Bizə qoşulun

MANŞET

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov noyabrın 24-də YAP Mərkəzi Aparatında Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Xarici əlaqələr komissiyası sədrinin müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ShekiMedia.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Qonaqları salamlayan YAP Sədrinin müavini qeyd edib ki, gələn il Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanmasının 10 ili tamam olacaq: “Sizin bu səfərinizin həm ölkələrimiz, həm də partiyalarımız arasında əlaqələrin inkişafı baxımından uğurlu olacağına inanıram”.

Xanım Nguyen Thi Hoang Van görüşə vaxt ayırdığı üçün YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqova təşəkkürünü bildirib, Azərbaycana daxil olduğu andan qonaqpərvərlik, isti münasibət hiss etdiklərini deyib: “Fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi və ICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının YAP-ın ev sahibliyi ilə Bakıda uğurla təşkil olunması münasibətilə Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyası adından bütün YAP üzvlərini təbrik edirəm. Səfərimiz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyini qeyd etdiyimiz bir vaxta təsadüf edir. Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixi isə bundan da çoxdur. Vyetnam Prezidenti Ho Şi Min 1959-cu ildə SSRİ-yə səfər edərkən Azərbaycanda da olub. Biz Vyetnamın müstəqillik uğrunda mübarizə apardığı dövrdə Azərbaycan xalqının verdiyi dəstəyi xatırlayırıq. Bu gün ölkələrimiz arasında iqtisadi-ticarət, mədəni əlaqələr inkişaf edir, beynəlxalq forumlar çərçivəsində uğurla əməkdaşlıq edirik. Həmçinin Azərbaycandakı vəziyyəti maraqla izləyirik. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə və Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bütün sahələrdə inkişaf edir, ölkədə siyasi sabitlik, iqtisadi tərəqqi var, Azərbaycanın beynəlxalq arenada nüfuzu artır. Eyni zamanda, Vyetnamda da siyasi sabitlik təmin olunub, iqtisadiyyat inkişaf edir, sosial rifah artır, ölkənin müdafiə sahəsi gücləndirilir. İllik 6-7 faiz iqtisadi artımla Vyetnam dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir. Biz Minilliyin Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçiririk. Xarici siyasətdə çoxtərəfli, intensiv əlaqələrimiz var, bütün ölkələrlə münasibətlərdə etibarlı tərəfdaşıq. Vyetnam həm də beynəlxalq təşkilatların məsuliyyətli üzvüdür, qarşılıqlı maraqlara, beynəlxalq hüquqa əsaslanan münasibətlər qurur. Bütün dünya üzrə siyasi partiyalarla əlaqələrin inkişafına böyük önəm veririk. Hazırda VKP 247 partiya ilə əməkdaşlıq edir. Biz YAP-la əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Hesab edirik ki, partiyalararası əlaqələrin inkişafı üçün böyük potensial var. Partiyalarımız arasında ənənəvi dostluq münasibətləri var, əməkdaşlıq memorandumu imzalanıb. Yaxın zamanlarda partiyalar arasında əlaqələrin inkişafına dair yeni işlər görmək niyyətindəyik. Pandemiyadan əvvəl nümayəndə heyətlərimiz arasında bir sıra qarşılıqlı səfərlər baş tutub. Bundan sonra səfərləri daha da intensivləşdirmək olar. Bu məqsədlə gələn il YAP nümayəndə heyətini ikitərəfli əlaqələr çərçivəsində və ya ICAPP-ın tədbirində iştirak məqsədilə Vyetnama səfərə dəvət edirəm. Partiyalarımız arasında münasibətlərin inkişafı ölkələrarası əlaqələrə də müsbət təsir göstərəcək. Çünki iqtisadi sahədə əməkdaşlığımız real imkanları əks etdirmir, humanitar, təhsil sahələrində də əlaqələri inkişaf etdirmək lazımdır. Xalqlarımız arasında təmasların genişlənəcəyinə ümid edirik. Vyetnamda bir çox ictimai təşkilatlar var. 2015-ci ildə təsis olunan Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası xalqlarımız arasında təmasların genişləndirilməsinə töhfə verir”.

YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin vaxtilə SSRİ ilə Vyetnam arasındakı əlaqələrə söykəndiyini və ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra bu münasibətlərin yeni səviyyəyə yüksəldiyini söyləyib. “Bu baxımdan, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfər etməsi, səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair sənədlərin imzalanması ilə yanaşı, dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşü də yaddaqalan olmuşdur. Sonradan həmin məzunların bir qrupunun Azərbaycana səfəri təşkil olundu. Həmçinin 2015-ci ildə Vyetnam Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini də xatırlayıram. Bu səfər də ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verdi. Azərbaycan xalqı hər zaman Vyetnam xalqına böyük hörmət bəsləyib. Vyetnam uzun illər öz müstəqilliyi uğrunda mübarizə aparıb, nəticə etibarilə suverenliyini, ərazi bütövlüyünü qoruyub saxlayıb. Azərbaycan da müstəqilliyini bərpa etdiyi dövrdən böyük çətinliklərlə üzləşib. Bildiyiniz kimi, Azərbaycan qonşusu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalıb. Müstəqilliyin ilk illərində işğala məruz qalmaqla yanaşı, Azərbaycanda siyasi, iqtisadi böhran hökm sürüb. Lakin xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bu çətin vəziyyətdən çıxa bildi, ölkədə siyasi sabitlik təmin olundu, Azərbaycan beynəlxalq arenada təcrid vəziyyətindən qurtuldu. Ölkənin iqtisadi inkişafı, bütün sahələrdə təkamül hərbi potensialı da gücləndirməyə imkan verdi. Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələyib. Bununla belə, ölkəmiz münaqişəni sülh yolu ilə beynəlxalq hüquq müstəvisində həll etməyə çalışıb. Lakin uzun illər aparılan danışıqlar nəticəsiz qalıb, Ermənistan nəinki işğal etdiyi ərazilərdən çıxmayıb, əksinə Azərbaycana qarşı yeni ərazilər iddiası ilə çıxış edib, Azərbaycanın təhlükəsizliyinə əlavə təhdidlər yaradıb. Danışıqlar müddətində ölkəmiz beynəlxalq münasibətlərdə ikili standartlar ilə üzləşib, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi yerinə yetirilməyib və beynəlxalq ictimaiyyət Ermənistana bu yöndə heç bir təzyiq göstərməyib. Nəticədə 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan əks-hücum əməliyyatına başladı və 44 gün ərzində ərazilərini işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyasını etiraf edərək öz üzərinə sülh müqaviləsinin imzalanması yönündə fəaliyyət göstərmək öhdəliyini götürüb. Sülhün əldə olunması təkcə iki ölkə deyil, bütün regionumuz üçün önəmlidir. Təəssüf ki, Ermənistan hələ də öz öhdəliklərini yerinə yetirmir. Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq, sülh müqaviləsinin təməl şərtləri kimi 5 prinsip irəli sürüb. Üçtərəfli Bəyanatın şərtlərindən biri də Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirir. Bildiyiniz kimi, bu dəhliz tarixi “İpək yolu”nun bir hissəsi olduğu üçün təkcə Azərbaycan deyil, marşrutun üzərindəki bütün ölkələr üçün əhəmiyyət daşıyır. Ermənistan tərəfi bu dəhlizin açılmasını uzatdığı halda Azərbaycan hələ də ermənilərə Laçın dəhlizindən istifadə etməyə imkan verir. Ermənistan xalqının məğlubiyyətdən sonra Nikol Paşinyanı yenidən baş nazir seçməsi ermənilərin müharibədən yorulması, sülhə razı olması deməkdir. Lakin münaqişə törətməkdə marağı olan qüvvələr sülhün əldə olunmasına maneə yaratmağa çalışırlar. Bu işdə Qərbdəki erməni diasporunun böyük rolu var. Onlar bəzi ölkələrdə dövlət siyasətinə təsir edə bilirlər və məsələnin obyektiv həllinə maneə törədirlər. Bu, 44 günlük müharibədən əvvəl də belə idi. Müharibə zamanı da Azərbaycana dost ölkələr, o cümlədən Vyetnam düzgün mövqe sərgilədi. 2020-ci il 19 oktyabr tarixində BMT TŞ-nin münaqişə ilə bağlı keçirilmiş növbəti qapalı məsləhətləşmələri zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış bəyanat layihəsinin mətninə Qoşulmama Hərəkatının Vyetnam da daxil olmaqla TŞ-dəki yeddi üzvü tərəfindən TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin daxil edilməsi təklif olunmuşdur. İndi azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq işləri, nəhəng layihələr həyata keçirilir. Bütün yol infrastrukturu yenidən qurulur. Son iki il ərzində bölgədə iki beynəlxalq hava limanı tikilərək istifadəyə verilib. İstərdim ki, hər kəs azad olunmuş ərazilərdə baş verənləri öz gözləri ilə görə bilsin” ,- deyən Tahir Budaqov əlavə edib ki, Ermənistanın işğalı dövründə hər şey dağıdılıb, məhv edilib. Hazırda bölgədə quruculuq işləri aparılır ki, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıda bilsinlər: “Bu işlər həm də bu yaxınlarda hazırlanmış Böyük Qayıdış proqramı əsasında həyata keçirilir. Azad olunmuş ərazilərdə salınan bütün şəhərlər və kəndlər müasir qaydalar əsasında, “ağıllı kənd”, “ağıllı şəhər” prinsipləri ilə qurulur, bölgənin enerji təminatı yaşıl enerjiyə əsaslanır. Azərbaycana dost ölkələrin bu ərazilərdə bərpa işlərində iştirakına imkanlar var. Biz Vyetnam şirkətlərini də bu işlərdə iştiraka dəvət edirik”.

