CƏMİYYƏT
“Azerspace – 2”-nin orbitə buraxılmasından dörd il ötür
Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki olan “Azerspace-2”-nin orbitə buraxılmasından dörd il ötür. 2018-ci il sentyabrın 25-də Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılmış peyk ABŞ-ın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunub. Birləşmiş Ştatların “Orbital Sciences Corporation” şirkəti tərəfindən inşa olunmuş “Azerspace-1” peyki isə orbitə 2013-cü il 8 fevral tarixində çıxarılıb. 2014-cü ilin dekabr ayında Fransanın “Airbus DS” şirkəti və “Azərkosmos” arasında imzalanmış strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” “Azərkosmos” tərəfindən təhvil alınıb. Bununla da “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.
Ümumiyyətlə, Azərbaycanda 1975-ci ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Aerokosmik Agentlik fəaliyyət göstərir. Hələ keçmiş Sovet İttifaqı dövründə və müstəqillik illərində bu qurum uzun illər həm fundamental elmi tədqiqatlarla, həm də kosmik aparatlar üçün cihazların hazırlanması ilə məşğul olub. Belə ki, “Mir” orbital stansiyasında və digər peyklərdə azərbaycanlı alim və mütəxəssislər tərəfindən yaradılmış bir neçə qurğu quraşdırılıb, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub, elmi məqalələr, monoqrafiyalar nəşr edilib. 2008-ci ildə isə Azərbaycan kosmik sənayesi inkişafında yeni mərhələyə qədəm qoyub. Belə ki, həmin il Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” ilə bağlı tapşırıq vermişdi. Layihəni reallaşdırmaq məqsədilə Beynəlxalq Telekommunikasiya Birliyinə orbital mövqe ayırma prosesi üçün müraciət olunmuşdu. Eyni zamanda, 2009-cu ilin avqust ayında Prezident İlham Əliyev Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdı.
Ümumiyyətlə, Azərbaycanda müasir kosmik sənayenin inkişafı Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə keyfiyyətcə yeni mərhələyə keçib. Ötən dövrdə ASC respublikamızda kosmik sənayeyə aid milli məhsul istehsalını uğurla təmin edib və fəaliyyət sferasını genişləndirib. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Bu sərəncamların imzalanmasından ötən qısa müddətdən sonra Azərbaycan orbitə öz peyklərini çıxarmağa başlayıb. Xatırladaq ki, ilk peykimizin orbitə çıxarılmasından sonra Prezident İlham Əliyev xalqa təbrikində bildirmişdi ki, müstəqil dövlətimiz sürətlə, hərtərəfli inkişaf edir və Azərbaycan artıq kosmik klubun üzvüdür. Kosmosa üç yerli peyki çıxaran Azərbaycan böyük kosmik güclərlə birlikdə altı ildir ki, kosmik klubun üzvü olub və müasir kosmik tədqiqatlara öz töhfəsini verir.
Bu gün “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı vardır. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən müdafiə və təhlükəsizlik, kənd təsərrüfatı, ekologiya və ətraf mühit, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə edilir. Xatırladaq ki, hazırda orbitdə olan iki telekommunikasiya (Azerspace-1 və Azerspace-2) və bir yer səthinin məsafədən müşahidə (Azersky) peyki fəaliyyət göstərir. “Azerspace-1” peykinin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə edilir. BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, Azərbaycan kosmik fəzanın sülh məqsədlərilə istifadəsi üzrə öhdəliklər götürüb. Xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycanın kosmik proqramı sistemli və mərhələli şəkildə inkişaf edir və milli maraqlara hesablanıb. Azərbaycanın peyk layihələri daxili tələbatı ödəməklə yanaşı, həm də kommersiya məqsədi daşıyır, yəni ölkəyə xarici valyuta gətirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2021-ci ildə “Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 45,3 milyon dollar təşkil edib və bu da 2020-ci illə müqayisədə 0,4 faiz çoxdur. 2022-ci ilin yanvar-iyul aylarında isə “Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 15,1 milyon dollar təşkil edib. Eyni zamanda, şirkətin ümumi gəlirinin 87 faizi telekommunikasiya və optik peyk xidmətlərinin ixracından əldə olunub. İyulda “Azərkosmos” 2,1 milyon ABŞ dolları məbləğində bu xidmətləri 30 ölkəyə ixrac edib.
