OĞUZ
Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb – FOTO
Oğuz Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Bucaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini E.Qədirli olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilib. Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Digər xəbərlərə də bax
OĞUZ
Oğuzda minik avtomobili ağaca çırpılıb
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.
Hadisə gecə saat 2 radələrində Oğuz rayonu ərazisində baş verib.
2003-cü il təvəllüdlü Oğuz şəhər sakini Rəvan Rövşən oğlu Camalovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü R.Camalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Onun müalicəsi Şəki RMX-nin Cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Oğuzda avtomat və qumbaralar aşkarlanıb
Oğuzda avtomat və qumbaralar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 4 ədəd qumbara, 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.
ELM VƏ TƏHSİL
Qəbələ və Oğuz rayonlarında vətəndaşlar qəbul edilib
Fevralın 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova Qəbələ və Oğuz rayonlarında həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
ShekiMedia.az xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
G.Mahmudova qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.