QƏBƏLƏ
Qəbələdə “New Holland” kənd təsərrüfatı texnikalarının festivalı keçirilib- FOTOLAR
14 iyul 2023-cü il tarixində Qəbələ rayonunda “New Holland” kənd təsərrüfatı texnikalarının festivalı keçirilib. Festivalın keçirilmə məqsədi kənd təsərrüfatı sahəsində dünyanın lider brendlərindən olan “New Holland” traktorlarını ölkəmizdə yerli fermerlər üçün əlçatan etməkdir. Bu məqsədlə festivala Azərbaycanın müxtəlif bölgələrindən fermerlər dəvət edilib. Festivalda “New Holland” şirkətinin nümayəndəsi Jan Hendrik Albertus “New Holland” traktorlarının müxtəlif modellərinin xüsusiyyətləri və sahədə işləmə prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbir zamanı dünyaca məşhur “New Holland” traktorlarının müxtəlif modelləri iştirakçılara təqdim edilib, texnikalar sahədə test olunub, fermerlər arasında şum yarışı keçirilib və torpağı ən yaxşı şumlayan fermerə hədiyyə təqdim edilib. Tədbirdə sual-cavab formatında əyləncəli yarış keçirilib və qaliblər hədiyyələrlə təltif ediliblər. Tədbirin gedişində uşaqlar üçün şou-proqram təşkil edilib, daha sonra gənc nəslin sevimlisi “Dervish Band” musiqi qrupunun konsert proqramı başlayıb və sonda festival DJ musiqi proqramı ilə başa çatıb.
Festivalda “New Holland” “CX6.90” modelli kombayn, “T7060”, “T6090”, “TD5.110”, “T4.95”, “T3.75F”, “TT3.50” modelli traktorlar, həmçinin türk və italyan aqreqatları da iştirakçılara təqdim edilib. “New Holland”ın müxtəlif təyinatlı bu modelləri müasir eksteryer və interyer dizaynı, dözümlü mexanizmi, çoxfunksiyalı idarəetmə paneli, komfortlu kabini ilə fermerlərə sahədə əvəzolunmaz imkanlar təklif edir.
Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi və kənd təsərrüfatı texnikalarını fermerlərə əlçatan etmək məqsədilə “New Holland”ın Azərbaycandakı rəsmi nümayəndəliyi mütəmadi olaraq ölkənin müxtəlif bölgələrində sahə günləri və kənd təsərrüfatı festivallarını təşkil etməyi planlaşdırır.
Digər xəbərlərə də bax
İDMAN
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Ramin Sultanov arasında müqavilə imzalanıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, idmançı ilə anlaşmanın müddəti 1 ili əhatə edir.
Sultanov yüngül çəkidə “Eagle FC” çempionudur. O, bu kəmərə 2023-cü ilin noyabrında sahib olub.
Peşəkar karyerasına 2019-cu ildə başlayan idmançı indiyədək 10 döyüş keçirib. Onun hesabında 9 qələbə var.
QƏBƏLƏ
Qəbələdə qanunsuz tikili sökülüb – VİDEO
Qəbələ şəhərində qanunsuz tikilini söküb.
Bu barədə Fövqəladə Hallar Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
İDMAN
Nazir müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarında səfərdədir – FOTOLAR
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarına səfər edib.
ShekiMedia.az xəbər verir ki, martın 6-da nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisinə, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxanaya baxış keçirib.
Kənan Kərimzadə eyni zamanda tədris prosesində iştirak edib. Nazir müavininə mərkəzlərdə mövcud olan ixtisaslar barədə də məlumat verilib.
Daha sonra nazir müavini Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində arıçılıq ixtisası üzrə təhsil alan 73 yaşlı Musa Mahmudovla görüşüb və ölkəmizin ən yaşlı tələbəsinə təhsil həyatında uğurlar arzulayıb.
Nazir müavini sözügedən müəssisələrdə peşə hazırlığının əhatəliliyi və səmərəliliyinin artırılması, işəgötürənlərin peşə təhsili prosesində yaxından iştirakı, ölkə iqtisadiyyatı üçün rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd edib və bununla bağlı mərkəz rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, nazir müavininin səfəri davam edir.