ŞƏKİ
YAP Şəki rayon təşkilatının təsis edilməsinin 31 illiyi münasibətilə tədbir keçirilib – FOTOLAR
Martın 6-da Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının təsis edilməsinin 31 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, ərazi təşkilat sədrləri, rayon ictimaiyyəti və partiya fəalları iştirak edib.
ShekiMedia.az xəbər verir ki, əvvəlcə partiya qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək rayon təşkilatının təsis olunmasından, ötən 31 illik fəaliyyətindən danışıb. Ulu Öndər Heydər Əliyevin böyük qətiyyət, siyasi iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdiyini, yeni, müasir Azərbaycanı qurduğunu və inkişafına nail olduğunu diqqətə çatdıran Daşqın Mikayılov bildirib ki, Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya öz məqsədlərinə uyğun fəaliyyət göstərərək çox mühüm nailiyyətlər əldə edilib. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ideyaları ilə silahlanmış müstəqil Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında daha xoşbəxt sabahlara doğru uğurla addımlamaqdadır.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda payı olduğunu bildirərək, böyük fəxr və qürur hissi ilə qeyd edib ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, son 20 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə ucaldan qalib Prezidentimiz cənab İlham Əliyevdir. Cənab İlham Əliyev 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi kimi inamlı qələbə qazandı və bununla da suverenliyi, ərazi bütövlüyü tam bərpa edilən Azərbaycanın həyatında yeni dövr başladı. Bu, xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişidir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayaraq bu əminliyi də ifadə etdi ki, yeni dövrə uğurla başladıq və bu prosesi uğurla davam etdirəcəyik. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Partiya veteranı Kamil Məmmədov çıxış edərək YAP Şəki rayon təşkilatının təsis edilməsi prosesindən danışmış, partiyamızın qələbələr partiyası olmasını, ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbə qazandığını, bu qələbələrin xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişi olduğunu bildirdi.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına təşəkkürnamə, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Digər xəbərlərə də bax
ŞƏKİ
Şəkidə 16 yaşlı qız itkin düşüb
Şəki rayonunda 16 yaşlı qız itkin düşüb.
“Report”un məlumatına görə, 2008-ci il təvəllüdlü Aysel Vaqif qızı Mustafayeva aprelin 4-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər zamanı nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan satışı bazarlarında monitorinqlər həyata keçirilir.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, 24 heyvan satışı bazarını (Naxçıvan MR istisna) əhatə edən monitorinqlər nəticəsində bir sıra heyvan satışı bazarlarında ciddi nöqsanlar müəyyən olunub. Bəzi bazarların ərazisinin hasarla sərhədlənməməsi, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmaması, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması və ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmaması halları və sair nöqsanlar aşkar edilib.
Qiymətləndirmənin nəticələrinə görə, monitorinqə cəlb edilən Abşeron, Ağsu, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, İmişli, Masallı, Qəbələ, Salyan, Şamaxı və Zaqatala rayonlarında fəaliyyət göstərən heyvan satışı bazarlarında ərazinin hasarla sərhədlənməsi təmin edilsə də, bazarlarda mütəmadi olaraq təmizləmə və dezinfeksiya işlərinin aparılmaması, bazarlara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması kimi nöqsanlar aşkar edilib.
Agentliyin apardığı monitorinqlər zamanı Ağcabədi, Ağdaş, Binəqədi, Beyləqan, Gədəbəy, Göyçay, Sabirabad, Şəki, Tovuz və Xaçmaz rayon və şəhər ərazilərində fəaliyyət göstərən heyvan satışı bazarlarında daha ciddi nöqsanlar aşkarlanıb. Bu bazarların ərazisinin sərhədlənməsi primitiv üsullarla, yəni xəndək qazmaqla və ya məftil hasar çəkməklə təşkil edilib ki, bu da qapalılıq rejiminin qorunmasını təmin etmir. Habelə qazılmış xəndəklərə toplanmış yağış suları tullantılarla zibillənərək antisanitar vəziyyətin yaranmasına səbəb olur. Nəzarət tədbirləri zamanı bazarlarda heyvanların daşınmasının müvafiq təlimatlara uyğun yerinə yetirilmədiyi, ərazidə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin görülmədiyi aşkarlanıb. Bundan başqa, satış üçün bu bazarlarda uyğun şəraitin yaradılmadığı, baytar həkimin nəzarətinin təmin edilmədiyi və digər nöqsanlar da qeydə alınıb.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən ciddi tədbirlərin görülməsi təmin ediləcək. Belə ki, respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Göstərilənlər nəzərə alınaraq, bazar rəhbərlərinə məktublar ünvanlanıb, mövcud nöqsanların aradan qaldırılması üçün müddət təyin edilib və müvafiq təlimatlar təqdim olunub. Görüləcək tədbirlər sırasında həmçinin bazarların “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürülməsi, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsinin təmin edilməsi işləri həyata keçiriləcək.
CƏMİYYƏT
Bu gün 5 rayonun qaz təchizatında fasilə yaranacaq
Bu gün İsmayıllı, Şəki, Ağdaş, Saatlı və Bərdə rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V. Hacıyev, M. Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.