MANŞET
Şəkidə “Zəfərə gedən yol” adlı qısametrajlı filmin təqdimatı olub – FOTOLAR
Noyabr ayının 29-da “Heydər Əliyev İli” çərçivəsində Şəki Heydər Əliyev Mərkəzində Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunan tədbir keçirilib, Zəfər Günü münasibətilə çəkilən “Zəfərə gedən yol” adlı qısametrajlı filmin təqdimatı olub.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən müharibəsində nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından, sentyabr ayında aparılan lokal xarakterli antiterror tədbirləri nətəcəsində Azərbaycanın öz suverenliyini bərpa etməsindən, hərbiçilərimizin qəhrəmalığından bəhs edib.
Bildirilib ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı azad görmək idi. Prezident, Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib.
Sonra “Urfansoy Film” studiyası tərəfindən çəkilən “Zəfərə gedən yol” adlı qısametrajlı film nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edənlər yaradıcı heyəti növbəti uğurları münasibətilə təbrik ediblər, filmin ərsəyə gəlməsində xidməti olan insanlara təşəkkür ediblər. Qeyd olunub ki, bu cür filmlərin gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti var.
Sonda filmin yaradıcı heyətin üzvlərinə, həmçinin filmdə rol alan bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və Şəki Regional Debat Mərkəzinin təşəkkürnamələri təqdim edilib.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək
Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.
Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.
Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 07.04.2024
Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Bu barədə ShekiMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
CƏMİYYƏT
Kəlbəcərdə zəlzələ olub
Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.
Yeraltı təkanın dərinliyi 10 kilometrdir.