Peyklər təkcə televiziya proqramlarının yayımı üçün deyil, təbii ki, bu, lazımdır və vacibdir. Peyk proqramı ölkənin informasiya təhlükəsizliyini təmin etməyə imkan verir və müdafiə və təhlükəsizlik məqsədlərinə xidmət edir. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azersky” optik peykinin köməyi ilə Azərbaycan, torpaqlarımız işğal altında olan zaman həmin ərazilərdə vəziyyətin yüksək keyfiyyətli müşahidələrini aparmışdı. Eyni zamanda, kosmik proqramın yaratdığı imkanlar 44 günlük müharibə zamanı da kömək etmişdi. Ona görə də tam dəqiqliklə demək olar ki, ölkənin kosmik proqramı Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin keşiyində dayanır və Azərbaycan xalqının mənafeyinə xidmət edir. Təsadüfi deyil ki, Azərbaycanda peyklərin olması həmişə Ermənistanı çox narahat edib və onlar həmişə “casus peykləri” adlandırılıblar.
Bu gün postmüharibə şəraitində milli peyk proqramı ölkə iqtisadiyyatının inkişafına daha çox diqqət yetirir. Xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpasında peyklərin müstəsna rolu var. Belə ki, çoxillik bitkilərin əkilməsinin peyk şəkilləri əsasında təşkil edilməsi üçün işğaldan azad olunmuş ərazilərdə faktiki əkin sahələrinin xəritələri tərtib edilib. Hazırda bu torpaqlarda məhsuldarlığın, o cümlədən, çoxillik bitkilərin əkinlərinə aqrotexniki qulluq tədbirlərinin həyata keçirilməsi üçün ilkin işlərə başlanılıb. Bundan başqa, kosmik sənayenin inkişafı məqsədilə “CanSat Azerbaijan”, “Rocketry Azerbaijan”, “NewSpace Business Accelerator Program”, “NASA Space Apps Hackathon” və digər layihələrin icrası davam edir. Məsələn, sentyabrın 22-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” ilə “Voyager Space” şirkəti arasında kosmik təşəbbüslərə dair anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimi Parisdə keçirilən Beynəlxalq Astronavtika Konqresinin 73-cü həftəsi çərçivəsində baş tutub. Sənəd “Azərkosmos” və “Voyacer Space” arasında kosmik infrastruktur, elmi mərkəzlərin tikintisi, tədqiqat proqramları, texnologiyaların inkişafı və innovasiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək. Eyni zamanda, memorandum Azərbaycanda yerli kosmik ekosistemin inkişafı və kommersiya və təhsil imkanlarının ölkədə kosmos sənayesində cəmləşdirilməsi məqsədilə təcrübə və bilik mübadiləsini nəzərdə tutur.
Bir sözlə, Qafqaz, Avropa və Yaxın Şərqlə yanaşı, Azərbaycan peyklərinin əhatə dairəsinə peyk xidmətlərinin ixracı sahəsində xüsusi əhəmiyyət kəsb edən inkişaf etməkdə olan Asiya və Afrika regionları da daxildir. Bu gün “Azərkosmos” ASC 200-dən çox radio və televiziya kanalını dünyanın üçdə birinə yayımlayır, dünyanın istənilən nöqtəsində etibarlı məlumat ötürülməsini və yüksək keyfiyyətli peyk təsvirlərini təqdim edir. Bundan başqa, kosmik peyklər sənayesi qeyri-neft sektorunun hərtərəfli bərpası və inkişafı, biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin intellektual potensialının artırılması üçün də böyük əhəmiyyət kəsb edir. Peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. Gənc azərbaycanlı mütəxəssislər kosmik sənayenin inkişafında fəal iştirak edirlər.
Səbuhi MƏMMƏDOV
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 06.05.2024
Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
CƏMİYYƏT
Şəkidə qadını avtomobil vuraraq öldürüb
Şəkidə qadını avtomobil vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
BÜRCLƏR – 06.05.2024
6 may, 2024-cü il tarixi üçün ulduz falını təqdim edirik:
Qoç
Hər şeyə inanmayın və vacib bir işə gəldikdə qeyri-ciddi olmayın. Qərarlarınızda, xüsusən də iş, biznes və ya maliyyə ilə bağlı qərarlar verərkən daha diqqətli olmalısınız. Hər hansı bir ciddi addım atmazdan əvvəl təcrübəsi və biliyi sizə faydalı olmuş şəxslərlə məsləhətləşin.
Yaxın gələcəkdə həyata keçirməyə diqqət yetirəcəyiniz bəzi yaxşı ideyalar yarana bilər. Köhnə dostlarla planları müzakirə etmək imkanı olacaq. Onlar sizi mütləq dəstəkləyəcəklər. Günortadan sonra kiçik nağd pul daxilolmaları ola bilər.
Buğa
Gün məşğul və olduqca yorucu olacaq. Yalnız öz işinizlə deyil, başqalarının işləri ilə də məşğul olmalı, başqalarının səhvlərini düzəltməlisiniz. Bunun öhdəsindən yaxşı gələcəksiniz, amma sonra istirahət etməyin gözəl olacağını hiss edəcəksiniz. Buna görə də, axşam üçün xüsusi bir iş planlaşdırmamaq daha yaxşıdır: özünüzü bərpa etməlisiniz.
