OĞUZ
Oğuzda “Heydər Əliyev və ailə dəyərləri” adlı tədbir keçirilib
May ayının 15-də Oğuz rayon Mərkəzi kitabxanasında ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar “Heydər Əliyev və ailə dəyərləri” adlı maarifləndirici dəyirmi masa təşkil edilib.
Tədbirdə Gənclər və İdman İdarəsinin nümayəndəsi, Heydər Əliyev Mərkəzinin əməkdaşları, qonaq qismində rayonda nümunəvi, ziyalı ailə kimi tanınan, 41 il birgə ömür sürmüş Əliyevlər ailəsi, gənc ailələr və fəal oxucular iştirak edib.
Mərkəzi kitabxananın əməkdaşları, iştirakçılar və qonaqlar çıxış edərək, möhkəm ailə təməlinin əsasları haqqında öz fikirlərini bildiriblər. Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar.
Sonra Əliyevlər ailəsi gənc ailələrə ailədə qarşılıqlı güzəşt və hörmətin əsas amil olduğunu vurğulayaraq, uzun ömürlü ailə olmağın sirləri haqqında öz tövsiyələrini veriblər.
Maraqlı və səmimi ortamda keçən tədbirin sonunda MKS-nin direktor əvəzi Nəzakət Qasımova ailəyə hədiyyə təqdim edib. Sonda xatirə şəkilləri çəkilib.
Digər xəbərlərə də bax
OĞUZ
Oğuzda minik avtomobili ağaca çırpılıb
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.
Hadisə gecə saat 2 radələrində Oğuz rayonu ərazisində baş verib.
2003-cü il təvəllüdlü Oğuz şəhər sakini Rəvan Rövşən oğlu Camalovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü R.Camalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Onun müalicəsi Şəki RMX-nin Cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Oğuzda avtomat və qumbaralar aşkarlanıb
Oğuzda avtomat və qumbaralar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 4 ədəd qumbara, 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.
ELM VƏ TƏHSİL
Qəbələ və Oğuz rayonlarında vətəndaşlar qəbul edilib
Fevralın 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova Qəbələ və Oğuz rayonlarında həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
ShekiMedia.az xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
G.Mahmudova qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.