İQTİSADİYYAT
Nazirlər Kabineti sahibkarlıqla bağlı bəzi qərarlarını dəyişib
Nazirlər Kabineti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”na aşağıdakı əlavələr edilib:
– səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) xüsusi icazənin sahibi olan sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə öz xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməlidir.
– xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 4-2.2-ci maddəsində nəzərdə tutulan qadağalara riayət etməlidirlər.
– xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri və sahibkarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.04.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,63 % artaraq 1,8434 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0184 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8434 |
1 Rusiya rublu | 0,0184 |
1 Avstraliya dolları | 1,1199 |
1 Argentina pesosu | 0,0020 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3374 |
1 BƏƏ dirhəmi | 0,4629 |
1 Cənubi Afrika randı | 0,0910 |
100 Cənubi Koreya vonu | 0,1261 |
1 Çexiya kronu | 0,0728 |
100 Çili pesosu | 0,1780 |
1 Çin yuanı | 0,2350 |
1 Danimarka kronu | 0,2471 |
1 Gürcü larisi | 0,6344 |
1 Honq Konq dolları | 0,2172 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1513 |
100 İndoneziya rupiası | 0,0107 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1600 |
1 İsveçrə frankı | 1,8819 |
1 İsrail şekeli | 0,4593 |
1 Kanada dolları | 1,2580 |
1 Küveyt dinarı | 5,5269 |
1 Qazaxıstan tengəsi | 0,0038 |
1 Qırğızıstan somu | 0,0190 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3586 |
1 Meksika pesosu | 0,1028 |
1 Moldova leyi | 0,0962 |
1 Misir funtu | 0,0359 |
1 Norveç kronu | 0,1589 |
100 Özbək somu | 0,0134 |
1 Polşa zlotası | 0,4292 |
1 Sinqapur dolları | 1,2615 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4532 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2486 |
1 Türk lirəsi | 0,0532 |
1 Tayvan dolları | 0,0530 |
1 Tacik somonisi | 0,1553 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0434 |
100 Yapon yeni | 1,1207 |
1 Yeni Zelandiya dolları | 1,0250 |
Qızıl (1 unsiya) | 3909,9490 |
Gümüş (1 unsiya) | 46,0403 |
Platin (1 unsiya) | 1595,9685 |
Palladium (1 unsiya) | 1741,7095 |
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.04.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,39 % artaraq 1,8318 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0184 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8318 |
1 Rusiya rublu | 0,0184 |
1 Avstraliya dolları | 1,1081 |
1 Argentina pesosu | 0,0020 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3361 |
1 BƏƏ dirhəmi | 0,4629 |
1 Cənubi Afrika randı | 0,0905 |
100 Cənubi Koreya vonu | 0,1261 |
1 Çexiya kronu | 0,0724 |
100 Çili pesosu | 0,1743 |
1 Çin yuanı | 0,2350 |
1 Danimarka kronu | 0,2456 |
1 Gürcü larisi | 0,6343 |
1 Honq Konq dolları | 0,2172 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1383 |
100 İndoneziya rupiası | 0,0107 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1583 |
1 İsveçrə frankı | 1,8719 |
1 İsrail şekeli | 0,4575 |
1 Kanada dolları | 1,2529 |
1 Küveyt dinarı | 5,5248 |
1 Qazaxıstan tengəsi | 0,0038 |
1 Qırğızıstan somu | 0,0191 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3580 |
1 Meksika pesosu | 0,1026 |
1 Moldova leyi | 0,0962 |
1 Misir funtu | 0,0360 |
1 Norveç kronu | 0,1569 |
100 Özbək somu | 0,0135 |
1 Polşa zlotası | 0,4267 |
1 Sinqapur dolları | 1,2580 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4532 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2463 |
1 Türk lirəsi | 0,0529 |
1 Tayvan dolları | 0,0531 |
1 Tacik somonisi | 0,1551 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0432 |
100 Yapon yeni | 1,1214 |
1 Yeni Zelandiya dolları | 1,0152 |
Qızıl (1 unsiya) | 3882,5620 |
Gümüş (1 unsiya) | 44,8064 |
Platin (1 unsiya) | 1577,6935 |
Palladium (1 unsiya) | 1722,5335 |
İQTİSADİYYAT
Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub
Bakıda Azərbaycan və Rusiyanın Sankt-Peterburq şəhəri arasında iqtisadi-humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“İclas çərçivəsində imzalanmış “2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı” tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək”, – deyə nazir qeyd edib.