Hər hansı bir ünsiyyət problemi olmayacaq, başqaları ilə anlaşmanız asan olacaq. Qohumlar sizi xoş xəbərlərlə sevindirəcək, yeni tanışlar isə maraqlı nəsə təklif edəcəklər.
Əkizlər
Çox çalışmalısınız. Hər şey asan olmayacaq; hətta tanış işlərin öhdəsindən gəlmək də gözlədiyinizdən çətin olacaq. Ancaq başladığınız işdən imtina etmək istəməyəcəksiniz və mütləq istədiyiniz nəticəni əldə edəcəksiniz. Tək hərəkət etməli olmayacaqsınız, çünki yaxınlıqda hər işdə kömək etməyə hazır olan insanlar olacaq.
Həm planlı, həm də kortəbii səfərlər yaxşı nəticə verəcək. Günün ilk yarısında yola çıxan Əkizləri xoş tanışlıqlar gözləyir. Axşam yaxınlarınızla ünsiyyət üçün münasibdir, istənilən ailə tədbiri yaxşı keçəcək.
Xərçəng
Gün xoş keçəcək. Nəyinsə sizi ciddi şəkildə narahat etməsi ehtimalı azdır, öhdəsindən gələ bilməyəcəyiniz heç bir çətinlik olmayacaq. Siz yaxın insanlarla və çox yaxınlarda ilk dəfə tanış olduğunuz insanlarla asanlıqla anlaşacaqsınız. Əvvəllər sırf formal olan münasibətlər daha isti və rahat olacaq. Bəzi Xərçənglər yeni dostlar tapacaqlar.
Görüləcək çox iş olsa da, yorğunluq hiss etməyəcəksiniz. Əksinə, o qədər enerjiniz olacaq ki, evdə sakit axşamdansa təmiz havada aktiv istirahətə üstünlük verəcəksiniz.
Şir
Müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Düzdür, günün hər hansı mühüm qələbə və ya biznesdə irəliləyişlərlə əlamətdar olması ehtimalı azdır. Ancaq sevinc üçün səbəblər olacaq və darıxmayacaqsınız. Köhnə tanışlarla görüşlər yaxşı keçəcək, bəzi Şirlər küsülü olduqları şəxslərlə barışacaqlar.
Ailədə xoş hadisələr, həm sizi, həm də yaxınlarınızı sevindirəcək xəbərlər ehtimal olunur. Gözlənilməz hədiyyələr istisna deyil. Ehtiyatlı olmağınız lazım olan yeganə sahə maliyyədir : əməliyyatlara və alış-verişə tələsməmək daha yaxşıdır.
Qız
Özünüzü nə qədər məmnun etmək istəsəniz də, keçici istəklərə tabe olmayın. Bu gün bir çox Qızlar sağlam düşüncənin səsinə məhəl qoymamağa meylli olacaqlar. Tələsik sözlər və hərəkətlər ciddi nəticələr verməyəcək, lakin yenə də bəzi çətinliklərə səbəb ola bilər.
Səhər başqalarının sizi düzgün başa düşməsi çətin olacaq, buna görə də səbrli olun və ən sadə şeyləri bir neçə dəfə izah etməli olsanız, əsəbiləşməyin. Günortadan sonra müsbət tendensiyalar güclənəcək və ünsiyyət üçün xüsusilə əlverişli olacaq.
Tərəzi
Ciddi bir işin öhdəsindən gələ bilərsiniz: bu gün çox yaxşı işlər görəcəksiniz, ulduzların dəstəyi sayəsində çətin işlərin öhdəsindən tez gələcəksiniz. Bəzi Tərəzilər hər kəsdən əvvəl vacib bir şey öyrənmək imkanı əldə edəcəklər. Bürcün bu cür nümayəndələri alınan məlumatdan necə istifadə edəcəyini dərhal başa düşəcək.
Gün ünsiyyət üçün çox əlverişli olacaq. Çox güman ki, hər cür insanın sizi cəlb etdiyini görəcəksiniz. Hətta əvvəllər sizi çətinliklə görənlər belə sizinlə danışmaqdan məmnun olacaqlar. Dostluq və ya romantik münasibətlərin başlanması mümkündür.
Əqrəb
Çətin ki, bu gün plana uyğun hərəkət edə biləsiniz – gözlədiyinizdən də çox işlər olacaq və yaxınlarınızdan birinin köməyə ehtiyacı ola bilər. Tez improvizasiya etməyə və qərarlar qəbul etməyə hazır olun. İntuisiyanız səhvlərdən qaçmağa kömək edəcək.