Tahir Budaqov Azərbaycanla Vyetnamın dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer aldıqlarını da vurğulayıb: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və YAP-ın iqtidar partiyasına çevrilməsindən sonra sosial-iqtisadi inkişaf sayəsində ölkədə yoxsulluq 49 faizdən 5 faizə enib. Prezident İlham Əliyev qeyri-neft sahəsini iqtisadi inkişafın əsas prioritet istiqaməti kimi müəyyən edib, “qara qızıl”ı insan kapitalına çevirmək şüarını irəli sürüb. Hazırda Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil almaları dövlət tərəfindən təmin edilir. Ölkələrimiz arasında humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə ehtiyac var. Bu, xalqlarımız arasındakı münasibətləri də gücləndirə bilər. Partiyalararası əlaqələrə gəlincə, bu əlaqələri inkişaf etdirmək üçün geniş potensial mövcuddur. Vyetnama dəvətinizə görə təşəkkürümü bildirir və dəvəti məmnuniyyətlə qəbul edirəm. Fürsətdən istifadə edərək, VKP nümayəndələrinin ICAPP-ın Bakıda keçirilən xüsusi konfransında onlayn iştirakına, heyət rəhbərinin tədbirdəki çıxışına görə təşəkkürümü bildirirəm”.

Xanım Nguyen Thi Hoang Van qeyd edib ki, yaxın keçmişdə müharibə ilə üzləşmiş Vyetnam xalqı bunun nə qədər ağır olduğunu yaxşı bilir: “Ona görə də biz bütün mübahisələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq. Partiyalararası əməkdaşlığa gəlincə, biz yeni reallıqları nəzərə alaraq 10 il əvvəl imzalanmış memorandumu yeniləmək arzusundayıq”.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, görüşdə Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının İnsanlardan insanlara şöbəsinin direktoru Bui Quoc Hung, Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının Avropa şöbəsinin direktor müavini Pham The Vinh və Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının Avropa şöbəsinin əməkdaşı Doan Thi Yen də iştirak edib.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.

Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.

Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

     
Davamına bax

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 07.04.2024

Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Bu barədə ShekiMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

     
Davamına bax

CƏMİYYƏT

Kəlbəcərdə zəlzələ olub

Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.

Yeraltı təkanın dərinliyi 10 kilometrdir.

     
Davamına bax

Facebook

XƏBƏRLƏR2 həftə

BÜRCLƏR – 17.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 09.04.2024

MANŞET3 həftə

Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək

CƏMİYYƏT3 həftə

Sabahın HAVA PROQNOZU – 07.04.2024

HƏRBİ3 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

ŞƏKİ3 həftə

Şəkidə 16 yaşlı qız itkin düşüb

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 06.04.2024

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 05.04.2024

CƏMİYYƏT3 həftə

Kəlbəcərdə zəlzələ olub

ANA SƏHİFƏ3 həftə

Sabahın HAVA PROQNOZU – 05.04.2024

XƏBƏRLƏR3 həftə

Xankəndidə 8 silah və sursatlar aşkarlanıb

CƏMİYYƏT3 həftə

Azad edilmiş ərazilərdə peşə hazırlığı kursları təşkil olunur

XƏBƏRLƏR3 həftə

MN: Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hazırdır

RƏSMİ XRONİKA3 həftə

Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub

CƏMİYYƏT3 həftə

FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

İDMAN3 həftə

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb

XƏBƏRLƏR3 həftə

İşğaldan azad edilmiş ərazilərdə elektromobillər üçün infrastruktur yaradıla bilər

İQTİSADİYYAT3 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.04.2024)

CƏMİYYƏT3 həftə

Güclü külək axşama doğru zəifləyəcək – PROQNOZ

MANŞET3 həftə

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb

CƏMİYYƏT3 həftə

BÜRCLƏR – 04.04.2024

SİYASƏT3 həftə

“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

İDMAN3 həftə

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib

CƏMİYYƏT3 həftə

AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər zamanı nöqsanlar aşkarlanıb

CƏMİYYƏT3 həftə

Bu gün 5 rayonun qaz təchizatında fasilə yaranacaq

XƏBƏRLƏR3 həftə

Xankəndidə 16 silah və sursat aşkarlanıb

İQTİSADİYYAT3 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.04.2024)

XƏBƏRLƏR3 həftə

Ötən gün vətəndaşlardan 9 silah götürülüb

XƏBƏRLƏR3 həftə

DİN: Axtarışda olan 48 nəfər saxlanılıb

XARİCİ XƏBƏRLƏR3 həftə

Tayvanda zəlzələdə azı 4 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb

XƏBƏRLƏR4 həftə

Xocavənddə yol qəzasında xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub

CƏMİYYƏT4 həftə

BÜRCLƏR – 03.04.2024

ELM VƏ TƏHSİL4 həftə

16 nəfərin buraxılış imtahanının nəticəsi ləğv edilib, 14 nəfər ən yüksək nəticə göstərib

ELM VƏ TƏHSİL4 həftə

Buraxılış imtahanının nəticələri elan olunub

MANŞET4 həftə

Tərtərdə mina partlaması nəticəsində 3 nəfər xəsarət alıb

CƏMİYYƏT4 həftə

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlər açıqlanıb

İQTİSADİYYAT4 həftə

Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

CƏMİYYƏT4 həftə

Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub – FOTOLAR

RƏSMİ XRONİKA4 həftə

Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib

XƏBƏRLƏR4 həftə

Ötən ay 3 aptekdə nöqsan aşkarlanıb

HƏRBİ3 həftə

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ4 həftə

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR4 həftə

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ1 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT1 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ1 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ1 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET1 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT1 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR1 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ3 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

HƏRBİ4 ay

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib

CƏMİYYƏT5 ay

Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO

RƏSMİ XRONİKA5 ay

Heydər Əliyevin anım günüdür – VİDEO

XƏBƏRLƏR5 ay

Taksi sürücülərinə saxta əskinaslar verib qalığını tələb edən şəxs saxlanılıb

TREND