ŞƏKİ
Şəkidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmi yığıncaq keçirilib – FOTOLAR
May ayının 10-da Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmi yığıncaq keçirilib.
ShekiMedia.az xəbər verir ki, yığıncaqda şəhər icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP-ın fəal üzvləri, millət vəkilləri, ziyalıların, gənclərin nümayəndələri, Şəki şəhər icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Ulu Öndərlə görüşlərin iştirakçısı olmuş şəxslər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Sonra tədbir iştirakçıları mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevin Şəki şəhərinə səfərlərini, həmçinin, şəxsi həyatını, iştirak etdiyi beynəlxalq toplantıları və dünya liderləri ilə görüşlərini əks etdirən foto-sərgi ilə tanış olublar.
Şəki Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən yığıncağın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yığıncaqda geniş məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə və müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti haqqında geniş məlumat verilib, bu müddətdə Ulu Öndərin rəhbərliyi ilə respublikamızda və Şəki rayonunda görülmüş işlərdən söz açılıb, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı” sənədli filmi nümayiş olunub.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəkidə qadını avtomobil vuraraq öldürüb
Şəkidə qadını avtomobil vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏKİ
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb
Mayın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışından bəzi məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb. İcra başçısı Qərbi Azərbaycanla bağlı tarixi məlumatları dünyaya çatdırılması istiqamətində ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini, Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycan TV-nin sosial şəbəkə hesablarının izlənilməsinin, paylaşımların bəyənilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, sakinlərdən bu məsələ ilə bağlı səfərbər olmalarını xahiş edib.
Sonra kənd sakinləri Mustafayeva Limon, Yusibov Niymət, Əlihüseyinova Şəfəq və başqaları çıxış edərək kəndinin mərkəzi yolunun asfalt örtüyünün yenilənməsinə köməklik göstərilməsi, kəndinin kənarından keçən dağ çayının ətrafına beton bəndin salınması, Orta Zəyzid kənd 1 №-li tam orta məktəbin qarşısından keçən küçədə yol nişanlarının qoyulmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.
ŞƏKİ
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe mayın 3-də Şəki şəhərində səfərdə olub.
Şəkiyə səfəri çərçivəsində yaponiyalı diplomat şəhər rəhbərliyi ilə görüşüb. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Səfirə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində rayonda reallaşdırılan layihələr barədə də məlumat verilib.
Səfir Katsuya Vatanabe qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Şəkidə olmağından çox məmnum olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.