Bizə qoşulun

MANŞET

Mütəxəssis-ekspert Əkbər Quliyev: Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olduğu qayda ilə qəbul edilə bilər

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev mövsümi infeksiyalarla bağlı müsahibə verib:

– Əkbər müəllim, uşaqlar arasında geniş yayılan mövsümi infeksiyalar hansılardır və əlamətləri nələrdir?

– Hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var.

Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur.

Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq (konyuktivit) kimi əlamətlər olur.

İnfluenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Anidən başlayan yüksək hərarət (38°С-39°С), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər.

– Övladı bu infeksiyalardan əziyyət çəkən valideynlər ilk növbədə nə etməlidir?

– Qeyd etdiyimiz infeksiyaların hər üçündə yanaşma simptomatikdir. Müalicə yalnız əlamətlərə uyğun təyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmaq və hərarəti salmaqdır. Valideynlərə tövsiyəmiz odur ki, belə hallarda qızdırmanı salan dərmanlardan istifadə etsinlər və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.

İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdırlar. Bilməlisiniz ki, qripin başlanğıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yalnış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olduğu qayda ilə qəbul edilə bilər.

– Tənəffüs yollarının xəstəlikləri mövsümündə uşağın düzgün qidalanması ilə bağlı fikirlərinizi bilmək istərdik…

– İmmunitetin yaranması üçün peyvənd nə qədər önəmlidirsə, qidalanmanın da yetərli və balanslı olması bir o qədər vacibdir. Yetərsiz və balanslaşdırılmamış qidalanma infeksion xəstəliklərə yoluxma riskini artırır və xəstəliyin gedişatını ağırlaşdırır. Nəzərə almalıyıq ki, xəstəlik dövründə uşaqlarda iştahsızlıq olur. Valideynlərə tövsiyə edirik ki, bu barədə bir qədər səbrli olsunlar.
Əsas məqsəd maye və mineral balansı təmin etməkdir. Xüsusilə də rotavirus, adenovirus zamanı daha böyük uşaqların qida rasionlarından ətli, yağlı, qızarmış və çətin mənimsənən qidalar çıxarılmalıdır. Buğda unundan hazırlanmış çörək, yağsız ət, qatıq, meyvə və tərəvəz kimi əlavə şəkər qatqısı olmayan yumuşaq qidalar rasiona daxil edilməlidir.
Meyvə və tərəvəzdə olan A vitamini hüceyrələrin yenilənməsini təmin edir. C vitamini isə xəstəliklərə qarşı müqavimət formalaşdırır. Bu səbəblə A və C vitamini ilə zəngin kök, brokoli, kabak, kələm kimi tərəvəzlər, meyvələrdən isə portağal, mandarin, alma, qreyfurt seçilməlidir. E vitamini də güclü antioksidant olduğu üçün immun sistemə müsbət təsir göstərir. Yaşıl tərəvəzlər, brokoli, ispanaq, fındıq, fıstıq, badam və s. kimi qidalarda E vitaminin dəyəri olduqca yüksəkdir. Bədən temperaturunun sabit saxlanılması və infeksion toksinlərin orqanizmdən xaric olunması üçün 1.5-2 litr maye qəbulu olmalıdır. Temperaturun qalxdığı dövrlərdə maye qəbulu artırılmalı və bədən yetərli enerji ilə təmin olunmalıdır. Enerji qaynağı kimi bəsit karbohidratlar olan rafinə edilmiş şəkər və şəkərli qidalar yerinə taxıl məhsullarına daha çox üstünlük verilməlidir.
Yetərli və balanslı qidalanma dedikdə 4 qida qrupunun birliktə qəbul olunması önəmlidir: süd və süd məhsulları; qırmızı ət, toyuq, balıq; makaron, düyü, bulğur, qarğıdalı və s; meyvə və tərəvəz.

– Bildiniz kimi, payız mövsümündə havalar tez-tez dəyişir. Dəyişkən havalarda uşaqları mövsümi infeksiyalardan necə qoruyaq?

– Payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlinir. Hər bir halda bu dövrlərdə insanların sıx olduğu məkanlarda olmamağa çalışmaq, xəstə ilə kontakt zamanı maskadan istifadə etmək, ümumi gigiyena qaydalarına riayət etmək, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi vacibdir. Bundan əlavə, uşaqların olduğu otağın havası tez-tez dəyişdirilməli, gün ərzində ən azı 45-60 dəqiqə təmiz havada olmaq lazımdır. Lakin yoluxma saylarının azaltmaq üçün ən effektiv qorunma üsulu peyvəndlənmədir. Peyvəndlənmə sayəsində xəstəliyin ağır keçməsi və baş verə biləcək ağırlaşmalarının qarşısını almaq mümkündür. Peyvəndin qoruyuculuğu 70%-90%-dir. İnfluenza virusu antigenləri hər il dəyişkən olur. Bu səbəbdən keçirilən qrip xəstəliyi və vurulan peyvənd ömürlük immunitet yaratmır. Ona görə də hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edirik. Əsasən oktyabr ayında təqvim immunlaşdırma tədbirləri aparılır. Hər hansı bir səbəbdən peyvəndlənməsi gecikən uşaqlara növbəti aylarda immunlaşdırma aparıla bilər. Peyvəndin qoruyuculuğu 6-8 ay davam edir. 6 aydan sonra bütün uşaqları peyvənd etmək olar.
Aşağıdakı qrupa aid olan uşaqlara isə peyvənd xüsusi olaraq tövsiyə olunur: bronx hiperreaktivliyi olan və bronxial astma olan uşaqlar; ürək-ağciyər xəstəliyi olan uşaqlar; xroniki davam edən xəstəliyi olan uşaqlar; immun sistemi zəif olan və tez-tez xəstələnən uşaqlar. Bununla belə, 6 aydan kiçik körpələrə və yumurta allergiyası olan uşaqlara, həmçinin əvvəlki peyvəndlənmə zamanı allergik reaksiyası və yaxud peyvəndin tərkibindəki hər hansı komponentə qarşı həssaslığı olan uşaqlara qripə qarşı peyvənd edilməməlidir.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.

Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

     
Davamına bax

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 02.05.2024

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

     
Davamına bax

CƏMİYYƏT

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

Proses sentyabrın 1-dək davam edəcək.

Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

     
Davamına bax

Facebook

SİYASƏT1 gün

Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib

MANŞET1 gün

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib

HƏRBİ2 gün

Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər

SİYASƏT2 gün

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib

SİYASƏT2 gün

Azərbaycanla Türkiyə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

XƏBƏRLƏR2 gün

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 02.05.2024

CƏMİYYƏT2 gün

İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb

SİYASƏT2 gün

Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər

İQTİSADİYYAT2 gün

Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir

MƏDƏNİYYƏT2 gün

Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

CƏMİYYƏT2 gün

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.05.2024)

ELM VƏ TƏHSİL2 gün

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

ELM VƏ TƏHSİL2 gün

Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 01.05.2024

XƏBƏRLƏR3 gün

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlanıb

XƏBƏRLƏR3 gün

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

CƏMİYYƏT3 gün

Sabahın HAVA PROQNOZU – 01.05.2024

HƏRBİ3 gün

Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq

CƏMİYYƏT3 gün

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

İQTİSADİYYAT3 gün

Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib

MANŞET3 gün

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

İQTİSADİYYAT3 gün

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

XƏBƏRLƏR3 gün

Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi yaradılıb

RƏSMİ XRONİKA3 gün

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

XƏBƏRLƏR3 gün

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

MANŞET3 gün

Azərbaycan və Əlcəzair ali məhkəmələri əməkdaşlıq edəcək

İQTİSADİYYAT3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.04.2024)

XƏBƏRLƏR3 gün

Bakının Rəsulzadə qəsəbəsində və 3 rayonda qaz kəsiləcək

ELM VƏ TƏHSİL3 gün

ADNA-da terror aktı törədilməsindən 15 il ötür

ŞƏKİ7 gün

Şəkidə 25 aprel – Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

ŞƏKİ1 həftə

Şəkidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

XƏBƏRLƏR2 həftə

BÜRCLƏR – 17.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 09.04.2024

MANŞET4 həftə

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

CƏMİYYƏT4 həftə

Sabahın HAVA PROQNOZU – 07.04.2024

HƏRBİ4 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

ŞƏKİ4 həftə

Şəkidə 16 yaşlı qız itkin düşüb

CƏMİYYƏT4 həftə

BÜRCLƏR – 06.04.2024

XƏBƏRLƏR3 gün

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ4 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ1 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT1 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

HƏRBİ5 ay

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib

CƏMİYYƏT5 ay

Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO

RƏSMİ XRONİKA5 ay

Heydər Əliyevin anım günüdür – VİDEO

TREND