OĞUZ
Oğuzda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar konsert təşkil edilib
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması münasibətilə Oğuz rayon Zərifə Əliyeva adına İstirahət Parkında Oğuz rayon Mədəniyyət Mərkəzi tərəfindən “Heydər Əliyev – xalqın sönməyən günəşi” adlı ədəbi -musiqili tədbir təşkil edilib.
Tədbirdə Oğuz rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə Oğuz rayon Mədəniyyət Mərkəzinin, Oğuz rayon Uşaq Musiqi məktəbinin yaradıcı kollektivi Ulu Öndər və vətənpərvərlik mövzusunda mahnılar, şeirlər ifa edib, rəqslər təqdim edilib.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirin sonunda atəşfəşanlıq təşkil edilib.
Digər xəbərlərə də bax
OĞUZ
Oğuzda minik avtomobili ağaca çırpılıb
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.
Hadisə gecə saat 2 radələrində Oğuz rayonu ərazisində baş verib.
2003-cü il təvəllüdlü Oğuz şəhər sakini Rəvan Rövşən oğlu Camalovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü R.Camalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Onun müalicəsi Şəki RMX-nin Cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Oğuzda avtomat və qumbaralar aşkarlanıb
Oğuzda avtomat və qumbaralar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 4 ədəd qumbara, 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.
ELM VƏ TƏHSİL
Qəbələ və Oğuz rayonlarında vətəndaşlar qəbul edilib
Fevralın 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova Qəbələ və Oğuz rayonlarında həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
ShekiMedia.az xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
G.Mahmudova qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.