Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu bildirən Baş Qərargah rəisi Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb, digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən general-mayor G.Matiaşvili ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.
Sonda Gürcüstan nümayəndə heyəti Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada şəxsi heyətlə görüşüb və yaradılmış şəraitlə tanış olub.
Qonaqlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təməli 1971-ci ildə Ulu Öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları əbədiyaşar dahi liderin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda o da qeyd edilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində (Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi liseylər, Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərdə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil almaq arzusunda olan vətəndaşlar qəbul üçün sənədlərini cari ilin 30 may tarixinədək təqdim edə bilərlər.
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsinin yaranmasının ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Tədbirdə hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunublar.
Müdafiə nazirinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması xüsusi vurğulanıb.
Hərbi xidmətdə fərqlənənlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Çıxışlardan sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Tədbir iştirakçılarına hərbi hissənin istismarında olan silah və texniki vasitələrdənn ibarət sərgi təqdim edilib. Daha sonra dəniz piyadalarının nümunəvi çıxışları izlənilib.
Sonda Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərlik mahnılarını tərənnüm edən musiqilər səsləndirilib.
9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ShekiMedia.az-a verilən məlumata görə, görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb.
Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.