiniz təhsili sizə verirdisə, PhD üçün ABŞ-ın ildə 6-7 faizlə qəbul alan ən çətin universitetlərindən birində araşdırma aparmağa sizi nə vadar etdi?
– Boğaziçinin 10 qatı da Çikaqo Universitetindədir. Çətin olduğunu bilirdim. “Bacara bilərəmmi?” marağı məni ABŞ-a apardı. Türkiyədən ayrılmaq çətin qərar idi. Amma bu sual motivasiya qaynağım idi. Həm də bilirdim ki, bizim sahədə elmin beşiyi, ən böyük yeniliklərin olduğu ölkə ABŞ-dır. Ətrafımızda o qədər ağıllı, bacarıqlı insanlar var ki, onlarla ayaqlaşmaq lazımdır. Türkiyədə qalaraq öyrənə biləcəklərimin sərhədi var idi. Çikaqoda o sərhədləri aşdım. Tanıdığım o qədər insan var idi ki, burada davam edə bilmədilər. Proqramı bitirmək çətindir, amma maraqlıdır.

– Yəqin ki, seçdiyiniz sahənin sürətli inkişafı da sizi narahat edib…
– Çox sürətli inkişaf edir. Bu işdə ən yüksək səviyyədə qala bilmək üçün daim oxumalı, yeni çıxan məqalələrdən xəbərdar olmalısınız. Həm universitetlərdə aparılan elmi araşdırmaları, həm də böyük şirkətlərin tədqiqat laboratoriyalarında əldə olunan nəticələri izləməlisiniz. Çox geniş texniki baza var və bu, hər gün yenilənir. Biz fərd olaraq daim işləməliyik ki, geridə qalmayaq. Təbii ki, “mən artıq hazıram”, “fəlsəfə doktoru adını almışam, bəsdir” kimi düşüncələr səhvdir. Bir yerdən sonra özünüzü yeniləməsəniz, o sənədlər sadəcə divara asılmış şəkil olaraq qalacaq.

– Alqoritm dizaynları üzərində işləyirsiniz. Bu sahə nəyə xidmət edir?
– Alqoritmlər çox vaxt kompüter proqramları ilə bir tutulsa da, əslində, riyazi ağırlıqlı sahədir. İlk alqoritmlərin tarixi eramızdan əvvələ çatır. Misal üçün, orta məktəbdə öyrəndiyimiz iki ədədin toplanması metodu bir alqoritmdir. Sənaye və texnologiyada ağla gələn hər avtomatlaşdırılmış prosesin təməlində alqoritm dizaynı dayanır. Bu gün isə ən çox istifadə olunmağa başlanan süni intellekt alqoritmləridir. Məsələn, “Tesla” özü-özünü idarə edən avtomobilləri istehsal edir. Maşın bunu süni intellekt dediyimiz alqoritmləri bir araya gətirməklə edir. Yaxud, ən sadəsi, sosial şəbəkənizdə sizə maraqlı olan reklamlarla, videolarla rastlaşırsınız. Bunlar sizin rəy bildirdiyiniz, bəyəndiyiniz kontent üzərindən gəlir. Buna qərar verən də süni intellektdir.

– Bəzi insanlar da düşünür ki, telefonda bizi kimsə izləyir…
– Bu, mümkün deyil. Böyük şirkətlər istifadəçi gizliliyinə çox ciddi önəm verir. Axtardığımız xəbərlərin qarşımıza çıxması, əslində, məsləhət sistemlərinin nə qədər yaxşı işlədiyinin göstəricisidir. Sizin onlayn fəaliyyətinizi çox yaxşı analiz edir və sizə uyğun, reaksiya verəcəyiniz təklifləri göndərir. Onların qanun-qaydalarında gizliliyə önəm verilməsi xüsusi qeyd edilir. Kiminsə şəxsi məlumatını almaq, bunu istifadə etmək asan deyil. Bunun çox ciddi cəzaları var.