Görüşlər yaxşı keçəcək. Bəzi Əqrəblər uzun müddət darıxdıqları insanlarla ünsiyyət qurmaq fürsəti əldə edəcəklər. Bu həm də vaxtilə əməkdaşlıq etdiyiniz insanları ziyarət etmək üçün yaxşı gündür. Çox maraqlı təkliflər ala bilərsiniz.
Oxatan
Səhər saatlarında gərgin anlar ola bilər, lakin müsbət tendensiyaların təsiri sürətlə artacaq və bütün çətinliklər tez bir zamanda keçmişdə qalacaq. Son zamanlar bəzi maliyyə məsələləri ilə bağlı narahat olan, işini və ya fəaliyyət sahəsini dəyişməyi düşünən Oxatanlar üçün gün xoş xəbərlər vəd edir.
Çoxlu xoş görüşlər, maraqlı söhbətlər olacaq. Həm mehriban görüşlər, həm də romantik görüşlər yaxşı keçəcək. Ailə tədbirləri də xoş olacaq. Əvvəllər yaxınlarınızla fikir ayrılığınız olsa belə, bu gün heç bir mübahisə olmayacaq.
Oğlaq
Bir anda bir neçə yaxşı ideya ortaya çıxacaq, lakin siz onları dərhal həyata keçirə bilməyəcəksiniz. Bir az gözləyin; Planlarınızı həyata keçirmək üçün əlverişli an tezliklə gələcək. Bu arada daha çox məlumat toplayın, fikirləşin, uzun müddət etibar etdiyiniz insanlarla məsləhətləşin.
Bu gün özünüzü həmişəkindən daha tez-tez diqqət mərkəzində tapacaqsınız. Bir çox fərqli insan sizi daha yaxından tanımaq istəyəcək. İntuisiyanız sizə onlardan hansının dostunuz ola biləcəyini söyləyəcək. Xoş sürprizlər və hədiyyələr ehtimal olunur.
Dolça
Gün şübhəsiz ki, xoş keçəcək. O, xoş sürprizlər və uğurlu təsadüflər, ruhlandırıcı xəbərlər və maraqlı təkliflərlə səxavətli olacaq. Darıxdığınız insanlarla ünsiyyət imkanınız yaranacaq. Əvvəllər gərgin olan münasibətlər yaxşılığa doğru dəyişəcək və bu sizin sayənizdə olacaq.
Uğurlu alış və sövdələşmələr mümkündür. Pulla əlaqəli hər şeydə intuisiyanıza etibar edin: onun məsləhətləri sizə səhvlərdən qaçmağa kömək edəcək. Səfərlər xoş olacaq, lakin gözlədiyinizdən daha uzun çəkə bilər.
Balıq
Bu gün siz həmişəkindən daha həssas olacaqsınız. Bu səbəbdən xoşagəlməz hallar yarana bilər və yaxınlarınızla ünsiyyətdə gərgin anlar ola bilər. Xırda şeylərə qapılmamağa çalışın. Gün əlbəttə ki, sevinc üçün səbəblər gətirəcək, sadəcə onları vaxtında fərq etmək lazımdır.
Evdə gözlədiyinizdən daha çox iş olacaq. Köhnə məişət cihazlarının təmiri və ya yenilərinin alınması ilə bağlı planlaşdırılmamış xərcləri istisna etmək olmaz. Ancaq mütləq bir az boş vaxtınız olacaq və onu xüsusilə sizin üçün əziz olan adamlarla çox xoş keçirəcəksiniz.
Sabahın HAVA PROQNOZU – 06.05.2024
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib
Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərlə bağlı istehlakçılara müraciət edib
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
Şəkidə qadını avtomobil vuraraq öldürüb
BÜRCLƏR – 06.05.2024
DİN valideynlərə müraciət etdi
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Turan qəsəbəsinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çolaxlı kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyi qeyd olunub
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Abbas kəndinin sakinləri ilə görüşüb
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycanla Türkiyə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb
Sabahın HAVA PROQNOZU – 02.05.2024
İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb
Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər
Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.05.2024)
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır
BÜRCLƏR – 01.05.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlanıb
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Sabahın HAVA PROQNOZU – 01.05.2024
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR
Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO
Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO
Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib
FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO
Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO
Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO
Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO
HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib
Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO
Heydər Əliyevin anım günüdür – VİDEO
TREND
-
CƏMİYYƏT21 saat
BÜRCLƏR – 06.05.2024
-
CƏMİYYƏT9 saat
Sabahın HAVA PROQNOZU – 06.05.2024
-
XƏBƏRLƏR12 saat
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
-
CƏMİYYƏT21 saat
DİN valideynlərə müraciət etdi
-
MANŞET11 saat
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
-
XƏBƏRLƏR11 saat
Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
-
CƏMİYYƏT18 saat
Şəkidə qadını avtomobil vuraraq öldürüb
-
XƏBƏRLƏR10 saat
Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib