Bizə qoşulun

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 10.03.2024

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

Sumqayıtda yeddi yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olan idman müəllimi Mehman Xəlilovla bağlı bəzi təfərrüat məlum olub.

Belə ki, Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub. İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.

Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib. Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib.

Mehman da öz növbəsində ona istədiyi “metamfetamin”in əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib.

Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan yeddi yaşlı Fəridi qəsdən öldürüb. Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb.

Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb. Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib.

Mehman isə buna etiraz edib. İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub. Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib.

Lakin həmin gün məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb. Belə ki, həmin gün Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib. Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb. Uşaqlar zala daxil olan kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamaqla əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.

Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxa bilsə də, bir qədər sonra ayağa dura bilməyib. Qardaşı ifadəsi zamanı daha sonra qeyd edib ki, idmançı azyaşlıya “yenə də anana gəlmirəm deyəcəksən?” sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndləri tətbiq etməkdə davam edib.

Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunan tibbi müayinə protokolundan da görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkarlanıb.

Tədqiq edilən bütün halları nəzərə alan məhkəmə Mehman Xəlilovu 19 il azadlıqdan məhrum edib.

Daha ətraflı Baku TV-nin süjetində:

     
Davamına bax

CƏMİYYƏT

BÜRCLƏR – 10.05.2024

10 may, 2024-cü il tarixi üçün ulduz falını təqdim edirik:

Qoç

Kiçik problemlərdən narahat olmayın. Bu gün bəzi çətinliklər yarana bilər, lakin müsbət tendensiyaların təsiri yenə də üstünlük təşkil edəcək. Yəqin ki, həm artıq tanış olan, həm də tamamilə gözlənilmədən yaranan yeni problemlərin öhdəsindən yaxşı gələcəksiniz. Bəli, bu ixtiraçılıq və bacarıq tələb edəcək, lakin bu gün yaxşı ideyalarınız olacaq.

Gün ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Bəzi Qoçlar əvvəllər ortaq dil tapmadıqları insanlarla dostluq edəcəklər. Romantik notlar da mümkündür.

Buğa

Yeni işlər götürməkdən çəkinməyin. Onlar mürəkkəb görünə bilər, amma fərq etməz, ehtiyacınız olan hər şeyi tez öyrənəcək və məqsədinizə necə çatacağınızı tez başa düşəcəksiniz. Yaxınlıqda məsləhətləşə biləcəyiniz insanlar olacaq; Etibarlı dostların məsləhətləri sayəsində ciddi səhvlərə yol verməyəcəksiniz. Səyahət, xüsusən də işlə bağlı səfərlər uğurlu olacaq.

Bu gün çətin ki, diqqətinizi bir işə yönəldə bilısiniz. Eyni anda bir neçə məsələni həll etməli ola bilərsiniz. Axşama doğru istirahətə ehtiyacınız olduğunu hiss edəcəksiniz. Qayğılardan qaçmaq fürsəti mütləq ortaya çıxacaq.

Əkizlər

Hər şey istədiyiniz kimi alınmayacaq və hətta kiçik problemlər belə sizə ciddi problemlər kimi görünəcək. Həssas Əkizlər yalnız günün sonuna qədər öz dincliyini bərpa edəcək və həqiqətən pis bir şeyin olmadığını etiraf edəcəklər.

Evdə çoxlu qayğılar olacaq, bəzi məişət məsələlərinin həlli uzun çəkə bilər. Ancaq hər şeyin öhdəsindən gələ bilərsiniz və bunun üçün çox səy sərf etməyəcəksiniz. Axşam yaxınlarınızla ünsiyyət üçün münasibdir. Onlar sizin hər hansı təklifinizə rahatlıqla müsbət cavab verəcək və ən qeyri-adi ideyalarınızı belə dəstəkləyəcəklər.

Xərçəng

Məlumat öyrənmək, toplamaq və təhlil etmək üçün əla gündür. Siz tez bir zamanda çox şey götürəcəksiniz və əvvəllər mürəkkəb görünən məsələləri tez anlayacaqsınız. İşgüzar görüşlər yaxşı keçəcək; bəzi Xərçənglər nüfuzlu müttəfiqlər tapacaq və hüfuzlu insanların dəstəyini alacaqlar.

İşgüzar səfərlərə gedə bilərsiniz: gözləntilərinizi doğruldacaqlar. Ancaq evdə oturan Xərçənglər də razı qalacaqlar. Özləri və yaxınları üçün çoxlu faydalı işlər görməyə vaxt tapacaqlar. Günün ikinci yarısında sərfəli alış-veriş etmək şansınız yaranacaq.

Şir

Heç yerə tələsməyin. Sizi əlverişli gün gözləyir, planlaşdırdığınız hər şeyi, hətta daha çoxunu edə biləcəksiniz. Heç kimin köməyinə ehtiyacınız olmayacaq, ancaq sizi yaxşı tanıyan insanların məsləhətlərinə qulaq asmaq faydalı olacaq. Qeyri-adi görüşlər və faydalı tanışlıqlar mümkündür. Bu gün peşəkar tədbirlərdə çıxış edən Şirlər çox güman ki, tezliklə çox cazibədar işgüzar təkliflər alacaqlar.

