Bizə qoşulun

MANŞET

Şəkidə “Heydər Əliyev İli” çərçivəsində möhtəşəm bədii-musiqili tədbir keçirilib – VİDEO/FOTOLAR

May ayının 10-da Şəkidə “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bədii-musiqili tədbir təşkil olunub.

ShekiMedia.az xəbər verir ki, bayramsayağı bəzədilmiş Bayraq Meydanında keçirilən tədbirdə respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən yerli mədəniyyət müəssisələrində fəaliyyət göstərən sənət adamları iştirak ediblər.

Bədii-musiqili tədbirdə Ulu Öndəri, həmçinin Azərbaycanı, Vətəni, vətənpərvərliyi özündə ehtiva edən şer və mahnı nümunələri səsləndirilib.

Tanınmış sənət adamlarının, ifaçıların çıxışları və maraqlı rəqs nömrələri tamaşaçılara xoş anlar yaşadıblar.

Bədii-musiqili tədbir atəşfəşanlıqla başa çatıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Şəki Media Agentliyi (@shekimedia.az)

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 06.05.2024

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

     
Davamına bax

MANŞET

Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13-17 mayda quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirəcək.

Bu barədə AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, monitorinqlər zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşların ovlanması və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq.

Əlavə olaraq, monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

     
Davamına bax

MANŞET

DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməli olduqları qeyd olunub.

“Yağışlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməli, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər. Piyadalardan da ehtiyatlı olmaq, avtomobil yoluna çıxmamaq, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmək xahiş olunur”, – məlumatda bildirilib.

Xatırladaq ki, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir.

     
Davamına bax

Facebook

CƏMİYYƏT7 saat

Sabahın HAVA PROQNOZU – 06.05.2024

MANŞET9 saat

Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

XƏBƏRLƏR9 saat

Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib

XƏBƏRLƏR9 saat

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

MANŞET9 saat

DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

İQTİSADİYYAT9 saat

Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərlə bağlı istehlakçılara müraciət edib

XƏBƏRLƏR10 saat

Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

CƏMİYYƏT17 saat

Şəkidə qadını avtomobil vuraraq öldürüb

CƏMİYYƏT19 saat

BÜRCLƏR – 06.05.2024

CƏMİYYƏT20 saat

DİN valideynlərə müraciət etdi

ŞƏKİ2 gün

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb

ŞƏKİ2 gün

Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub

ŞƏKİ3 gün

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Turan qəsəbəsinin sakinləri ilə görüşüb

ŞƏKİ4 gün

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çolaxlı kəndinin sakinləri ilə görüşüb

MƏDƏNİYYƏT4 gün

Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyi qeyd olunub

ŞƏKİ5 gün

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Abbas kəndinin sakinləri ilə görüşüb

SİYASƏT5 gün

Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib

MANŞET5 gün

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib

HƏRBİ5 gün

Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər

SİYASƏT5 gün

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib

SİYASƏT5 gün

Azərbaycanla Türkiyə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

XƏBƏRLƏR5 gün

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb

CƏMİYYƏT5 gün

Sabahın HAVA PROQNOZU – 02.05.2024

CƏMİYYƏT5 gün

İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb

SİYASƏT5 gün

Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər

İQTİSADİYYAT5 gün

Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir

MƏDƏNİYYƏT5 gün

Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır

CƏMİYYƏT5 gün

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir

İQTİSADİYYAT5 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.05.2024)

ELM VƏ TƏHSİL6 gün

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

ELM VƏ TƏHSİL6 gün

Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır

CƏMİYYƏT6 gün

BÜRCLƏR – 01.05.2024

XƏBƏRLƏR6 gün

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlanıb

XƏBƏRLƏR6 gün

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

CƏMİYYƏT6 gün

Sabahın HAVA PROQNOZU – 01.05.2024

HƏRBİ6 gün

Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq

CƏMİYYƏT6 gün

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

İQTİSADİYYAT6 gün

Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib

MANŞET6 gün

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

İQTİSADİYYAT6 gün

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir

XƏBƏRLƏR6 gün

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

XƏBƏRLƏR4 ay

FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO

XƏBƏRLƏR4 ay

Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO

XƏBƏRLƏR4 ay

Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO

ELM VƏ TƏHSİL4 ay

Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO

HƏRBİ5 ay

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib

CƏMİYYƏT5 ay

Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO

RƏSMİ XRONİKA5 ay

Heydər Əliyevin anım günüdür – VİDEO

TREND