Bizə qoşulun

ŞƏKİ

Şəki Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib – FOTOLAR

Dekabrın 21-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Şəki Rayon Ağsaqqallar Şurasının üzvlərinin, rayon ziyalılarının iştirak etdiyi konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin, müddət ərzində dünyasını dəyişmiş ağsaqqalların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev açıb. Bildirib ki, Azərbaycanda tarixboyu ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olub, cəmiyyətdə özünəməxsus yer tutmuşdur. Ağsaqqal, ağbirçək sözü, xeyir-duası xalqımızın mənəvi dünyasında həmişə yüksək qiymətləndirilib. Şəkidə də ağsaqqallar rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında, xüsusilə də gənclərin maarıfləndirilməsində yaxında iştirak edirlər.

Şəki Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıb.   Qeyd edib ki, Azərbaycanda ağsaqqal sözünə hər zaman ehtiramla yanaşılıb. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə üstün yer tutub. 44 günlük Vətən müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərdən bəhs edən Həsən Həsənov gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların böyük rolu olduğunu vurğulayıb.

Konfransda təşkilati məsələlərə baxılıb, Vaqif Əhmədov Şəki Rayon Ağsaqqallar Şurasının sədri seçilib, həmçinin İdarə Heyətinin yeni tərkibi təsdiq olunub.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.

1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.

1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

ALLAH RƏHMƏT ELƏSİN!

     
Davamına bax

ELM VƏ TƏHSİL

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

Bu gün tanınmış pedaqoq və təhsil işçisi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayevin doğum günüdür.

O, 8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbdə, 1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim, 1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi), 2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru, 2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, 2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. 2023-cü ilin fevral ayından Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisidir.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021), Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı (2021) ilə təltif olunub.

Ailəlidir, 2 övladı və 4 nəvəsi var.

     
Davamına bax

SƏHİYYƏ

“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir

Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və “İmmunizasiya həftəsi” ilə əlaqədar regionlarda peyvəndlərin əhəmiyyətini vurğulamaq və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir.

ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində keçirilir. İmmunizasiya və digər zəruri ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün TƏBİB tərəfindən yaradılmış həkim briqadaları “TƏBİB hər evdə” kampaniyası çərçivəsində kəndlərdə səyyar xidmətlər icra edir. Bundan əlavə, paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirir, onları uşaqlarını vaxtında peyvənd etməyə çağırırlar.

Tibb işçiləri üçün təşkil olunmuş təlimdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, TƏBİB-in İlkin səhiyyə şöbəsinin müdiri Nəhmət Rəhimov, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva kampaniyanın yaranma tarixindən və məqsədlərindən danışıb, peyvənd olunmağın vacibliyini vurğulayıblar.

Kampaniyaya, həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb ediliblər. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı və 75 nəfər icma lideri iştirak edib. Təlimlər iştirakçıların kampaniyanı effektiv şəkildə həyata keçirməsi üçün zəruri olan ən son bilik və bacarıqlarla məlumatlandırılması məqsədi daşıyır.

     
Davamına bax

Facebook

HƏRBİ2 saat

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

CƏMİYYƏT2 saat

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

XƏBƏRLƏR2 saat

“AzerGold”un yeni korporativ strukturu təsdiq ediləcək

CƏMİYYƏT2 saat

Mayın sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

XƏBƏRLƏR3 saat

İŞİD terror təşkilatının üzvlərinə hökm oxunub

CƏMİYYƏT3 saat

Mayın 11-12-də maqnit qasırğası gözlənilir

ELM VƏ TƏHSİL4 saat

Həftəsonu 117 namizəd dövlət qulluğuna imtahan verəcək

İDMAN4 saat

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

MANŞET4 saat

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

XƏBƏRLƏR5 saat

Qobustanda narkotik vasitələrlə əlaqəli iki nəfər saxlanılıb

XƏBƏRLƏR5 saat

Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb

ELM VƏ TƏHSİL5 saat

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

İDMAN5 saat

Azərbaycanın qadın güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

MANŞET5 saat

XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib

İQTİSADİYYAT5 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 10.05.2024

MANŞET6 saat

Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevanı təbrik etdi

İDMAN10 saat

Mikayıl Cabbarov Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızı təbrik edib – FOTO

MƏDƏNİYYƏT12 saat

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

CƏMİYYƏT12 saat

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

CƏMİYYƏT14 saat

BÜRCLƏR – 10.05.2024

MANŞET14 saat

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

CƏMİYYƏT20 saat

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

CƏMİYYƏT1 gün

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

CƏMİYYƏT2 gün

Faşizm üzərində qələbədən 79 il ötür

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 09.05.2024

QAX2 gün

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN2 gün

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

ELM VƏ TƏHSİL2 gün

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

İDMAN2 gün

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 gün

Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA

SİYASƏT2 gün

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR2 gün

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT2 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 gün

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

SİYASƏT2 gün

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb

XƏBƏRLƏR2 gün

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

MANŞET2 gün

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub

MANŞET2 gün

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

SİYASƏT2 gün

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

HƏRBİ2 saat

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN4 saat

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT12 saat

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL3 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ3 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT3 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

TREND