– “Meta”dakı işiniz nədən ibarətdir?
– Burada maşın öyrənməsi (ML) sahəsini araşdırıram. FB səviyyəsindəki şirkətlərin müsahibə prosesləri universitetə hazırlaşmağa bərabərdir. Bir çox yerdən iş təklifləri aldım. Buranı seçdim. Çünki elmin və texnologiyanın ən qabaqcıl formada birləşdiyi şirkətlərdən biri də “Meta”dır. Burada öyrənə biləcəklərimin sərhədi yoxdur. Çox geniş tətbiq sahəsi var. Hazırda 2 tətbiq mövzusu ilə maraqlanıram. Birincisi, “instagram”da, “facebook”da istifadəçiyə gedən kontentin keyfiyyətini və aktuallığını təmin etməkdir. İkincisi isə, bilirsiniz ki, FB-un gəlirləri, əsasən, reklamdan gəlir. Düzgün reklamların düzgün insanlarla görüşdürmək məsələsi çox önəmlidir.

– Bu gün süni zəka və ML-in öyrənilməsinin əhəmiyyəti nədir? Gələcəkdə bizi nə gözləyir?
– Kompüter hesablama gücünün artması və daha önəmlisi internetin yayılması ilə Big Data reallığının yaranması bizim vaxtilə nəzəriyyədə qalan, praktiki olmadığı üçün kənara qoyduğumuz fikirləri yenidən gün üzünə çıxarırdı. Süni intellekt də bunlardan biridir. Süni intellekt və ML “Meta”, “Google”, “Amazon” kimi nəhəng şirkətlərin, demək olar ki, bütün məhsullarında istifadə olunur. Misal üçün, ağıllı telefonlardakı səsli tapşırıqvermə özəlliyi ML alqoritmlərinə əsaslanır. Maliyə və bank sistemləri də investisiya strategiyalarını artıq ML üzərində qururlar. Süni intellektin çox fərqli sahələrdə də tətbiqi var. Bu gün süni intellekt ilə xəstəyə diaqnoz qoymaq mümkündür. Tibbi analizlərinizə əsasən, kompüter sizdə ola biləcək problemləri asanlıqla təyin edir. Təkcə diaqnostikada deyil, genetik xəstəliklərin, eləcə də xərçəngin tədqiqatında istifadə olunur. ML-in bir başqa maraqlı tətbiqini işə alım prosesində görmək mümkündür. Əvvəllər CV-nizi göndərirdiniz, qarşı tərəfdən şirkətin təmsilçisi oxuyurdu. Hər ay minlərcə insanın müraciət etdiyi böyük şirkətlərdə bu sistemlər indi avtomatlaşdırılır. Bayaq “Tesla”nın özünü idarə edən maşınlarını qeyd etdim. Bu maşınların ətrafını anlaya bilməsi (misal üçün qabaqda piyada, ya da maşın varmı yoxmu, svetofor hansı rəngdədir) və ona görə addım atması (misal üçün tormoza ya da qaza basması, dönməsi) çox mürəkkəb mexanizmlər tələb edir. Bu qərarları hansısa insan vermir, arxa fonda ML alqoritmləri işləyir. Belə görünür ki, gələcəkdə taksilər sürücüsüz xidmət verəcək. Hətta işə götürmə prosesini kompüterlər etdiyi üçün HR-lara ehtiyac qalmayacaq.

– Yəni süni intellektlə insan əməyi tarix olacaq?
– Düzdür, bu, bir tərəfdən neqativ görünə bilər ki, insanlar işsiz qala bilər. Digər tərəfdən də, əslində, insan həyatının rahatlaşması, asanlaşması və insanın daha ali, rahat, yorucu olmayan işlərə yönəlməsinə səbəb ola bilər. Məsələn, maşın özü ünvana çata bilirsə, insanlar niyə 10 saat sürücülük etsinlər? Süni intellekt aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunur. Çox vaxt tələb edən məsələlərin həllində effektivdir, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir, xətaların başvermə ehtimalı çox kiçikdir.

