OĞUZ
Oğuz rayonunda yazıçı, publisist Məstan Günərin ” Bir oğul göstərin Heydərə bənzər” adlı kitabının müzakirəsi keçirilib – FOTO
Mayın 31-də Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanasında yazıçı, publisist Məstan Günərin ” Bir oğul göstərin Heydərə bənzər” adlı kitabının müzakirəsi keçirilib.
ShekiMedia.az xəbər verir ki, tədbirdə Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbin müəllimləri və Vll sinif şagirdləri iştirak edib.
Kitabxanaçı çıxışında bildirib ki, görkəmli şairin son kitabı 2009-cu ildə işıq üzü görən “Bir oğul göstərin Heydərə bənzər” adlanır. Kitabda müəllifin ulu öndər Heydər Əliyevlə bağlı xatirələri və böyük dövlət xadiminə həsr etdiyi şeirləri toplanıb.
Şagirdlər kitabda olan şeirlərdən bir neçəsini səsləndiriblər.
Sonda tədbir iştirakçıları ümummilli liderə həsr olunmuş sərgi ilə tanış olublar.
Digər xəbərlərə də bax
OĞUZ
Oğuzda minik avtomobili ağaca çırpılıb
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.
Hadisə gecə saat 2 radələrində Oğuz rayonu ərazisində baş verib.
2003-cü il təvəllüdlü Oğuz şəhər sakini Rəvan Rövşən oğlu Camalovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü R.Camalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Onun müalicəsi Şəki RMX-nin Cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Oğuzda avtomat və qumbaralar aşkarlanıb
Oğuzda avtomat və qumbaralar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 4 ədəd qumbara, 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.
ELM VƏ TƏHSİL
Qəbələ və Oğuz rayonlarında vətəndaşlar qəbul edilib
Fevralın 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova Qəbələ və Oğuz rayonlarında həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
ShekiMedia.az xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
G.Mahmudova qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.