CƏMİYYƏT
AQTA 17 müəssisədə nöqsanlar aşkarlayıb – SİYAHI
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 17 müəssisədə nöqsanlar aşkarlayıb
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, noyabrın 11-də agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 26 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 17 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 17, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Albalı” market | Xətai rayonu, Nobel pr., ev 23, m. 1 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 | “Malibu” şərab evi | Xətai rayonu, X.Məmmədov küç., ev 3 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Real” market | Quba rayonu, İqrığ kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | “Neftçala” market | Neftçala şəhəri, H.Əliyev prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | “Cil” market | Lənkəran rayonu, Cil kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 | Həsənli Ramazan Nizami oğluna məxsus ərzaq mağazası | Şəmkir şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri | |||
7 | “Siyaqut” şadlıq evi | Nizami rayonu, B.Nuriyev küç., ev 42A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 | “İnci” şadlıq evi | Nizami rayonu, Ş.Mirzəyev küç., ev 76B | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 | “CFC İstanbul” kafesi | Səbail rayonu, Neftçilər pr., Dənizkənarı Milli Park | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 | “New Baku Hotel” kafesi | Nəsimi rayonu, H.Əliyev küç., ev 3C |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 | “Woki-Oki” kafesi | Səbail rayonu, Neftçilər pr., Dənizkənarı Milli Park | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | “Amor” şadlıq evi | Binəqədi rayonu, S.S.Axundov küç., ev 14C | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 | “Pizza Mizza” kafesi | Binəqədi rayonu, Ə.Naxçıvani küç., ev 6m | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 | “Versal” şadlıq evi | Binəqədi rayonu, A.Kunanbəyov küç., ev 4A | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 | “Çıraq Palace” şadlıq evi | Binəqədi rayonu, S.S.Axundov küç., ev 20A | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 | “Oazis” restoranı | Qusar şəhəri, H.Əliyev küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
17 | “Nazlı” kafesi | Sabirabad şəhəri, H.Əliyev prospekti | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsinə başlayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, proses “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanan və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilir.
Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar (012) 377-00-20/21 nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilən işlər, o cümlədən risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirilən ictimai iaşə obyektləri barədə aylıq hesabatlar AQTİ-nin rəsmi saytında (www.afsi.gov.az) yerləşdiriləcək. Müvafiq sertifikat almış obyektlər İnstitutun təklif etdiyi xidmət və imkanlardan da yararlana biləcəklər.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.