Gün şəxsi münasibətlərdə təşəbbüs göstərmək üçün də münasibdir. İntuisiyanız uzun müddət sizə qayğı göstərən insana doğru addım atmağın vaxtı gəldiyini deyəcək. Onu dinləyəcəksiniz və peşman olmayacaqsınız.

Qız

İşgüzar görüşlər gözlədiyinizdən də yaxşı keçəcək. Ola bilər ki, rəqiblər sizin tərəfinizi tutsun və əvvəllər sizə çoxlu problem yaradan insanlar artıq sizə zərər verə bilməyəcəklər. Əvvəllər sırf işgüzar münasibətdə olduğunuz şəxslərlə qeyri-rəsmi şəraitdə ünsiyyət qurmaq imkanı yaranacaq.

Diqqət etməli olduğunuz yeganə sahə maliyyədir. Bu gün pulla bağlı hər işdə bir qədər qeyri-ciddiliyə meylli olacaqsınız. Buna görə də, israfçı xərclər, uğursuz əməliyyatlar və alışlar təhlükəsi var.

Tərəzi

Bu gün xüsusilə tez-tez diqqəti özünüzə cəlb edəcəksiniz və yəqin ki, bundan faydalanmağın bir yolunu tapacaqsınız. Bəzi Tərəzilər cazibədarlığı ilə yeni müttəfiqlər cəlb edəcək və nüfuzlu insanların dəstəyini qazanacaq. İndi işgüzar münasibət kimi başlayan bir əlaqə sonda romantik xarakter ala bilər.

Günün ikinci yarısı ev işləri və bəzi gündəlik məsələlərin həlli üçün münasibdir. Onlarla tez bir zamanda məşğul olacaqsınız, heç bir çətinlik yaranmayacaq. Uğurlu alış və sövdələşmələr, həmçinin qiymətli hədiyyələr ehtimal olunur.

Əqrəb

Gün çətin məsələlərin həlli üçün münasibdir. Başqalarının çıxılmaz vəziyyətə düşdüyü yerdə çaşqın qalmayacaqsınız, vəziyyətdən tez çıxış yolu tapacaqsınız. Əvvəllər başladığınız işləri uğurla başa çatdırmaq üçün çox cəhd etməli olmayacaqsınız. Bəzi Əqrəblər görülən işlərə görə dərhal mükafat alacaqlar.

Günün əvvəlində yumşaq olan emosional fon daha sonra gərginləşəcək. Buna görə də, xırda şeylərə əsəbiləşə, hər hansı xırda hadisəni ürəkdən qəbul edə və hətta məsum ifadələrdən inciyə bilərsiniz. Bu zaman vacib bir işi üzərinizə götürməsəniz, yaxşıdır.

Oxatan

Gün parlaq və ruhlandırıcı olacaq. Bir çox Oxatanlar, onları ən çox maraqlandıran işlərə diqqət yetirmək imkanı əldə edəcəklər. Bu cür məsələlərdə bürcün nümayəndələri mühüm uğurlar qazanacaqlar. Xoşbəxt təsadüflər, eləcə də, mütləq faydalanacağınız gözlənilməz hadisələr ola bilər.

Günortadan sonra çox yorulmamağa çalışın. Çox güman ki, bu zaman istirahət etmək, ətrafınızı dəyişdirmək, köhnə dostlarla və ya sadəcə həmfikir insanlarla söhbət etmək istəyəcəksiniz. Və mütləq belə bir fürsətiniz olacaq.

Oğlaq

Təxəyyül, yaradıcılıq və vəziyyətə qeyri-ənənəvi baxış tələb edən məsələlərdə nəzərəçarpacaq uğura nail olacaqsınız. Səfərlərdən, bəzi gözlənilməz hadisələrdən və başqalarının hekayələrindən ilham ala bilərsiniz. Bu gün ağlınıza gələn yaxşı ideyalar yaxın gələcəkdə həyata keçiriləcək.

Sizi çoxdan tanıyanların məsləhətlərinə qulaq asmağa dəyər. Belə insanlar diqqətinizi əvvəllər diqqətdən kənarda qalan məsələlərə cəlb edəcək və bəzi yeni imkanlara işarə edəcəklər. Axşam ailəniz üçün gözəl xəbərlər və xoş sürprizlər vəd edilir.

Dolça

Günün əvvəlində başqaları ilə anlaşmaq asan olmayacaq, ancaq xırda fikir ayrılıqları və bəzən yaranan mübahisələrdən çox da narahat olmayın. Çox tezliklə müsbət tendensiyaların təsiri artacaq və hər şey düzələcək; Sizdən yalnız kiçik güzəştlər tələb olunacaq. Əvvəllər sizinlə razılaşmayan insanlar günortadan sonra haqlı olduğunuzu anlayacaqlar. Bəlkə də onlar sizin etibarlı müttəfiqləriniz olacaqlar.

