ELM VƏ TƏHSİL
Ali məktəblərdə multikulturalizm fənninin tədrisi monitorinq edilib – FOTO
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Tədris şöbəsi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində tədris edilən “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin monitorinqi aparılıb. Monitorinqlərin keçirilməsində məqsəd tələbələrin bilik və bacarıqlarının səviyyəsi müəyyənləşdirməkdir. Tələbələr arasında bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədi ilə sorğu keçirilib.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
Monitorinqlərin ilkin mərhələsi Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində təşkil edilib. Monitorinqlər BBMM-in əməkdaşları Şəmşad Əlizadə, Tahirə Məmmədzadə, Elnur Qasımov və Şahnaz Abdullayeva tərəfindən aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkədaxili bütün ali təhsil məktəblərində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib. Daha sonra isə humanitar fənlər blokunda əsas fənn olaraq qalsa da, texniki fənlər blokunda seçmə fənn kimi təklif olunur. 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 24 aparıcı universitetində bu fənn tədris olunur.
“Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil edilir. Treninqləri uğurla bitirən müəllimlərə sertifikatlar verilir.
2015-ci ildən Mərkəz tərəfindən mütəmadi olaraq “Multikulturalizmə giriş” fənninin tədrisi üzrə monitorinqlər aparılır.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır.
Sənəd qəbulu elektron qaydada bu gündən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.
Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq.
Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək.
Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq.
Həmin yeniliklər aşağıdakılardır:
Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu linkə daxil olaraq Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.
Bundan başqa, mayın 1-dən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək.
ELM VƏ TƏHSİL
Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır
Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili başlayır.
İbtidai siniflər üçün mayın 6-sı dərs günüdür.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.
ELM VƏ TƏHSİL
ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.
Terror hadisəsindən 15 il ötür.
Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.
Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər – Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
“Report” terror aktı nəticəsində ölənlərin və yaralıların adlarını xatırladır:
Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü
Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü
Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr:
Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
və Akademiyaya süd məhsulları gətirən:
Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü
Yaralananların siyahısı:
İsayev Kənan
Mustafa Məhəmməd
Rüstəmbəyov Faiq
Şirəliyev İlkin Azər oğlu (1989-cu il)
Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)
Axundov Rəhman
Cəmiyev Elvin Azər oğlu (1989-cu il)
Hüseyinli Zemfira
Daas Muavviyyə (Suriya)
Seyidəhməd Əmru.
Sabahın HAVA PROQNOZU – 06.05.2024
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib
Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərlə bağlı istehlakçılara müraciət edib
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
Şəkidə qadını avtomobil vuraraq öldürüb
BÜRCLƏR – 06.05.2024
DİN valideynlərə müraciət etdi
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Turan qəsəbəsinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çolaxlı kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyi qeyd olunub
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Abbas kəndinin sakinləri ilə görüşüb
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycanla Türkiyə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb
Sabahın HAVA PROQNOZU – 02.05.2024
İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb
Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər
Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.05.2024)
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır
BÜRCLƏR – 01.05.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlanıb
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Sabahın HAVA PROQNOZU – 01.05.2024
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR
Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO
Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO
Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib
FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO
Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO
Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO
Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO
HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib
Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO
Heydər Əliyevin anım günüdür – VİDEO
TREND
-
CƏMİYYƏT13 saat
Sabahın HAVA PROQNOZU – 06.05.2024
-
XƏBƏRLƏR16 saat
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
-
MANŞET15 saat
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
-
XƏBƏRLƏR15 saat
Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
-
CƏMİYYƏT22 saat
Şəkidə qadını avtomobil vuraraq öldürüb
-
XƏBƏRLƏR14 saat
Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib
-
MANŞET14 saat
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
-
İQTİSADİYYAT15 saat
Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərlə bağlı istehlakçılara müraciət edib