– Cəfər bəy, Çikaqo Universitetində müəllimlik təcrübəniz də olub. Yəqin ki, orada müəllim olmaq, tələbə olmaqdan çətindir…
– Burada tədris 3 semestr olur. Bakalavr və magistr tələblərinə alqoritm, riyaziyyat dərsləri deyirdim. Burada tənbəl tələbə yoxdur. Hər biri, həqiqətən, oxumağa gəlib. Çünki universitet ancaq “qaymaq”ları seçib götürürdü. Onlar da vaxtını boşa xərcləmirlər. Bu, müəllimdən ciddi intizam, savad və pedaqoqluq tələb edir. Yəni sahəni yaxşı bilmək bəs deyil, onu izah etmək bacarığı da lazımdır. Hər tələbənin anlayacağı dildə başa düşmək ayrı bir hazırlaşma, məsuliyyət tələb edir. Mən müəllimlik prosesində daha çox öyrənirdim.

– Tələbəlik illərində “qaymaq”lardan daha zəif olmaq kompleksiniz var idimi?
– Açığı, ilk başlayanda belə idi. Bizim diskret riyaziyyat dərsimiz var idi, çox çətin olmağı və professoru ilə məşhur idi. Mən səhər dərsə gəlir, bitdikdən sonra evdə gedib 1 saat yemək fasiləsindən sonra bütün gün ev tapşırıqlarını edirdim. O qədər çox ev tapşırığı verilirdi ki… Orada anladım ki, tələbə mövzunu imtahanla deyil, ev tapşırığını edərək öyrənir. Düşünürdüm ki, ətrafımdakı insanlar çox ağıllıdır, ABŞ-ın ən yaxşı universitetlərindən gəliblər. Üstəlik ingilis dilini bilsəm də, onlar kimi, ana dilim deyildi. Amma o dərsi mən “A” ilə keçdim. Sonra dostlaşdıq, gördüm ki, hamı çətinlik çəkirmiş. Bizim sahədə özünüzü zəif hiss etmədiyiniz gün, heç nə öyrənmədiyiniz gündür.

– Riyaziyyatçılar dəqiqliyi sevirlər. Bu dəqiqlik normal həyatınıza təsir edibmi? Ümumiyyətlə, sizin peşə xəstəliyiniz nədir?
– Detallara çox fikir verirəm. Adi bir təklifin hər detalını soruşuram. “Xəstəliyim”in ən ağır forması isə, hər gördüyüm işin ən pis halını fikirləşib, analiz etməyimdir. Bu alqoritm dizaynının mənə öyrətdiyidir. Biz alqoritm yaradanda ən pis ssenaridə necə performans göstərir, ona baxırıq. Normal həyatda da hər addım atanda ən pis halı fikirləşirəm. Halbuki, bir çox hallarda o ehtimal çox kiçik olur. Lakin planımı buna görə qururam.

– “Linkedin”də özünüz haqqınızda məlumat hissəsində “özünü motivasiya edən insanam” deyirsiniz. Özünüzü necə motivasiya edirsiniz?
– Asan deyil. Dikbaşlılıqla edirəm. Necə ola bilər ki, qarşımdakı məsələ qarşısında aciz qalım? Həmişə “bacararam” hissi ilə davam etmişəm. Məsələyə qarşı səbirli davranır, analiz edir, yetərsizlikləri doldururam. Bəlkə də, bu, eqoizmdir. Amma hansısa məsələ qarşısında aciz qala bilmərəm.

– Uduzmağı qəbul edə bilmirsiniz?
– Öz sahəmdə, bəli. Təcrübəmə, biliyimə güvənirəm.

– Cəfər bəy, bu gün kompüter elmləri sahəsinə tələbat çoxdur. Hər kəs bu sahədə peşəkar ola bilərmi?
– Dünyanın tək gözəl peşəsi bu deyil. Önəmli olan tələbənin nəyə marağı olmağıdır. Mən işimi sevməsəydim, Çikaqoya getməzdim. İnsan sevmədiyi sahədə xoşbəxt olmur. Ən pisi isə o sahənin keyfiyyətsiz mütəxəssisi olur. Nə qədər yaxşı universitet və müəllim olsa da, onların sizə verdikləri bir yerə qədərdir. Gərək siz öyrənməyə maraqlı olasınız. İnsan məşhur olduğu üçün deyil, marağı olan sahədə olmalı, zamanını sərf etməkdən qorxmadığı işlə məşğul olmalıdır.