Gün maliyyə nöqteyi-nəzərindən də uğurludur: gəlirli əməliyyatlar və nağd pul daxilolmaları ehtimal olunur. Düzdür, bəzi Dolçalar xərclərlə üzləşəcəklər. Çox güman ki, onlar ailə məslisinin təşkili ilə əlaqəli olacaqlar.

Balıq

Tələsməyə dəyər. Müsbət tendensiyaların təsiri günün ilk yarısında güclü olacaq, sonra isə daha az nəzərə çarpacaq. Ona görə də mürəkkəb məsələləri, mühüm görüşləri və ya əvvəllər qəbul edilmiş ideyaların həyata keçirilməsini təxirə salmasanız, yaxşıdır. Səfərlər də uğurlu olacaq və onların iş və ya bəzi şəxsi məsələlərin həlli ilə bağlı olmasının fərqi yoxdur.

Günün ortasına qədər yeni işlərlə məşğul olmaq daha yaxşıdır; onda diqqətinizi onlara cəmləməkdə çətinlik çəkməyəcəksiniz. Axşam isə istirahət, xoş fəaliyyətlər və məcburi olmayan görüşlər üçün çox münasib zamandır.

     
Davamına bax

CƏMİYYƏT

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

“Mənim İsraildən Bakıya gəlişimin səbəbi qardaşım Albert Aqarunovun ad günüdür. Demək olar ki, Bakıya tez-tez baş çəkirəm, Azərbaycan bizim də Vətənimizdir. Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə qardaşımın döyüşdüyü Şuşa şəhərində oldum. Bu mənim üçün olduqca çətin və duyğulu anlar idi”.

Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının şəhidi, milliyətcə dağ yəhudisi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.

O bundan sonra tarixi Şuşada yaşamaq istədiyini bildirib:

“Məmnuniyyətlə Şuşada yaşamaq üçün müraciət etmək istəyərəm. Mən çox istərdim ki, işğaldan azad olunmuş bütün rayonları ziyarət edim, düşünürəm ki, arzum tezliklə gerçəkləşəcək.

Bilirəm ki, Azərbaycan xalqı Albertə çox dəyər verir. Buna görə də bütün Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk. Azərbaycana və Şuşaya səfəri təşkil etdiyinə görə Dövlət Komitəsinə, başda sədr Fuad Muradova dərin təşəkkürümüzü bildiririk”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

     
Davamına bax

Facebook

MANŞET58 dəqiqə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

XƏBƏRLƏR1 saat

Qobustanda narkotik vasitələrlə əlaqəli iki nəfər saxlanılıb

XƏBƏRLƏR1 saat

Ötən gün Azərbaycanda 82 kiloqram narkotik aşkarlanıb

ELM VƏ TƏHSİL1 saat

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

İDMAN1 saat

Azərbaycanın qadın güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

MANŞET1 saat

XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib

İQTİSADİYYAT2 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 10.05.2024

MANŞET3 saat

Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevanı təbrik etdi

İDMAN7 saat

Mikayıl Cabbarov Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızı təbrik edib – FOTO

MƏDƏNİYYƏT9 saat

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

CƏMİYYƏT9 saat

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

CƏMİYYƏT10 saat

BÜRCLƏR – 10.05.2024

MANŞET11 saat

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

CƏMİYYƏT16 saat

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

CƏMİYYƏT1 gün

Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib

CƏMİYYƏT1 gün

Faşizm üzərində qələbədən 79 il ötür

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 09.05.2024

QAX2 gün

Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev gənclərin ilham mənbəyidir” adlı tədbir keçirilib – FOTOLAR

İDMAN2 gün

Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

ELM VƏ TƏHSİL2 gün

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər

İDMAN2 gün

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 gün

Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb – FAKTİKİ HAVA

SİYASƏT2 gün

Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb

XƏBƏRLƏR2 gün

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb – FOTOLAR

CƏMİYYƏT2 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 gün

Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub

SİYASƏT2 gün

Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb

XƏBƏRLƏR2 gün

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

MANŞET2 gün

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub

MANŞET2 gün

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

SİYASƏT2 gün

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

MANŞET2 gün

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb – SİYAHI

XƏBƏRLƏR2 gün

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib

CƏMİYYƏT2 gün

MİQ üzrə elektron sənəd qəbulunun tarixi AÇIQLANDI

RƏSMİ XRONİKA2 gün

Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub

XƏBƏRLƏR2 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

CƏMİYYƏT2 gün

TƏBİB: Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 09.05.2024

ELM VƏ TƏHSİL2 gün

Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür

CƏMİYYƏT9 saat

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL3 gün

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ3 gün

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT3 gün

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR1 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR1 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR1 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ1 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR2 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR2 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL2 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR2 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL2 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ2 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ2 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ2 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

HƏRBİ2 ay

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR

SƏHİYYƏ4 ay

Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO

XƏBƏRLƏR4 ay

Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO

XƏBƏRLƏR4 ay

Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib

TREND