– Təhsil və karyeranızda “ən”ləri etməyə nail olmusunuz. Uğur sirriniz nədir?
– Bu, yalnız mənim əməyim deyil. Bunu valideynlərimə, müəllimlərimə və məni yaxşı işlər görməyə vadar edən dostlarıma borcluyam. Mənə elə gəlir ki, ortalama hər bir insan anadan olanda ağıllıdır. Bunun necə işləndiyi, necə tərbiyə edildiyi önəmlidir. O da valideyndən asılıdır. Şansın da rolunu dana bilmərəm. Şanslıyam ki, gec olmadan sevdiyim işi tapmışam. Bu lüksə sahib olmaq önəmlidir. Təbii ki, heç kim sizə bunları qara qaşınıza, gözünüzə görə vermir. Siz də müəyyən tələbləri qarşılamalı, bacarmalısınız ki, uğur qazana biləsiniz. Axsayanda və geri qalanda, uğur yerini uğursuzluğa verər. Bunun üçün də nizamlı, səbirli, özünəinamlı olmaq lazımdır.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 02.05.2024

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

     
Davamına bax

CƏMİYYƏT

İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsinə başlayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, proses “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanan və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilir.

Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.

İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar (012) 377-00-20/21 nömrəli telefona zəng edə bilərlər.

Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilən işlər, o cümlədən risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirilən ictimai iaşə obyektləri barədə aylıq hesabatlar AQTİ-nin rəsmi saytında (www.afsi.gov.az) yerləşdiriləcək. Müvafiq sertifikat almış obyektlər İnstitutun təklif etdiyi xidmət və imkanlardan da yararlana biləcəklər.

     
Davamına bax

CƏMİYYƏT

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

Proses sentyabrın 1-dək davam edəcək.

Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

     
Davamına bax

Facebook

SİYASƏT1 gün

Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib

MANŞET1 gün

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib

HƏRBİ2 gün

Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər

SİYASƏT2 gün

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib

SİYASƏT2 gün

Azərbaycanla Türkiyə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

XƏBƏRLƏR2 gün

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 02.05.2024

CƏMİYYƏT2 gün

İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb

SİYASƏT2 gün

Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər

İQTİSADİYYAT2 gün

Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir

MƏDƏNİYYƏT2 gün

Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

CƏMİYYƏT2 gün

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.05.2024)

ELM VƏ TƏHSİL2 gün

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

ELM VƏ TƏHSİL2 gün

Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 01.05.2024

XƏBƏRLƏR3 gün

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlanıb

XƏBƏRLƏR3 gün

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

CƏMİYYƏT3 gün

Sabahın HAVA PROQNOZU – 01.05.2024

HƏRBİ3 gün

Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq

CƏMİYYƏT3 gün

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

İQTİSADİYYAT3 gün

Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib

MANŞET3 gün

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

İQTİSADİYYAT3 gün

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

XƏBƏRLƏR3 gün

Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi yaradılıb

RƏSMİ XRONİKA3 gün

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

XƏBƏRLƏR3 gün

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

MANŞET3 gün

Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək

İQTİSADİYYAT3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.04.2024)

XƏBƏRLƏR3 gün

Bakının Rəsulzadə qəsəbəsində və 3 rayonda qaz kəsiləcək

ELM VƏ TƏHSİL3 gün

ADNA-da terror aktı törədilməsindən 15 il ötür

ŞƏKİ7 gün

Şəkidə 25 aprel – Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

ŞƏKİ1 həftə

Şəkidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

XƏBƏRLƏR2 həftə

BÜRCLƏR – 17.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 09.04.2024

MANŞET4 həftə

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

CƏMİYYƏT4 həftə

Sabahın HAVA PROQNOZU – 07.04.2024

HƏRBİ4 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

ŞƏKİ4 həftə

Şəkidə 16 yaşlı qız itkin düşüb

CƏMİYYƏT4 həftə

BÜRCLƏR – 06.04.2024

XƏBƏRLƏR3 gün

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ4 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ1 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT1 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

HƏRBİ5 ay

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib

CƏMİYYƏT5 ay

Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO

RƏSMİ XRONİKA5 ay

Heydər Əliyevin anım günüdür – VİDEO

TREND